Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Hardadır Vaşinqton, Paris, London, Berlin? Niyə həmişə susurlar?“ - Amerikalı politoloq

“Hardadır Vaşinqton, Paris, London, Berlin? Niyə həmişə susurlar?“ -  Amerikalı politoloq

“Ermənistanın Azərbaycanın günahsız mülki əhalisinə və uşaqlarına qarşı törətdiyi şovinist terror aktları, Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn pozulması və yetkinlik yaşına çatmayanların Ermənistan silahlı qüvvələri sıralarına cəlb edilməsi beynəlxalq ictimaiyyət tərəfindən açıq şəkildə qınanmalıdır”.

Yenixeber.org: Bunu amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

O qeyd edib ki, kassetli bombalardan istifadə hər bir halda beynəlxalq humanitar hüquqla qadağandır: "Ermənistan Bərdəyə “Smerç” raketləri atdı. Beynəlxalq ictimaiyyət insanlığa qarşı edilən bu dəhşətli cinayətlərə reaksiya verməlidir. Bərdədə xəstəxananın yaxınlığında yaşayış sahəsindəki partlayışlar Ermənistan tərəfindən törədilən insanlığa qarşı dəhşətli cinayətdir. Kassetli bombalardan istifadə hər bir halda beynəlxalq humanitar hüquqla qadağandır. Azərbaycanın dinc əhalisi dəhşətli acılar və faciəvi itkilər yaşayır. Bərdəyə edilən raket hücumları nəticəsində 21 nəfər həlak olub, təxminən 70 nəfər yaralanıb. Hardadır Vaşinqton, Paris, London, Berlin? Niyə həmişə susurlar? Vaşinqton, Berlin və Brüssel susqunluqları ilə Cənubi Qafqazdakı regional silahlı qarşıdurmanı böhrandan faciəyə çevrir. Ermənistan rejimi humanitar məqsədlər üçün elan olunmuş atəşkəsi dəfələrlə pozub və Avropa İttifaqı rəhbərliyinin buna hələ də susması məni şoka salıb. Nə qədər gec deyil, erməni terrorizminin qarşısı alınmalıdır”, - o bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət həmçinin Ermənistanın Balkan və bəzi Şərqi Avropa ölkələrindən aldığı siyasi dəstəyi və logistik əməkdaşlığı da qınamalıdır: “Aİ üzvü olan bir neçə dövlətinin həyata keçirdiyi bu pərdəarxası taktika dayandırılmalı və açıq şəkildə qınanmalıdır”. (Report)

“Hardadır Vaşinqton, Paris, London, Berlin? Niyə həmişə susurlar?“ -  Amerikalı politoloq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam