Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Onların taladığı pulları -necə geri qaytarmaq olar?

Onların taladığı pulları necə geri qaytarmaq olar?

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin biznes strukturlarının və əmlakının siyahısının yayılması yenidən diqqəti məmurların hansı yollarla topdağıtmaz sərvət əldə etməsinə yönəldib. 

Yenixeber.org: Ramiz Mehdiyevdən əvvəl də başqa məmurların varidatı barədə məlumatlar yayılıb. Bu məlumatlar həmin şəxslər tərəfindən təkzib edilməyib. 

Məmurların bu sərvəti korrupsiya yolu ilə əldə etməsinə şübhə yoxdur. Çünki onların aldığı maaşla yaşayışlarının disbalans təşkil edir. 2000-3000 əmək haqqı müqabilində qiyməti milyonlarla manatla ölçülən villalara, avtomobillərə, xarici ölkələrdə biznes strukturlara malik olmaq mümkün deyil. Deməli, bu varidat qanunsuz yollarla əldə edilib. Bəs onları geri qaytarmaq mümkündürmü?

Mövzu barədə Yenisabah.az-a danışan iqtisadçı alim Nazim Bəydəmirli əvvəlcə məmurların oliqarxa çevirlmələrinin səbəblərindən danışıb. O bildirib ki, bu, idarəetmə sitemində kök atmış traybalizm və korrupsiya ilə bağlıdır. “Azərbaycanda liberal bazar iqtisadiyyati elan edilsə də, varlı olmağın yolu heç də sahibkarləqdan yox, dövlət idaərçiliyində yüksək vəzifə tutmaqdan, yaxud yüksək çinli məmurların yaxın ətrafına daxil olmaqdan keçir. Bu illərdir ki, belədir. İstər məmurlar, istərsə də onların yaxın ətrafının qısa müddət ərzində milyonçuya çevrilməsi onların müxtəlif üsullarla büdcəni taladıqlarını deməyə əsas verir. Bu əlbəttə ki, iadəretmə sistemində yerlibazlıq, qohumbazlıq, rüşvətlə işə götürmə faktlarının olması ilə bağlıdır. 

Belə halların baş verməməsi üçün qanunların işlək olması, rüşvəti və korrupsiyanı stimullaşdıran səbəbləri, yəni idarəetmə sistemində traybalizmi aradan qaldırmaqdır”, - deyə iqtisadçı ekspert vurğulayıb. 

Qanunsuz yollarla əldə edilən varidatın geri qaytarılmasına gəlincə Nazim Bəydəmirli bildirib: “Əlbəttə ki, bu mümkündür. Bunun üçün azad məhkəmə və qanunların icrası lazımdır. Mediada vaxtaşırı məmurların yüz milyon manatla ölçülən əmlakları barədə siyahılar yayılır. Bu faktlar ciddi şəkildə araşdırılmalı və müvafiq tədbir görülməlidir. Bunun üçün hüquqi baza var, qanunlar da var, sadəcə siyasi iradə gərəkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam