Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Əbədi düşmən" və ya müttəfiqi?-ANALİZ

 

 Yenixeber.org: Azərbaycanın öz torpaqlarının erməni işğalından azad edilməsi üzrə ongünlük hərbi kampaniyası çox maraqlı və gözlənilməz bir məqamı üzə çıxarıb. Ermənistan Azərbaycanın işğal edilmiş yeddi rayonuna nəzarəti əlində saxlamaq və Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək iqtidarında olmayıb. Bütün bu müddət ərzində Rusiyanı, digər ölkələri və blokları münaqişəyə cəlb etmək cəhdləri nəticəsiz qalıb. Ermənistan Azərbaycanla təkbətək qalıb, Azərbaycan isə 27 il əvvəl itirilmiş ərazilərini gündən-günə müntəzəm şəkildə işğaldan azad edir və özünə qaytarır.

Qarabağla bağlı danışıqlarda ermənilərin əsas şərti - Dağlıq Qarabağın statusu (müstəqillik nəzərdə tutulur) müqabilində (işğal edilmiş) ərazilər – əhəmiyyətini itirir. Ermənistanın baş naziri Nikol Paşinyan, nəhayət, oktyabrın 6-da ilk dəfə Azərbaycan tərəfin də qarşılıqlı addımlar atması şərti ilə Ermənistanın güzəştlərə hazır olduğunu bəyan edib. On gün ərzində Paşinyanın ritorikası xeyli dəyişib. Azərbaycanın hərbi kampaniyasının başlanğıcında Ermənistan baş naziri qəzəblə dağıdıcı cavabdan, daha sonra ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparmağa hazır olmasından bəhs edirdisə, indi siyasi ritorika güzəştlər səviyyəsinə düşüb.

Amma təfsilatı açıqlanmayan güzəştlər haqqında bəyanat Qarabağ münaqişəsinin nizamlanması yolunda qəti həll kimi qiymətləndirilməməlidir. Birincisi, Paşinyandan fərqli olaraq, prezident İlham Əliyev öz mövqeyini dəyişdirməyib. Hərbi kampaniya boyunca onun mövqeyi sülhün bərqərar edilməsinin şərti kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını ehtiva edir. Bu zaman rəsmi Bakı Qarabağ əsilli ermənilərə bütün Azərbaycan vətəndaşlarının malik olduğu hüquqların verilməsinə, onların təhlükəsizliyinə və dövlət tərəfindən qorunmasına zəmanət veriləcəyini bəyan edib. İkincisi, hərbi əməliyyatların inkişafı qaçılmaz olaraq Ermənistanın 1987-ci ildə başlamış genişlənmə siyasəti nəticəsində istila etdiyi bütün Azərbaycan ərazilərini itirməsinə səbəb olur.

Bu vəziyyətdə, nə qədər qəribə də səslənsə, müşahidə etdiyimiz Ermənistanın xarici siyasət nöqteyi-nəzərdən təcrid olunması şəraitində Dağlıq Qarabağın erməni icmasının təhlükəsizliyinin yeganə zamini kimi keçmişdə itirdiyi ərazilər üzərində yurisdiksiyasını bərpa edən Azərbaycan çıxış edə bilər.

Azərbaycan dinc danışıqlar boyunca və hazırki hərbi əməliyyatlar zamanı DQ ermənilərinin təhlükəsizliyi ilə bağlı öhdəliklər haqqında aydın mesajlar göndərib və əslində bu gün, Cənubi Qafqazda hərbi-siyasi tarazlığın dəyişməsi nəticəsində regionda sülhün yeganə mümkün zamininə çevrilir.

İlk növbədə bunları qeyd etmək lazımdır: 1) Ermənistan və Azərbaycan orduları arasında işğal edilmiş ərazilərdə başlayan hərbi əməliyyatlar, demək olar ki, qeyri-mümkün hesab olunurdu və ermənilər Azərbaycanın təxmin edilə biləcək yaxın gələcəkdə belə bu, onların fikrincə, intihar əməliyyatına başlayacağına inanmırdılar. 2) Ermənilər təsəvvür edə bilməzdilər ki, 30 illik münaqişəyə Azərbaycanın tərəfində Türkiyə də müdaxilə edəcək. 3) Ermənilər inanmırdılar ki, onların süzereni olan Rusiyanın müdafiəsindən məhrum qalacaqlar. 4) Ermənilər inanmırdılar ki, böyük dövlətlər Azərbaycan tərəfindən münaqişənin hərbi həllinə imkan verəcəklər. 5) Ermənilər inanmırdılar ki, İran onlardan üz çevirəcək. 6) Ermənilər inanmırdılar ki, öz taleləri ilə təkbətək qalacaqlar.

 

Rusiya, KTMT, ATƏT-in Minsk Qrupunu münaqişəyə cəlb etmək və ya heç olmasa Azərbaycanı dayandırmaq üçün dövlətlərdən yardım almaq üzrə ongünlük cəhdlər uğursuzluqla nəticələnib. Real köməkdən imtinanın səbəbləri regionda maraqlı olan beynəlxalq mərkəzlər arasındakı fikir ayrılığında deyil, regionun sivil inkişafının qarşısını alan amilə çevrilmiş münaqişədən yorğunluqda gizlənir.

Ermənilərin iki ziddiyyətli beynəlxalq prinsipin: ölkənin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etmək hüququ prinsipinin sintezindən, yəni ermənilərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etməsi hüququndan ibarət olan güzəştlərdən ardıcıl və prinsipial imtinası danışıqları çıxılmaz nöqtəyə gətirib çıxarıb. Ermənistan ictimaiyyətinin münaqişənin başlamasından etibarən 30 il sonra hələ də gəlib çatmayan dinc gələcək üçün tarixi miflərdən imtina etməməsi səbəbindən Rusiyalı, amerikalı, fransalı vasitəçilərin bütün layihələri uğursuzluğa düçar olub.

Uzun illərdir problemi dinc yolla həll etməyə çalışan və milli alçalmaya, ərazilərinin və insan həyatlarının itirilməsinə baxmayaraq, bütün mümkün güzəştləri edən Azərbaycan bu gün 30 il əvvəl Ermənistanın 7 rayon və Qarabağ regionunun Dağlıq Qarabağ adlandırılan dağlıq hissəsinin daxil olduğu böyük tarixi Qarabağı işğal edərkən istifadə etdiyi radikal tədbirlərə əl atıb.

 

30 ildir Azərbaycanın addımları dinc yanaşmadan qismən hərbi yanaşmaya qədər dəyişiklik göstərir, baxmayaraq ki, Ermənistan bütün bu müddət ərzində Qarabağ məsələsinin öz xeyrinə həllinin yalnız güc arqumentinə sadiq qalırdı. Son 200 il ərzində bu siyasət həm Ermənistanın öz ərazisində, həm də Azərbaycan ərazilərinin sonradan işğal edilmiş hissəsində metodik etnik təmizləmələri (Ermənistan milyondan çox azərbaycanlıdan təmizlənib) ehtiva edirdi.

Bu gün vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və Ermənistan işğal etdiyi bütün əraziləri və yalnız Azərbaycanın hərbi əməliyyatları ilə əlaqədar deyil, həm də regional dövlətlərin - Türkiyə və İranın Bakının tərəfində münaqişəyə cəlb olunması ilə əlaqədar təkcə Azərbaycanda deyil, bütünlükdə regionda da mövqelərini itirir. Formalaşan mozaika Ermənistanın suveren bir dövlət kimi Cənubi Qafqazda, Ön Asiyada, habelə müttəfiqi və ona rəğbət bəsləyən ölkə qalmayan postsovet məkanında addımlarını məhdudlaşdırır.

Qəribə də olsa, yeni reallıqlar şəraitində Ermənistanın, eləcə də Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin zamini kimi də Azərbaycan çıxış edir. Dinc Azərbaycan - Türkiyənin, Gürcüstanın, İranın, Rusiyanın müttəfiqi – regionda bu münasibətlərin Ermənistana da şamil olunmasına şərait yaratmaq və onun qonşuları ilə dinc şəraitdə birgə yaşamasını təmin etməyə qadirdir. Azərbaycanla ittifaq onun inkişafının zəmanətinə çevrilir və Ermənistanın “əbədi düşməninin” müttəfiqi olmaqdan başqa çıxış yolu qalmır.(astna.biz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam