Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hökümətin hesabatını ekspertlər necə dəyərləndirir?

 

Nazim Məmmədov: “Məmurların bizneslə məşğul olmaları qadağan edilməlidir”

Fikrət Yusifov: “Bu sahədə istədiyimiz səviyyəyə gəlib çata bilməmişik”

"Xeberinfo.com":  Dünən parlamentdə hökümətin hesabatı dinlənildi. Bu hesabat necə dəyərləndirilir? 2015-ci ildə hökümətin proqnozları nə qədər realdır və Azərbaycanda iqtisadi böhranın dərinləşməsi nə qədər gözləniləndir?

PİA.AZ-ın əməkdaşı bu suallarla iqtisadçı Nazim Məmmədov və sabiq Maliyyə naziri Fikrət Yusifova müraciət edib.

Nazim Məmmədov: “Əgər doğrudanda həm kənd təsərrüfatında, həm qeyri-neft sektorunda bu qədər inkişaf varsa, bəs mallar hanı?!”

İqtisadçı Nazim Məmmədov bir sıra təkliflər irəli sürərək bildirdi ki, iqtisadiyyatı şaxələndirməklə idxaldan asılılığı azaltmaq mümkündür:

“Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsulun 2.8% artması, eyni zamanda daxili investisiyalarının 17 milyarddan çox olması, əhalinin banklardakı əmanətlərinin 8 milyardan yuxarı olması həqiqəti əks etdirirsə, vəziyyət yaxşıdır. Ancaq bazarlarda, marketlərdə alış-veriş edərkən görürük ki, xarici istehsalçılar daha çox məhsul təklif edirlər və aldığımız məhsulların təqribən 80%-ə yaxını xaricdən gəlir. Qeyd olundu ki, ümumi daxili məhsulda 60%-dən yuxarı qeyri-neft sektorunda istehsal olunub. Əgər doğrudanda həm kənd təsərrüfatında, həm qeyri-neft sektorunda bu qədər inkişaf varsa, bəs mallar hanı?! Biz niyə xarici məhsullardan istifadə etmək məcburiyyətində qalırıq və vəsaitin kursu aşağı düşdüyü halda infliyasiya davam edir? Həqiqətən də səslənilən rəqəmlərin arxasında real iqtisadiyyat durursa müsbət, statistika xətrinədirsə mənfi qiymətləndirirəm. Məlumdur ki, neftin qiymətinin aşağı düşməsiylə bağlı həm ölkəyə gələn investisiyalar, həm də əlavə qeyri-neft sektorunun inkişaf tempi gözləniləndən dəfələrlə aşağı və infliyasiya ikirəqəmli olacaq. Ona görə də hökümət daha çox sosial yönümlü layihələri stimullaşdırmalı, ünvanlı sosial yardımın məbləğini artılmalı, büdcə təşkilatlarında maliyyə qıtlığı ucbatından ixtisarlar olmalı, Nazirlər Kabinetinin strukturu dəyişdirilməli, bir neçə nazirlik ləğv olunmalı və onların funksiyaları birləşdirilməli, dövlət öz xərclərini azaltmalı, eyni zamanda hər il 7 milyarddan yuxarı olan investisiya xərclərinin şəffaflığına ciddi nəzarət olunmalı, özəl sektorun ucuz maliyyə resurslarına çıxışı təmin edilməli və özəl sektora təzyiqləri aradan qaldırmaq lazımdır. Məmurların bizneslə məşğul olmaları qadağan edilməlidir. Bütün bunlar ona görə edilməlidir ki, vergi bazası genişlənsin, vergi verənlər daha çox olsun, daxili istehsal daha da artsın və öz sahibkarlarımızn istehsal etdiyi məhsullar daha çox olsun. Nəticə etibariylə büdcəyə daha çox vəsait ödəməklə qeyri-neft sektorunu inkişaf etdirmək olsun. Əks halda quru rəqəmlərin arxasında nəyin olub-olmadığını müəyyən edə bilmirik. İdxaldan asılılığımız hələ də kifayət qədər yüksəkdir. Buna görə də iqtisadiyyatımızı şaxələndirməliyik. Regionlarda yaşayan əhalini stimullaşdırmaq lazımdır ki, onlar aqrar sektorla məşğul olsunlar, Bakıya toplaşmasınlar. Bunun üçün də dövlət proqramları lazımdır. Dövlət proqramları işləməlidir, büdcədən ayrılan vəsaitlər mənimsəmə predmenti olmamalıdır. Hesablama Palatası, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi bu sahədə işlərini ciddi şəkildə artırmalıdır.

Fikrət Yusifov: “2015-ci il üçün Azərbaycan hökumətinin iqtisadi proqnozlarını normal hesab edirəm”

Sabiq Maliyyə naziri Fikrət Yusifovun fikrincə, neftin qiymətlərinin dünya bazarlarında 60 dollar ətrafında qalması hökumətin müəyyən etdiyi proqnozların tam gerçəkləşdirilməsinə ciddi problemlər yaratmayacaq:

“2014-cü ilin yekunlarına həsr olunmuş bu hesabat ötən il ərzində ölkə iqtisadiyyatında baş verən prosesləri əks etdirir. Ötən ilin ortalarından başlayaraq dünyada və bizə qonşu olan ölkələrdə, xüsusilə də Rusiyada iqtisadi böhran getdikcə dərinləşməyə başlamışdı. Lakin buna baxmayaraq Azərbaycanda keçən il yaxşı göstəricilərlə başa vuruldu. Demək olar ki, iqtisadiyyatın vəziyyətini əks etdirən bütün göstəricilər üzrə pozitiv nəticələr əldə olundu. Qeyri-neft sektorunun ÜDM nisbətən 3 dəfə üstün artımı təmin edildi. Bu çox böyük bir rəqəmdir. Dünya iqtisadiyyatında baş verən proseslər fonunda 2014-cü ili Azərbaycan iqtisadiyyatı üçün uğurlu illərdən biri kimi dəyərləndirirəm. Bütövlükdə 2015-ci il üçün Azərbaycan hökumətinin iqtisadi proqnozlarını normal hesab edirəm. Düşünürəm ki, neftin qiymətlərinin dünya bazarlarında 60 dollar ətrafında qalması hökumətin müəyyən etdiyi proqnozların tam gerçəkləşdirilməsinə ciddi problemlər yaratmayacaq. Yox əgər bu qiymətlər 50 dollardan daha çox aşağı düşərsə bu halda yəqin ki, verilən proqnozlarda müəyyən korrektələrin aparılması zərurəti ortaya çıxa bilər. Mən bunu təbii hesab edirəm. Çünkü Azərbaycan iqtisadiyyatının təbii olaraq neftlə bağlılığı mövcuddur. Düzdür son illərdə qeyri-neft sektorunun inkişafı üçün az işlər görülməmişdi, lakin hələ ki, biz bu sahədə istədiyimiz səviyyəyə gəlib çata bilməmişik. Hesab edirəm ki,yaxın 5 il ərzində Azərbaycan hökuməti ölkə iqtisadiyyatında mövcud olan bu problemin tamamilə aradan qaldırılmasına nail olacaqdır”.


pia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam