Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Xarici işlər nazirinə məktub…-MÜSAHİBƏ

 

     Başqa ölkələrdə yaşayan soydaşlarımızı Vahiq Qazinin bu təşəbbüsünə qoşulmağa çağırırıq!

Yenixeber.org: İsveçin “Bleking Land Tindning” qəzetində bu ölkədə yaşayan yazıçı Vahid Qazinin Qarabağ münaqişəsinə həsr olunmuş müsahibəsi dərc edilib. Müsahibənin girişində qəzet təqdimat verir:

“Azərbaycandan olan yazıçısı Vahid Qazi bu həftə xarici işlər naziri Ann Lindeyə məktub yollayaraq, onun Azərbaycanda və Ermənistandakı həmkarları ilə apardığı müzakirəyə dair təklif irəli sürüb. Əvvəllər Karlskrunda yaşamış müəlliflə eksklüziv müsahibəmizdə onun bu məktubu nə üçün yazdığı və Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyəti necə qiymətləndirdiyi barədə söhbət edirik. “Ermənistan üçün yeganə həll – qoşunlarını Azərbaycandan çıxarmaqdır”, – o, deyir.

Müsahibədən bilavasitə münaqişəyə aid parçaları dərc edirik:

BLT: Azərbaycanda vəziyyət nə dərəcədə ciddidir? Müharibəyə nə qədər yaxındır?

– Döyüşlər neçə gündür ki, bütün cəbhə boyu davam edir, 26 il həll olunmayan münaqişə yenidən alovlanıb. Bu, lokal döyüşlər deyil, əsl müharibədir. Azərbaycan şəhərləri və kəndləri daim şiddətli atəşə tutulur. Ölənlər arasında uşaqlar, qadınlar, qocalar var. Raketlərdən biri Naftalanda eyni ailənin beş üzvünün, o cümlədən 13 və 14 yaşlı uşaqların həyatına son qoyub.

BLT: Bəs nə üçün İsveçin xarici işlər nazirinə yazmaq qərarına gəldiniz?

– İsveçin xarici işlər naziri Ann Linde “Tvitter”dəki səhifəsində paylaşım edib: “Ermənistanla Azərbaycan arasında zorakılıqdan narahatam. Təcili dayandırılmasına ehtiyac var”. O, həm də bəyan etmişdi ki, bir həftə ərzində məsələnin sülhlə həlli yolları müzakirə olunacaq. Mən özüm Ağdam şəhərindənəm, onu “Qafqazın Xirosiması” adlandırırlar. Bu şəhər 1993-cü ildə Ermənistan tərəfindən işğal olunub. Bunlarla əlaqədar dünyada sülhün və ədalətin nümunəsi sayılan bir ölkənin xarici işlər nazirinə müraciət etməyə ehtiyac duydum.

Mən demək istəyirəm ki, sadəcə döyüşlərin dayandırılması uzunmüddətli perspektiv baxımından münaqişəni həll etməyəcək, yalnız onu qısa müddətə, yeni toqquşma baş verənədək donduracaq.

BLT: Fikrinizcə, isveçlilər niyə Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməlidirlər?

– İsveç hələ 1992-ci ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında münaqişənin dinc danışıqlar yolu ilə həllinə yardım üçün yaradılmış ATƏT-in Minsk Qrupuna üzv dövlətlərdən biridir. Artıq 28 ildir ki, nəticə yoxdur. Məncə, İsveç hansısa üsulla bu münaqişənin həllini tapmalıdır. Həmin 28 ildə qrupun üzvlərindən Rusiya Ermənistana hərbi dəstək verib, ABŞ və Avropa İttifaqı isə müşahidəçi rolunda qalıb.

İsveç öz neytrallığı və həmişə sülhə can atmağı ilə tanınır. İnanmaq istəyirəm ki, İsveç sülhpərvər və ədalətli nəticəyə hesablanmış həll təqdim edə bilər…

– Bu bölgədə sülh necə təmin oluna bilər?

– Əvvəllər Azərbaycan Ermənistana işğala son qoymağı, neftin Avropaya nəqli üçün kəmərləri Ermənistandan keçirməyi, Qafqazı rifah içində yaşayan azad məkana çevirməyi təklif edib. Məqsəd ondan ibarət olub ki, Sovet İttifaqı dağılandan sonra biz də, Litva, Latviya, Estoniya kimi, Avropaya inteqrasiya yolu ilə gedək. Təəssüf ki, Ermənistan Qafqazda Rusiyanın vassalına çevrildi və biz tam azad ola bilmədik.

BMT Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı qətnamələrə uyğun olaraq, erməni ordusunun Azərbaycan ərazisindən dərhal, bütünlüklə və qeyd-şərtsiz çıxarılmasına çağırır. Avropa Parlamentinin də erməni ordusunun Azərbaycanı tərk etməsinə dair qətnaməsi var. Qarabağ münaqişəsinin yeganə həlli yolu Ermənistanın beynəlxalq çağırışlara əməl etməsi və qoşunlarını Azərbaycan ərazisindən dərhal, bütünlüklə, qeyd-şərtsiz çıxarmasıdır.

Ermənistanın bir milyon azərbaycanlını deportasiya etməsinə, etnik təmizləmə aparmasına baxmayaraq, biz uzun illər dəfələrlə bəyan etmişik ki, ermənilərə ərazimizdə ən yüksək səviyyədə muxtariyyət verməyə hazırıq. Amma indi inanmıram ki, Azərbaycan xalqı daha buna razı olsun.

Nəhayət, təkrar olaraq altını cızmaq istəyirdim ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu Ermənistanın bütün qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır. Sadəcə Ermənistanla Azərbaycan arasında atəşkəs tələb etmək – həll deyil.

Press Klub: Sonda biz də dir daha xaricdə yaşayan həmvətənlərimizi Vahid Qazinin “Xarici işlər nazirinə məktub” aksiyasına qoşulmağa və bunu yerli kütləvi informasiya vasitələrində işıqlandırmağa çağırırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam