Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İslahatçılar üçün xilasedici kəmər: -LARİCANİ İRAN PREZİDENTLİYİNƏ NAMİZƏD OLACAQMI?

“Əl-Monitor”, 02.09.2020

 

Nüfuzlu veteran siyasətçi Əli Laricaninin İranın növbəti prezidenti olmağa hazırlaşdığına və rəqib düşərgələrdən ikitərəfli dəstək ala biləcəyinə dair qızğın mübahisələr gedir.

Yenixeber.org: Keçən həftə bir neçə mühafizəkar qəzetin yayımladığı hesabatlarda qeyd olunub ki, Laricani namizədliyini irəli sürəcək, lakin islahatçılar və ənənəvi mühafizəkarlar üçün bir şərt qoyur: “Məni dəstəkləyin, onda namizəd olacağam”.

Növbəti prezident seçkiləri 24 iyun 2021-ci ildə keçiriləcək.

63 yaşlı siyasətçi ardıcıl olaraq 12 il parlament spikeri vəzifəsi ilə vidalaşdıqdan sonra Məsləhət Şurasında yer tuta-tuta, Ayətullah Əli Xamnənin baş məsləhətçisi vəzifəsinə gətirilib.

Keçən ilin noyabr ayında Laricani yenidən parlament seçkilərinə qatılmamaq qərarının prezidentlik ambisiyası ilə bağlılığı barədə fərziyyələri rədd edib. Ancaq o zamanlar da Laricaninin sözlərinə ciddi şübhələr var idi.

Sabiq spikerin qaynı olan keçmiş parlament sədrinin müavini Əli Mütəhhəri bildirib: “Bunu açıq şəkildə təsdiqləyə bilməz, amma istisna da etmir”. Keçmiş millət vəkili Hüseyn Nəğəvi Hüseyni isə deyib: “Laricani artıq seçki qərargahının açılışını edib”.

Laricani son 20 ildə siyasi meyllərində tədricən dəyişiklik yaradıb. Bir vaxtlar mühafizəkar düşərgənin sərt təbəqəsindən baş qaldırmış adam indi “mərkəz”dən “sol”a meyllənib. Bunu xüsusilə, mötədil prezident Həsən Ruhaniyə və İranın nüvə razılaşmasına verdiyi sarsılmaz dəstəyi ilə sübut edib.

Reformist düşərgənin daha sərt qrupları isə, 2016-cı ilin parlament seçkilərində Laricanini dəstəkləmələrinə baxmayaraq, hələ də öz çevrələrində ona qıyqacı baxdırlar. İslahatçı Milli Etimad Partiyasından Məhəmməd Sadiq Cavadi Hesar bildirib: “Laricani nə zamandan bəri islahatçı olub ki, indi onu dəstəkləmək barədə düşünək!? İslahatçı düşərgənin bəzi üzvlərinin bu bəsit nikbinliyi mənasızdır”.

2013 və 2017-ci illərdə bu islahatçılar Ruhaninin arxasınca möhkəm bir şəkildə toplaşıb və sərt tənzimçilərin qələbəsini dayandırmağa müvəffəq olublar. İndi ümumi populyarlığın azalması və potensial namizədlərinin Nəzarətçilər Şurasında diskvalifikasiya olunma ehtimalını nəzərə alaraq, islahatçılar Ruhani təcrübəsini təkrarlamalı olduqlarını düşünürlər, yəni “həqiqi islahatçı olmayan, lakin gələcək siyasi atmosferdə onlara nəfəs almağa kömək edə biləcək namizəd”.

Ancaq düşərgədə bu plana qarşı açıq müxalifət var. İslahatçı siyasi xadim İsfəndiyar Abdullahi bildirib: “İşə muzdlu götürməklə, düşərgə öz qəbrini qazacaq”.

Keçmiş millət vəkili Cəlal Cəlalizadə islahat tərəfdarı olan gündəlik “Aftab-e Yəzd” qəzetinə verdiyi müsahibədə düşərgənin “etibarına ən ağır zərbə vuran” Ruhaniyə verdiyi dəstəyə görə təəssüflənib. Eyni model əks düşərgədə, sərt mövqedəki “Paydari” hərəkatında da mövcuddur, o, Laricanini “xain” və “diktator” hesab edir. Ancaq hər iki tərəfdəki daha mülayim bölmələrdən, yəni Ruhani tərəfdarı qruplardan və bəzi ənənəvi mühafizəkarlardan söz düşəndə, Laricani, ümumiyyətlə, düzgün seçim olaraq görülür.

İranda fevral ayında keçirilən son parlament seçkilərdə 1979-cu ilin İslam İnqilabından bəri ən aşağı seçici iştirakı qeydə alınıb. Laqeydlik böyük ölçüdə dərin iqtisadi narazılıqlar, dövlətin noyabr ayında yanacaq qiymətlərini artırmasına etirazlar və qismən Nəzarətçilər Şurasının islahatçı namizədləri amansızcasına yoldan təmizlənməsinə ictimaiyyətin təpkisi kimi şərh edilib. Nəticələr sərt mənzimçilərin hakim olduğu parlamentdə islahatçılara demək olar ki, yer saxlamayıb.

İndi səhnədən tamamilə kənarda qalmamaq üçün bəzi islahatçılar artıq yeni bir çıxış strategiyasını araşdırırlar. Təklifə əsasən, düşərgə Laricaninin prezidentliyə namizədliyini təsdiqləmək şərti ilə, təşviqat kampaniyası rəsmən başlamazdan əvvəl, hazırkı xarici işlər naziri Məhəmməd Cavad Zərifi birinci vitse-prezident təyin etməsini istəyir.

Bu şəkildə, Laricaninin Zərifin populyarlığından faydalanacaqlarını, sərt tənzimçiləri təsirsiz hala gətiriləcəyini və İslam Respublikası üçün mühüm bir məqamda xarici dünya ilə daha sıx əlaqədə olmağa yönələcək rəhbərlik üçün zəmin yarada biləcəklərini iddia edirlər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam