Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

PAŞİNYANIN AYDIN GÖRÜNƏN AQİBƏTİ: -İrəvan siyasi elitasının rusiyapərəst düşərgə ilə əvəzlənməsi mümkündür

 

Robert Katler

“Əl-Cəzirə”, 19.10.2020

 

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi nə əbədidir, nə də qədim nifrətə söykənir. İki xalq Rusiya İmperiyasının gəlişinə qədər əsrlər boyu dinc yanaşı yaşayıb.

Yenixeber.org: İndiki münaqişənin mənşəyi Ermənistanın suveren Azərbaycan ərazilərini hərbi işğal etməsi ilə bağlıdır. Ermənistan “xristian kartı”nı işə salaraq bunu müsəlman Azərbaycanla “sivilizasiyaların toqquşması” kimi təsvir etməyə çalışıb. Ancaq bu təbliğat xətti o qədər də yaxşı satılmır. Azərbaycan bu günlərdə Hollandiya xristian olduğu qədər müsəlmandır. Münaqişənin dini fərqliliklərlə heç bir bağlılığı yoxdur.

20-ci əsrin əvvəllərində azərbaycanlılar və ermənilər mövcud qarşıdurmanı müəyyən dərəcədə formalaşdıran böyük toqquşmalar yaşayıblar: 1905-1907-ci illərdə Rusiya konstitusiya inqilabından sonra və 1918-1920-ci illərdə, həmin dövr Azərbaycan və Ermənistan sovet sosialist respublikalarının yaranması ilə başa çatıb.

1920-ci illərin əvvəllərində Azərbaycan Sovet Sosialist Respublikası (ASSR) sərhədləri daxilində əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılıb.

Bəzən o zaman Sovet İttifaqı Qafqaz Komitəsinin başçısı olan İosif Stalinin DQMV-ni ASSR-ə “bağladığı” və ya “təhvil verdiyi” iddia olunur. Bununla birlikdə, DQMV-nin yaradılmasına dair əmrdə deyilir ki, bölgə Azərbaycanda “qalmalıdır”, yəni bölgənin başlanğıc olaraq ölkənin bir hissəsi olduğu düşünülür.

1988-ci ildə Sovet İttifaqının dağılmasından 3 il əvvəl DQMV regional rəhbərliyi Ermənistan SSR ilə birləşməyə səs verib. Bu səsvermə, 1991-ci ildə keçirilən müstəqillik referendumu kimi, qanunsuz idi. Sovet qanunlarına görə, Dağlıq Qarabağ referendumu yalnız SSRİ-nin tərkibində və ya Azərbaycanın tərkibində qalma seçimini təklif edə bilər, çünki ikinci səsvermə öz müstəqilliyinə doğru gedirdi. Buna görə də, müstəqillik və ya hətta Ermənistana birləşmə üçün referendum qanuni olaraq mümkün deyildi.

SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan sovetlər tərəfindən çəkilmiş sərhədləri ilə müstəqil dövlətlər kimi tanınıb. Bu o deməkdir ki, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır və onun Ermənistan hərbi qüvvələrinin işğalında olduğunu göstərir. Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə məqsədi ilə hərəkət etmək hüququ vardır. Bu, Bakının münaqişəyə baxışı üçün istinad nöqtəsidir.

Bugünkü münaqişə SSRİ-nin dağıldığı, Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinə və etnik baxımdan təmizlənən azərbaycanlılara qarşı qırğının həyata keçirilməsi ilə, Ermənistan silahlı qüvvələri bölgəni işğal etdikdə alovlanıb. Erməni qüvvələri Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal altında saxlamağa davam edir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal geri çəkilməsini tələb edən ən azı 4 qətnaməni təsdiqləyib. Onların heç birinə məhəl qoyulmayıb.

Sonda təxminən 780 min azərbaycanlı DQMV bölgəsindən, ona bitişik olan Azərbaycan inzibati ərazilərindən və Ermənistan ərazilərindən çıxarılıb. Nəticədə, təqribən 250 min erməni də Azərbaycandan Ermənistana gedib. Bu gün işğal altında olan ərazilər xaricində Bakı, Gəncə və digər Azərbaycan şəhərlərində 10 minə yaxın erməni qalır.

30 il ərzində münaqişə arada-bərədə alovlanıb. Bu ilin iyul ayında Dağlıq Qarabağdan 100 km məsafədə, Azərbaycanın Tovuz bölgəsində döyüşlər başlayıb. Qarşıdurmalar zamanı Rusiya İrəvana, son 15 ildə Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışdığını nəzərə alaraq, Azərbaycan tərəfini çox məyus edən hərbi yardım göstərib.

Son döyüşlər sentyabrın 27-də yenidən alovlanıb və Rusiyanın atəşkəsə vasitəçilik səylərinə baxmayaraq, hələ də dayanmayıb.

Bəs niyə bu il 2 böyük eskalasiyaya şahid olmuşuq?

Onlar, əsasən, radikal diasporanın təsir etdiyi daxili erməni siyasəti ilə əlaqəlidir. 2018-ci ildə Nikol Paşinyan Ermənistanın yeni baş naziri olub. Onun ilk ritorikası münaqişənin həllinə böyük ümidlər yaradıb. Ancaq çətin iqtisadi vəziyyətə görə erməni seçicilərinə verdiyi seçkiqabağı vədlərini yerinə yetirə bilmədikdə, Paşinyanın siyasi həyatda qalması sual altına düşüb. Elə o zaman onun yanaşması hipermillətçi olub.

Paşinyanın müdafiə naziri David Tonoyan 2019-cu ilin martında Nyu-Yorkda bir erməni qrupu qarşısında danışarkən, Ermənistan silahlı qüvvələrinin rəhbərliyi altında əvvəlki “sülh əvəzinə torpaq” hərbi doktrinasını rədd etdiyini və bunun əvəzinə “yeni müharibə, yeni ərazilər” hücum doktrinasını qəbul etdiyini söyləyib. Sonra, 2019-cu ilin avqust ayında Paşinyan Azərbaycanın işğal etdiyi əraziləri Ermənistanın ayrılmaz hissəsi elan edib. 1990-cı illərin əvvəllərindəki müharibədən bəri heç bir erməni siyasətçisi bunu deməmişdi.

Bu ilin mart ayında Ermənistanın baş naziri Ermənistan və Azərbaycanın 10 il əvvəl Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə danışıqlar üçün əsas olaraq razılaşdırdığı “Madrid prinsipləri”ni artıq tanımadığını açıq şəkildə bildirib.

İyul ayında Paşinyan birtərəfli qaydada Azərbaycanla danışıqlar üçün 7 yeni şərt irəli sürüb. Onların arasında Dağlıq Qarabağdan olan ermənilərin, məcburi köçkün Azərbaycan icmasının iştirakı olmadan danışıqlarda dərhal, birbaşa iştirakı tələbi var. Bu danışıqların formatını tamamilə dəyişdirər və onları ikitərəfli deyil, üçtərəfli edərdi.

Azərbaycan Paşinyanın sülh prosesini yenidən qurmaq cəhdlərini əvvəlcədən rədd edib.

Yaxşı, bəs iki tərəfin yenidən vicdanla danışıqlar masası arxasına oturması və sülhlə həll yolu tapması üçün nə lazımdır?

Bu barədə Bakıdakı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevdən soruşdum. Cavab verdi: “İlk addım olaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi bölgəsindən çəkilməsinə ehtiyac var. Bu, 2009-cu il “Madrid prinsipləri”nin bir hissəsidir və 1993-cü il BMT Təhlükəsizlik Şurasının qətnamələrində bütün tərəflər tərəfindən razılaşdırılıb. Belə bir addım qaçqınların geri qaytarılması, iki tərəf arasında kommunikasiyaların açılması və s. kimi addımlar üçün əlverişli şərait yaradacaq”.

Təəssüf ki, Paşinyan işğal altında olan ərazilərin Azərbaycana qaytarılması məsələsini açıq şəkildə rədd edir. Oktyabrın 17-də Azərbaycan qüvvələri işğal olunmuş ərazilərin cənub-şərqindəki strateji baxımdan əhəmiyyətli olan Füzuli şəhərini və ətraf kəndləri nəzarətə götürüblər. Füzuli bölgədə ən möhkəmləndirilmiş erməni müdafiə xətti idi.

“Madrid prinsipləri” İrəvanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş bölgələri Azərbaycana təhvil verməsini əvvəlcədən tanıyıb. Aydındır ki, İrəvan bu vəzifəni yerinə yetirsəydi, bir çox erməni və azərbaycanlının həyatı xilas olardı.

Bu şərtlər 10 ildən çoxdur ki, müzakirə olunur və onlar yalnız Azərbaycana aid deyil. Beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir, buna görə də, dəyişməsi ehtimalı yoxdur. Artıq Azərbaycan bütün işğal olunmuş əraziləri geri almaq üçün üstün gücə və hərbi potensiala sahibdir.

Paşinyan bu müəyyən edilmiş, beynəlxalq səviyyədə dəstəklənən şərtlərlə siyasi razılığa gəlməzsə, onun qütbləşmiş İrəvan siyasi elitası içərisində onsuz da aşkar olan rusiyapərəst düşərgə ilə əvəzlənməsi mümkündür. Bunun gözlənilməz nəticələri ola bilər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam