Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Amerikalı ekspert: -“Ermənistanın beynəlxalq hüquqla məzələnməsinə icazə verilməməlidir”

Amerikalı ekspert: “Ermənistanın beynəlxalq hüquqla məzələnməsinə icazə verilməməlidir”

“Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin atəşə tutulacağı gözlənilən idi. Çünki bu ilin iyul ayında dövlət sərhədinin Tovuz hissəsində təxribat törədildiyi zaman Ermənistan tərəfinin analoji cəhdi olmuşdu. Bu, daha böyük zərbələrə hazırlıq idi”.

Yenixeber.org: Bunu amerikalı jurnalist, insan hüquqları üzrə ekspert İrina Tsukerman deyib.

“Bütün bunlara həmçinin Ermənistanın Azərbaycana qarşı apardığı, cinayətlərini təmizə çıxarmağa çalışdığı informasiya müharibəsi kimi baxmaq lazımdır. Məsələn, Qarabağda hansısa suriyalı silahlılar haqqında danışılanlar - onlar Azərbaycanın imicinə xələl gətirmək istəyirlər. Bu həm də iqtisadi müharibədir. Ermənistan məmurlarına qarşı sanksiyalar tətbiq etmək lazımdır. Çünki beynəlxalq əhəmiyyətli bu boru kəmərlərinin Qarabağdakı döyüşlərlə heç bir əlaqəsi olmadığı açıq-aşkardır”, - o bildirib.

O qeyd edib ki, dünya Ermənistanın beynəlxalq hüquqla məzələnməyə davam etməsinə imkan verməməlidir.

“Dünyanın hələ də bütün bunlara göz yumması Ermənistanın arxasında dayanan insanların öz şəxsi maraqlarının olması ilə əlaqədardır. Bu insanların Avropa İttifaqı ilə əlaqələri var və hər hansı sərt addım bu səviyyədə yatırılır. Onlar arasında enerji bazarlarına daha çox təsir göstərmək üçün münaqişənin beynəlmiləlləşməsinə hər cür yardım edənlər də var”, - İ.Tsukerman əminliklə söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam