Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

2014 Ölkəmizin iqtisadiyyatı üçün uğurlu il olub

 

“Neftin qiymətlərinin aşağı düşməsi gələn il də iqtisadiyyatımız üçün ciddi fəsadlar yarada bilməyəcək” “2014-cü ilin ikinci yarısından dünyada baş qaldıran iqtisadi və maliyyə təlatümləri bütün ölkələrə, ilk növbədə iqtisadiyyatı neftlə bağlı olan ölkələrə təsirsiz ötüşmədi. Qonşu Rusiyada baş verənlər isə orada ağır iqtisadi nəticələrə gətirib çıxardı. Hesab edirik ki, belə bir vəziyyətdə ölkəmizin bu ili uğurlu göstəricilərlə başa vurmasını müsbət dəyərləndirmək lazımdır”. 
"Xeberinfo.com":  Məlumata görə, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədiri, iqtisad elmləri doktoru Fikrət Yusifov ilin iqtisadi yekunalarına dair fikirlərini açıqlayarkən deyib. BİAB sədrinin fikrincə, yola saldığımız ilin Azərbaycan üçün əlamətdar hadisəsi Cənub qaz dəhlizinin təməlinin qoyulmasıdır. Bu layihənin icrasının Azərbaycana böyük siyasi və iqtisadi dividentlər gətirəcəyini deyən iqtisadçı, başa vurmaqda olduğumuz ilin 11 ayı ərzində ölkədə 40-a qədər orta və iri müəssisələrin istifadəyə verildiyinə diqqət yönəldib: “Ümunı Daxili Məhsulun həcmı 2,2 faiz, qeyri neft sektoru isə 6,5 faiz artıb. Ölkədə orta illik infilyasiya 1,5% olduğu halda əhalinin orta aylıq əmək haqqı 5,5 faiz və ya infilyasiyanın səviyyəsindən 3,7 dəfəyə üstün artıbdır”.

BİAB sədri qeyd edib ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanın 2015-ci il Dövlət Büdcəsi son illərin ənənəsini qorunaraq gəlir və xərcləri üzrə artan templə proqnozlaşdırılıb: “2015-ci ildə əsasən investitsiya layihələrinin maliyələşdirilməsini təmin etmək üçün Neft Fondundan Dövlət Büdcəsinə birbaşa yönəldiləcək 10,3 mlyard manat vəsait nəzərə alinmasa, büdcənin neftdən asılılığı təqribən 25% həddində olur ki, bu da on illər boyu iqtisadiyyatı neftlə yoğrulmuş bir ölkə üçün normal hesab olunmalıdır. Yola saldığımız 2014-cü ildə qeyri neft sektorunun artım tempinin Ümumi Daxili Məhsulun artım tempindən 3 dəfəyə qədər yüksək olması, qeyri-neft sektorunun inkişafinın ciddi hədəfə çevirildiyindən xəbər verir. Artıq Ümumi Daxili Məsulun tərkibində qeyri neft sektorunun payı 60%-ə yaxınlaşıb”.
F.Yusifovun fikrincə, neftin qiymətlərinin dünya bazarlarında aşağı düşməsi gələn il də Azərbaycan iqtisadiyyatı üçün ciddi fəsadlar yarada bilməyəcək. Azərbaycanın belə vəziyyətlər üçün kifayət qədər ehtiyatları olduğunu vurğulayan professor ölkəmizin valyuta-qızıl ehtiyatlarının 70 milyard ABŞ dollarına yaxın bir həddə çatması faktını misal göstərib: “Ölkəmiz regionun iqtisadi cəhətdən ən qüdrətli ölkəsinə çevrilib. Cənubi Qafqazda istehsal edilən Ümumi Daxili Məhsulun 80%-ə qədəri Azərbaycanın payına düşür”.


Neftin qiymətlərinin aşağı düşməsinin iqtisadi motivlərdən daha çox siyasi motivlərlə bağlı olması barədə əvvəlki şərhlərdəki fikirlərini xatırladan BİAB sədri hesab edir ki, Rusiya Ukraynada baş verən hadisələrlə bağlı başqa mövqe tutsaydı, yaxın gələcəkdə neftin qiymətlərində heç bir dəyişiklik də baş verməyəcəkdi: “Ukraynada baş verən hadisələrdən dolayı dünya siyasi müstəvisində yaranmış gərginlik nizama düşməyə başlayacağı andan neftin qiymətləri öz əvvəlki səviyyəsinə qayıdacaq. Proqnozlarımız belədir ki, bu, gələn ilin ortalarında baş verəcək”. 

F.Yusifov 2014-cü ili Azərbaycan üçün bütövlükdə uğurlu il kimi dəyərləndirib:“Bu kursun 2015-ci ildə də davam edəcəyinə inanırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam