Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Bakının mini-müharibə variantı, Paşinyanın “xilas kəməri”

Düşmən ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşdıqca “xarici düşmən” faktoru önə keçir; “Ermənistan hakimiyyətinə diqqəti daxildəki problemlərdən yayındırmaq üçün 2016-cı ildəki aprel döyüşləri tipində müharibə çox lazımdır...”

Yenixeber.org:  Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın öz xalqına verdiyi vədlərdən biri də ölkədəki demoqrafik vəziyyətin yaxşılaşması ilə bağlı idi. Buna o, həm də  immiqrasiyanın (ölkəyə qayıdanlar) hesabına nail olacağını bəyan edirdi. Ancaq hələ də Ermənistandan emiqrasiya edənlər (gedənlər) güclü olaraq qalır. Ölkəyə qayıdıb iş qurmaq, iş yerləri açmaq istəyən zəngin ermənilərdən isə ümumiyyətlə, xəbər yoxdur.

Qısası, bu sahədə də ermənilərin gözləntisi fiasko olub. Halbuki baş nazir ölkədə artıq sistemli korrupsiyanın və monopoliyanın yox olduğunu, qanunçuluğun və iqtisadi-biznes azadlıqlarının bərqərar olunduğunu iddia edir. Təbii ki, sadalananlar gerçək olsaydı, Ermənistandan kütləvi köç niyə davam etməli idi ki? Statistik məlumata görə, hətta bu ilin 1-ci yarısında ötən illə müqayisədə Ermənistanı daha çox sayda əmək qabiliyyətli insan tərk edib...

*****

“Hökumət gec, ya tez, izah etməlidir ki, əgər emiqrasiyanın səbəbləri qanunsuzluq, korrupsiya, iqtisadi təzyiq, ədalətsizlik, ləyaqət və s. məsələlər idisə, o zaman nədən adamlar qocalmağa davam edirlər, daha böyük sürətlə ölkədən köç edirlər?” “Yeni Müsavat”ın məlumatına görə, bu sözlər Past.am-dakı məqalədə yer alıb.

karabakh war azerbaijan ile ilgili görsel sonucu

“Verilən vədlərə rəğmən, insanlar yenə emiqrasiya edir, gözlənilən investisiyalar heç cür gəlib ölkəyə çıxmır. Bəs reallıq harada qaldı? Axı səbəblər yerində qalır. Belə çıxır, ya insanlar naşükür və axmaqdırlar, ya da yeni hökumət ölkədəki situasiyadan bixəbərdir. O hökumət ki, özü üçün əla həyat şəraiti yaradıb. Hər halda, fakt faktlığında qalır ki, emiqrasiya davam edir. Hətta bəzi sistemli qüsurların aradan qaldırılması da bu prosesi nə dayandıra bilir, nə də ləngidə”, - deyə sayt qeyd edir.

*****

Əlbəttə ki, işğalçı ölkədə bu qəbildən sosial-iqtisadi problemləri Dağlıq Qarabağ konflikti, blokada problemi çözülmədən aradan qaldırmaq mümkün olmayacaq. Ermənilərin xaricə köçünün bir səbəbi də həlli uzanan münaqişə və müharibə vəziyyəti, orduda baş alıb gedən özbaşınalıqlardır.

Bir sıra təhlilçilərə görə, ölkə daxilində sosial-iqtisadi sahədə hələ də sanballı uğurların gözə dəyməməsi, immiqrasiya əvəzinə emiqrasiyanın güclənməsi, son vaxtlar isə hökumətə qarşı, üstəlik, açıq etirazların baş qaldırması və ilk dəfə etirazçıların qanının tökülməsi Paşinyan iqtidarını istər-istəməz ictimai diqqəti daxildəki problemlərdən yayındırmaq zorunda qoyur. Ənənəvi olaraq, xarici düşmən faktorunu qabartmağa sövq edir. Burada isə “köməyə”, necə deyərlər, əl altındakı “Qarabağ kartı” gəlir.

karabakh war azerbaijan april 2016 ile ilgili görsel sonucu

Təsadüfi deyil ki, son aylar rəsmi İrəvan Qarabağla bağlı sərt ritorika sərgiləyir, sülh danışıqlarında ümidverici ən kiçik addımı belə, atmaq istəmir. Faktiki şəkildə, əvvəlki rejimlərdən də radikal mövqe nümayiş etdirir...

*****   

Ermənistan hakimiyyətinin aqressiv ritorikası ekspertlərin də diqqətindədir. Məsələn, “PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov ehtimal edir ki, Nikol Paşinyanın başçılıq etdiyi indiki Ermənistan hakimiyyəti ölkədəki iqtisadi problemlər fonunda münaqişə zonasında vəziyyəti bilərəkdən kəskinləşdirə bilər (Media.az).

Onun sözlərinə görə, Paşinyanın sələfləri son 20 ildə Ermənistan cəmiyyətini Azərbaycan əleyhinə əhval-ruhiyyəyə kökləyib. “Paşinyan hakimiyyətə gələndə ümid var idi ki, o, Qarabağ klanı ilə əlaqəsi olmadığı və liberal yönlü insan olduğuna görə gərginliyi azaltmaq siyasətinə başlayacaq. Onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşləri zamanı verdiyi bəyanatlar və ilk görüşləri bunu söyləməyə əsas yaradırdı. Lakin indi artıq başqa mənzərə ortadadır. Paşinyanın bütün bu hərbi ritorikası daxili auditoriyaya yönəlib”, - deyə politoloq qeyd edib.

Səbəblərdən danışan ekspert deyir ki, Paşinyan və komandasının vədlərinə baxmayaraq, ölkədə sosial-iqtisadi vəziyyət getdikcə pisləşir: “Hələ orta əsrlərdən bəllidir ki, belə olan halda öz uğursuzluqlarının səbəbini xarici düşməndə axtarmaq, bəzən isə müharibəyə başlayaraq iqtisadiyyatdakı problemləri müharibənin üzərinə atmaq lazımdır. Başqa bir məqam da var. Moskva və Nur-Sultan (keçmiş Astana) Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi üzrə iş aparır. Söhbət ərazilərin tədricən, əvvəlcə yeddi və ya beş rayonun qaytarılmasından gedir. Lakin biz bilirik ki, ”Paşinyan layihəsi" Qərb yönümlüdür. Qərb isə Rusiya və Türkiyənin Qafqazda güclənməsini istəmir. Əgər İrəvan əraziləri qaytarsa, burada Ankaranın da xidməti olacaq".

Politoloq Paşinyanın durumunu çətinləşdirən daha bir faktora diqqət çəkir: “Ermənistanda Qarabağ mövzusunda ”yumşaq" bəyanat verəcək istənilən siyasətçi öz siyasi karyerası ilə vidalaşa bilər. Hələ Ermənistanın Qarabağla birləşdirilməsi (“miatsum”) ssenarisi var. Lakin bu, sülh danışıqlarının dayandırılması anlamına gəlir. Dağlıq Qarabağ tanınmamış tərəf kimi danışıqlardan kənardadır. "Miatsum" isə danışıqlar formatının dəyişdirilməsi deməkdir, yəni hər şeyin üstündən xətt çəkiləcək".

Demək, müharibə qaçılmaz ola bilər?

“İrəvanın bütün bəyanatları, qoşunların təmas xəttindəki təxribatları Azərbaycanı cavab tədbirlərinə sövq etməyə yönəlib. Ermənistanda isə bunu təcavüz adlandıracaqlar. İrəvana hazırda irimiqyaslı olmayan, 2016-cı ilin aprel döyüşləri tipində müharibə çox lazımdır. Ermənistan tərəfi yenidən özünü qurban elan edəcək. Paşinyan üçün isə bu, xilas variantıdır”, - deyə rusiyalı analitik əlavə edib.

Beləcə, erməni baş nazir Azərbaycan hesabına özünə “xilas kəməri” axtarır. Əslində Paşinyan və komandası da daxil, bütövlükdə erməni toplumunun qurtuluşu, xilası məhz elə Azərbaycanla bağlıdır. “Böyük xilas kəməri” də Bakıdadır. Onu əldə etməyin yolu məlum: heç bir şərt irəli sürmədən yad torpaqlardan işğalçı qoşunları geri çəkmək, vaxt itirmədən qonşu Azərbaycan və Türkiyə ilə anlaşmaq. Əks təqdirdə, heç şübhəsiz, Azərbaycan mini-müharibə ilə kifayətlənməyəcək...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam