Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ermənistan üçün kabus: -Bakı-Ankara ittifaqı işğal-ilhaq planlarını puç edir

Bir millət - iki dövlət”in sarsılmaz birliyi Paşinyanı Rusiyanın “ətəyindən” daha möhkəm yapışmağa vadar edir; İrəvanın Moskvaya yeni reveranslarında məkrli hədəflər; ukraynalı politoloq: “Livan erməniləri ilk fürsətdəcə Qarabağdan qaçacaqlar...”

Yenixeber.org: Ermənistan əhalisinin həyat şəraitinin pandemiya fonunda sürətlə ağırlaşması Nikol Paşinyanı təcili olaraq, qeyri-ordinar addımlar atmaq zorunda qoyub. Belə addımlardan biri və birincisi əlbəttə ki, ictimai diqqəti daxildəki sosial-iqtisadi problemlərdən yayındırmaqla bağlıdır. Söhbət öncəliklə ölkə gündəmini Qarabağda yeni müharibə riski ilə məşğul etməkdən gedir. Rəsmi İrəvan paralel surətdə işğal altındakı Azərbaycan torpaqlarında xaricdən erməni ailələrini yerləşdirməyə çalışmaqla elektoratın gözündə “uğurlu rəhbər” obrazı yaratmağa səy edir.

Lakin ortada paradoks var. Məsələ ondadır ki, Qarabağ müharibəsi hələ bitməyib və əməliyyatların bərpa olunacağı təqdirdə Qarabağa köçürülən ermənilər və onların obyektləri də Azərbaycan Ordusunun hədəfinə düşəcək. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, o, ərazimizə qanunsuz şəkildə, Beynəlxalq Humanitar Konvensiyasının tələblərinin kobud formada pozulması ilə köçürülən əhalinin təhlükəsizliyinə zəmanət vermir.

Elədirsə, o zaman xaricdəki ermənilər, görəsən, hansı ağılla Qarabağa köç edirlər?

*****

“Ermənistanın işğal altındakı ərazilərdə apardığı süni köçürmə siyasəti blefdir. Ən azı ona görə ki, Dağlıq Qarabağdakı şərait dünyanın dörd bir yanında ermənilərin yaşadığı yerlərdən daha pisdir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri politoloq, Ukrayna nəşr olunan “Şərhlər” jurnalının redaktoru Vladimir Tsxvediani deyib.

“Əvvəla, heç vaxt şəhər sakinləri kütləvi şəkildə uzaq kəndlərə köçməz. Yaxud yalnız məcburi şəkildə və ya hansısa böyük güzəştlər qarşılığında ucqar dağlıq əraziləri tərcih edər. Onlar ilk fürsətdəcə oradan qaçacaqlar. Livan erməniləri müasir dənizkənarı metropolun - Beyrutun sakinləridir. Qarabağ kəndləri onlar üçün dekabristlər üçün Sibirdən də betərdir. Buna görə Qarabağı Beyrut erməniləri ilə doldurmaq real deyil. İlk fürsətdə dövlətdən vəsait qoparan gəlmə ermənilər doğma ”Hayastan"ı aldadaraq oradan qaçacaqlar. Özü də İrəvana da yox, birbaşa Parisə və ya Los Angelesə", - deyə ekspert qeyd edib.

Azərbaycan-Türkiyə hərbi təlimləri: Plan, strategiya və hədəf Ayna.az

Onun sözlərinə görə, ömürləri boyu paytaxt Beyrutun dənizkənarı bulvarındakı dükanlarda ticarət aparmış Livan ermənilərinin dağlarda inək otarması ehtimalı yoxdur. “Beləliklə, əgər köçürülmə olacaqsa da, bu yalnız terrorçular olacaq. Ancaq məsələ ondadır ki, terrorçular öldürməyi və bunun qarşılığında pul və şöhrət qazanmağı xəyal edir, nəinki torpaqla əlləşib inək otarmağı. Bir sözlə, İrəvanın Azərbaycan ərazilərini özününküləşdirmək siyasəti nəticə verməyəcək”, - deyə ukraynalı politoloq əminliklə əlavə edib.

*****

“Ermənistan Livan ermənilərini işğal altında saxladığı Dağlıq Qarabağa və ətraf rayonlara yeləşdirməklə işğalı ilhaqa çevirmək istəyir”.

Bunu isə türkiyəli təhlükəsizlik eksperti Şafak Mert “Cümhuriyyet” qəzetinə açıqlamasında söyləyib (Virtualaz.org).

Onun qənaətincə, Paşinyan Ermənistanın azalmaqda olan əhalisini xaricdən gətirilən ermənilər hesabına artırmağa çalışır. “Nikol Paşinyanın yürütdüyü siyasət - Azərbaycana bir qarış da olsun torpaq qaytarmamaqdır. Qarabağa Livandan, daha əvvəl isə Suriyadan gətirilib yerləşdirilən ermənilər Paşinyanın Qarabağın işğalını ilhaqa çevirmək siyasəti üçün alətdir”, - Şafak Mert deyib.

 

Ekspert onu da qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında son vaxtlar dərinləşən hərbi müttəfiqlik işğalçı Ermənistan üçün kabus ssenarisi olmalıdır. Və buna cavab olaraq Ermənistanın Yunanıstan və yunan Kipri ilə üçtərəfli hərbi əməkdaşlığının ona heç bir faydası olmayacaq.

Lakin Ermənistanın əsas hərbi müttəfiqi Yunanıstan və yunan Kirpi yox, Rusiyadır. Sirr deyil ki, İrəvan məhz Moskvaya arxalanaraq, Azərbaycan torpaqlarını işğal altında saxlaya bilir. Ermənistanda çox yaxşı anlayırlar ki, Kremlin öz əlini Ermənistanın üzərindən götürməsi kifayətdir ki, Azərbaycan qısa müddətdə öz ərazi bütövlüyünü güc yolu ilə bərpa eləsin. Odur ki, Paşinya hökuməti də sələfləri kimi, Rusiyadan yapışmaq kursuna üstünlük verib.

****

Yeri gəlmişkən, Rusiya-Ermənistan müttəfiqliyi yeni məzmun almaqdadır. Bildirilir ki, işğalçı ölkə Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi “Azad Suriya Ordusu”una qarşı döyüşmək üçün azı 450 hərbçi göndərib. Onların Ermənistanın nizami orduya mənsub olması, yoxsa qeyri-nizami hərbi dəstələrdən (muzdlulardan) ibarət olması məlum deyil.

Xəbərdə bildirilir ki, Ermənistandan hərbçilərin Suriyaya daşınmasını Rusiya həyata keçirib. Batalyonu Rusiyanın Suriyadakı Hmeymim aviabazası ilə razılaşdırılmış şəkildə Suriya hərbi kəşfiyyatından briqada generalı Muhsan Nafnuf müşayiət edir. O da qeyd edilir ki, erməni muzdlularının Suriyada Bəşər Əsədin tərəfində Türkiyə ordusuna qarşı döyüşmək üçün ələ alınması Rusiyanın son aylar Ermənistana açıq hərbi dəstək verməyə başlamasından sonra mümkün olub. Rusiya bununla Azərbaycana hərbi kömək göstərən və onun ordusuna təlim keçən Türkiyəyə cavab mesajı verir.

Xatırladaq ki, bugünlərdə radarlar Suriyadakı Hmeymim aviabazasından qalxan «İl-76» hərbi-nəqliyyat təyyarəsinin İrəvanda endiyini qeydə almışdı. Belə görünür ki, Rusiya hərbi-nəqliyyat təyyarəsi erməni muzdlularını Suriyaya daşımaq üçün göndərilibmiş. Məhz həmin günlərdə “Nezavisimaya qazeta” Türkiyənin Ermənistanla döyüşmək üçün Suriyanın şimalından Azərbaycana 500 muzdlu göndərdiyi haqda dezinformasiyanı ortaya atmışdı. Yəni “qara məni basınca, mən qaranı basım” prinsipi...

*****

Nikol Paşinyan Sorosun quluna çevrilib

Bunu da qeyd edək ki, Nikol Paşinyan hökuməti ilyarım öncə yenə məhz Rusiyanın təşkilatçılığı ilə Suriyaya hərbi-humanitar missiya göndərmişdi. Hansı ki, dərhal ABŞ Dövlət Departamentinin sərt reaksiyasına səbəb olmuşdu. İndi isə məlum olur ki, Ermənistan Suriyada həm də qarşı duran tərəflərdən birinin yanında yer almağa can atır. Təbii ki, özünün konkret maraqları naminə.

Bu maraqlardan biri işğal altındakı torpaqlarımızı Yaxın Şərq erməniləri hesabına süni şəkildə məskunlaşdırmaq, eyni zamanda işğalçı orduya yeni muzdlular cəlb eləməkdir. Çünki Ermənistanda ciddi şəkildə çağırışçı problemi yaşanır: ölkədəki ağır sosial-iqtisadi durum səbəbindən əli silah tutan ermənilərin xaricə köçü davam edir - pandemiyaya görə sərhədlərin bağlanması bunu bir qədər səngitsə də.

Məlumatlara əsasən, 2020-ci ilin iyulunda Tovuzla sərhəddə baş vermiş hərbi toqquşma zamanı Ermənistan tərəfdən öldürülən silahlıların sayının gizlədilməsi ən əvvəl bununla bağlı idi. Ona görə ki, məhv edilənlər Ermənistan ordusunda rəsmi qeydə alınmayan muzdlular idi...    

****

Paşinyandan ŞOK ÇAĞIRIŞ: Müharibəyə... » 7news.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Beləcə, hakimiyyətə anti-Rusiya şüarları və vədləri ilə gələn Nikol Paşinyan çox keçməmiş, 180 dərəcə öz mövqeyini dəyişməklə Moskvaya sədaqət yolu tutub və hətta bu göstərici üzrə öz sələflərini də üstələyib. Heç şübhəsiz, Azərbaycan-Türkiyə hərbi ittifaqının getdikcə daha da güclənməsi Paşinyanı Rusiyanın “ətəyindən” bir az da möhkəm yapışmağa vadar edir. Çünki artıq gün kimi aydındır ki, Ermənistanın “demokratik” hökuməti də Qərbin çağırışlarına rəğmən, Türkiyə və Azərbaycanla dialoq yoluna, Qarabağ məsələsində konstruktiv mövqeyə deyil, konfrontasiya yoluna üstünlük verib.

Demək, təcavüzkar ölkənin Rusiya orbitindən uzaqlaşacağından danışmağa dəyməz. Paşinyan bu vədinə də yüz faiz xilaf çıxıb. Ancaq Ermənistan rəhbəri unutmasın ki, onun Rusiyaya arxalanaraq atdığı yeni avantürist addımların hamısı iflasa məhkumdur. Bakı-Ankara sarsılmaz ittifaqı İrəvanın işğal-ilhaq siyasətinin həyata keçməsinə önündə ən böyük əngəldir və belə də qalacaq...
“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam