Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məmurlar “saxladıqları” xanım müğənnilərdən imtina edirlər

 

Azərbaycan məmurlar “saxladıqları” xanım müğənnilərdən imtina edirlər -

 

Azərbaycanda bir sıra məmurların yerli şou-biznes nümayəndələrinə külli miqdarda pul xərclədikləri hamıya məlumdur.
Xeberinfo.com:   Onlar qanunsuz yollarla əldə etdikləri sərvəti yalnız ölkə daxilində və xaricində şəxsi mülklər, biznes obyektləri almağa xərcləmirlər. 
Belə məmurlar eyni zamanda yerli şou-biznesin xanım nümayəndələrinə qarşı da çox səxavətli davranır, onların “gizli sponsoru” kimi çıxış edirlər. Bunun qarşılığının nə olduğunu isə deməyə gərək yoxdur. 
Bundan başqa, bir sıra məmurların övladları da xanım müğənnilərə hədsiz həvəsli olması ilə tanınırlar. Məmurların “saxladıqları” müğənnilərin kliplərini çəkdirməsi işin ən sadə tərəfidir, onların belə müğənnilərə bağışladıqları bahalı qızıl-zinət əşyaları, mülklər, lüks xarici avtomobillər həmin kliplər vasitəsilə pərdələnir.
Məlumatlara görə, elə vəzifəli şəxslər və biznesmenlər var ki, 1-2 il əvvələdək “saxladıqları” xanım şou-biznes “ulduzlarının” təkcə geyim və gözəllik salonu xərclərinə ayda 25-30 min manat xərcləyirdilər.  
Hətta bəzi vəzifəli şəxslər “gizli sponsoru” oluqları xanım müğənnilərin mühafizəsini də öz cibləri hesabına təşkil etdirirlər. Bu zaman məqsəd yalnız onların can güvənliyini (!) təmin etmək deyil, həm də qısqanclıqdan doğan əndişədir – onlar yerli şou-biznesin zərif nümayəndəsinin başqa bir imkanlı şəxsin “toruna” düşə biləcəyindən narahatdırlar!
Bununla belə son vaxtlar Azərbaycanda bəzi məmurların və biznesmenlərin “saxladıqları” xanım müğənnilərdən imtina etməyə başladığına dair məlumatlat gəlir. Qaynarinfo.Az-a daxil olan həmin məlumatlarda bildirilir ki, bunun səbəbi ölkədə yaranan böhranlı iqtisadi durumdur. Artıq əvvəlki kimi “qaz vurub, qazan doldurmaqda” çətinlik çəkən bəzi vəzifəli şəxslər pullarını əvvəlki kimi sağa-sola səpələmir, xəsisləşməyə başlayırlar. Bu da nəticədə onların bəzi xərcləri təxirə salmasına gətirib çıxarır. Onların himayələrindəki xanım müğənnilərdən imtina etməyə başlaması da həmin qəbildəndir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam