Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

2015-ci ildə əhalinin gəlirləri azalacaq?

 

Vüqar Bayramov: «Neftin ucuzlaşması davam edərsə, 2015-ci ildə öncədən proqnozlaşdırlan artımın təxminən 2 dəfə geriləməsi qeydə alınacaq»

Samir Əliyev: “Neftin qiyməti ucuzlaşdığına görə, yük qeyri-neft sektoruna düşəcək”
"Xeberinfo.com":  Məlumata görə, Avropa İnkişaf və Yenidənqurma Bankının ötən həftə yaydığı məlumatda 2015-cü ildə Azərbaycanda Ümumi Daxili Məhsulun 1,5 faizə qədər azalacağı proqnozlaşdırılıb. Qeyd edək ki, ötən ilin əvvəlində Ümumi Daxili Məhsulun artımı 7,8 göstərilsə də, ilin sonunda bu göstərici kifayət qədər geriləyib. 2015-ci ildə Avropa İnkişaf və Yenidənqurma Bankının proqnozunda göstərildiyi kimi Azərbaycanda Ümumi Daxili Məhsulun azalması müşahidə ediləcəkmi və belə olan halda bu əhalinin gəlirlərinə necə təsir edəcək?

Bu sualla PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspertlər Vüqar Bayramov və Samir Əliyevə müraciət edib:

V.Bayramovun fikrincə, Avropa İnkişaf və Yenidənqurma Bankının öz proqnozlarını dəyişməsi neftin bazar qiymətinin aşağı düşməsi ilə bağlıdır:

«Avropa İnkişaf və Yenidənqurma Bankı 2014-cü ilin yekunları ilə bağlı proqnozlarına əsasən 2015-ci ildə Ümumi Daxili Məhsulun 1,5 faiz azaldığını proqnozlaşdırıb. Avropa İnkişaf və Yenidənqurma Bankının öz proqnozlarını dəyişməsi neftin bazar qiymətinin aşağı düşməsi ilə bağlıdır. Gözlənilir ki, 2014-ci ildə Azərbaycanda iqtisadi artım tempi qorunub saxlansa da, 2015-ci il üçün proqnozlaşdırılan iqtisadi artıma nail olmaqda çətinlik müşahidə oluna bilər. Təbii ki, neftin bazar qiymətinin aşağı düşməsi Rusiyadan daxil olan vəsaitlərin azalması ilə bağlıdır.

Əgər neftin ümumi bazar qiymətindəki azalma tendesiyası davam edərsə, o zaman Avropa İnkişaf və Yenidənqurma Bankının qeyd etdiyi kimi, 2015-ci ildə öncədən proqnozlaşdırlan artımın təxminən 2 dəfə geriləməsi qeydə alınacaq. Təbii ki, bud gəlirlərin azalmasına gətirib çıxaracaq. Ümumi Daxili Məhsulun artımı əhalinin sosial vəziyyəti ilə deyil, hələlik daha çox iqtisadiyyatın vəziyyəti ilə birbaşa bağlıdır. Əhalinin indiki vəziyyəti bunlardan asılıdır. Eyni zamanda azalmalar iqtisadiyyatın miqyasının kiçilməsinə, iş adamlarının fəlaiyyətlərinə mənfi təsir göstərir.

Nəzərə alsaq ki, daha əvvəl 2015-ci ildə Azərbaycanda iqtisadi artım tempini Avropa İnkişaf və Yenidənqurma Bankı 2,5% proqnozlaşdırmışdı. Bankın öz proqnozalırının dəyişməsinin səbəbi odur ki, neftin qiyməti aşağı düşdüyünə görə artım tempi bu il nisbətən aşağı düşəcək. Çünki 2014-cü ilin yekunlalrında 2,8% artım qeydə alınmışdısa, 2015-ci ildə bu 1,5% olacaq.

2015-ci ildə Azərbaycanın neft satışından əldə etdiyi gəlirlərdə azalmalar müşahidə olunacq və azalmalar dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrə yenidən baxılmasına və layihələrdə ixtisarların aparılmasına gətirib çıxarır. 2015-ci il həm Azərbaycan, həm dünya iqtisadiyyatı üçün asan il olmayacaq. Dövlət gəlirlərinin azalması dövlət büdcəsinə təsir göstərəcək. Bu isə xüsusən investisiya və infrastruktur layihələrin azalmasına səbəb olacaq ki, bu da həmin sahədə çalışan insanların işlə təmin olunmasında problemlərin olacağını istisna etmir. Bu baxımdan artım tempinin qorunub saxlanması, digər tərəfdən neftin qiymətinin aşağı düşməsi və əvvəlki illərə nisbətən artım tempində müqayisənin azalması praktik olaraq, Azərbaycan höküməti tərəfindən bir sıra infrastruktur və investisiya layihələrində maliyyənin azalmasına səbəb olacaq. Güman olunur ki, bundan da ən çox təsirlənən inşaat sektoru olacaq.

Xüsusən, 2015-ci ilin ikinci yarısında inşaat sektoru sahəsində fəaliyyətin məhdudlaşması sektora daha az vəsaitin daxil olacağını proqnozlaşdırır. 2015-ci il inşaat sektoru üçün kifayət qədər çətin il olacaq».


Digər iqtisadçı ekspert Samir Əliyev deyir ki, 2014-cü ildə neft sektorunda gəlirlər azaldığına görə, ümumilikdə təxminən 3% artım olub. Bu artım tempinin gözlənilən proqnozun əksi olaraq azalması isə dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlıdır: 

“2014-cü ildə Ümumi Daxili Məhsulun artımı qeyri-neft sektoru sahəsində 7% artım olub. Bu onu göstərir ki, Azərbaycanın daxili məhsulunun formalaşmasında dünya bazarında neftin qiymətinin ucuzlaşmasının rolu var. 2015-ci ildə Ümumi Daxili Məhsulun artımına təsir göstərən amil qeyri-neft sektoru ola bilər. Çünki 2014-cü ilin əvvəllərində neftin qiyməti yüksək idi, sentyabr ayından sonra isə əhəmiyyətli dərəcədə ucuzlaşmağa başladı. 


Belə deyək, bu gün neftin qiyməti 47-50 dollar çivarındadırsa və neftin qiyməti indiki səviyyəsində qalarsa, neft sektorunda ucuzlaşma müşahidə ediləcək və Ümumi Daxili Məhsulun qiyməti hasilatdan asılı olacaq. Deməli neftin qiyməti ucuzlaşdığına görə, yük qeyri-neft sektoruna düşəcək. Fikrimcə, Azərbaycan iqtisadiyyatı sırf neftə bağlı olduğuna görə, qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilmir. Bu məsələyə Bakıda Avropa Yay Oyunlarının keçirilməsi isə çox cüzi şəkildə təsir edə bilər. Düzdür, azalmanın nə qədər olacağını dəqiq söyləmək mümkün deyil, amma əgər bu azalma 3 faiz olarsa, neftin qiyməti indiki səviyyədə qalarsa, istisna etmirəm ki, Azərbaycanda Ümumi Daxili Məhsulun azalması baş versin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam