Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN rəhbəri-litvalı həmkarı ilə telefonla danışıb

XİN rəhbəri litvalı həmkarı ilə telefonla danışıb
İyulun 17-də Xarici İşlər naziri Ceyhun Bayramov ilə Litva Xarici İşlər naziri Linas Linkeviçius arasında telefon danışığı olub.
Yenixeber.org: Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı nazir Linas Linkeviçius Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olması münasibətilə Ceyhun Bayramovu təbrik edib, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyində olan bir sıra məsələlər və onların inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə litvalı həmkarını məlumatlandırıb. O, bölgədə yaşanan gərginliyin əsas səbəbinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən təcavüz siyasəti və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğal altında saxlaması, eləcə də bu ərazilərdə yerli azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsi olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolunun işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması və bütün məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasından ibarət olduğu vurğulanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam