Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Kürdəmir rayonunda hesabat yığıncağı keçirildi - FOTO

Kürdəmir rayonunda hesabat yığıncağı keçirildi - FOTO

 

 

Bu gün rayon İcra Hakimiyyətinin akt zalında rayonun 2016-cı ilin doqquz ayında sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda duran vəzifələr barədə  Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  hesabat  yığıncağı  keçirilib.

 

Xeberinfo.com:  Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, səhmdar cəmiyyətlərin rəhbərləri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Məruzə nitqi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı  Ceyhun Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 07 oktyabr tarixli iclasında bu ilin 9 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.Ölkə rəhbəri Azərbaycanda baramaçılığın, pambıqçılığın, üzümçülüyün və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olmasını xüsusi qeyd etmişdir.Ölkə Prezidenti 2016-cı ildə nəticələrin yaxşı olduğunu və 2016-cı ilin ölkə iqtisadiyyatı üçün ağır olmasına baxmayaraq yaxşı nəticələrin əldə olunmasını qeyd edərək, ölkəmizin inkişaf yolu ilə getdiyini və gedəcəyini xüsusi vurğu ilə qeyd etmişdir. Möhtərəm Prezidentimiz çıxışında ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən ümumxalq səsverməsi referendumun keçirildiyini, həmin referendumun ədalətli, demokratik, tam şəffav şəkildə keçdiyini və referendumun nəticələrinin xalq tərəfindən dəstəkləndiyini və xalqın iradəsinin nəticəsində öz əksini tapdığını bildirdi.Qeyd etməliyəm ki, rayonumuzda da keçirilən ümumxalq səsverməsi referendumda seçicilərimiz fəallıq göstərmiş və seçicilərin 69,54 faizi seçkilərdə iştirak edərək sərbəst şəkildə öz arzularını ifadə etməklə konstitusiyamızda edilən  əlavə və dəyişikliklərə səs vermişlər.  Rayon rəhbəri qeyd edib ki, Dövlət Proqramına əsasən rayonumuzda da nəzərdə tutulmuş  bir çox tədbirlər  uğurla həyata keçirilmişdir. “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar  Respublikamızın hər bir regionunda olduğu kimi rayonumuzda da böyük irəliləyiş olmuş, yeni iş yerlərinin yaradılması istiqamətində böyük və ardıcıl işlər görülmüşdür.Rayonda pambıqçılığın, baramaçılığın, maldarlıq, narçılıq, üzümçülük, taxılçılıq, istixanaların tikilməsi, balıq göllərinin yaradılması, ümumilikdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2016-cı ilin 9 ayında Kürdəmir rayonunun  10 sahibkarına 117 min manat məbləğində kredit verilmiş və nəticədə 12 yeni iş yeri yaradılmışdır.Cənab Prezidentimizin tapşırığına əsasən və eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2016-cı ilin III rübündə 668 nəfər işlə təmin olunmuşdur ki, bunlar əsasən  rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən yaradılmış  vakant iş yerləridir. 2016-cı ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonumuzda ümumi məhsul buraxılışı 0,7 faiz artaraq 260 milyon 571 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 71,7 faizi istehsal, 28,3 faizi xidmət sahələrində  olmuşdur. Bunun 17,7 faizini sənaye, 44,1 faizini kənd təsərrüfatı, 0,9 faizini tikinti, 1,4 faizini nəqliyyat, 0,2 faizini rabitə, 26,7 faizini isə ticarət sahələri təşkil edir.  Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir.Cənab Prezidentimizin qeyd etdiyi kimi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün cox vacibdir. Odur ki, biz çalışmalı və kənd təsərrüfatının bütün sahələrini maksimum dərəcədə inkişaf etdirməli, ixrac yönümlü məhsulların istehsalına daha çox diqqət yetirməliyik. Rayonda taxıl istehsalının artırılması sahəsində müvafiq tədbirlər görülmüş, bu ilin məhsulu üçün ötən ilin payızında əkilmiş 40198 hektar taxıl sahələri 1,6 dəfə suvarılmış, 30 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 12 min hektarda ziyanvericilərə qarşı, 8 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır.Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 140-dan çox kombayn çıxarılmış, 20 iş günü müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılmışdır. Havaların taxılçılıq üçün əlverişsiz keçməsinə baxmayaraq yüksək məhsul əldə etmək üçün görülmüş aqrotexniki tədbirlər nəticəsini vermiş, bu il 103,4 min tondan çox məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 25,7 sentner olmuşdur.Toxum istehsalına daha ciddi fikir verilmiş, 5 min tonadək toxumluq dən ayrılmış və çeşidlənərək 3800 ton yüksək reproduksiyalı toxum əldə edilmişdir.Bu il təkrar əkinlər də daxil olmaqla 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş və yüksək məhsuldarlığı təmin edən becərmə işləri təşkil olunmuşdur.Növbəti ilin məhsulu üçün bu il də 40 min hektaradək taxıl əkilməsi nəzərdə tutulmuşdur. Hələlik 25 min hektardan çox taxıl əkiləcək sahənin şumu çıxarılmış, 8 min hektardan çox sahədə arpa əkilmişdir. Bir çox ərazilərdə taxıl əkini gecikdirilir. Əkinin optimal müddətdə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülməlidir. Hesabat dövründə 12377 hektarda yonca, 1217 hektarda kartof, 2475 hektarda tərəvəz, 4059 hektarda bostan, 11 hektarda günəbaxan, 40 hektarda yerfındığı becərilmişdir. Sahələrdən 13660 ton kartof, 22270 ton tərəvəz, 69345 ton bostan, 20 ton günabaxan, 523 ton qarğıdalı dəni istehsal edilmişdir. Bu göstəricilər üzrə məhsullar ötən ildəkindən bir qədər çoxdur. Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu  və bu sahənin ciddi inkişaf etdirilməsini qarşımıza mühüm vəzifə kimi qoymuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə rayonumuzda bütün imkanlar təhlil olunaraq qısa müddətdə qərargah yaradılmış, şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur.Müqavilə bağlanmış zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə qısa müddətdə 1911 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri də aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Artıq 20-25 gündür ki, pambıq yığımına başlanılmış, yığıma 1000 nəfərə yaxın işçi qüvvəsi, 2 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 916 tonadək pambıq toplanmış və zavoda 850 ton məhsul təhvil verilmişdir. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 2000-dən çox işçi qüvvəsi cəlb edilmişdir. Başlıca vəzifəmiz yığımın mütəşəkkilliyini artırmaqla qalan qısa müddət ərzində məhsulu itkiyə vermədən yığıb təhvil verməkdən ibarətdir. Aidiyyatı adamlar bu işin məsuliyyətini dərk etməlidirlər.Mülkiyyətçilər tərəfindən məhsulun itkisiz götürülməsi istiqamətində daha ciddi tədbirlər görülməli, pambığın vaxtında yığılaraq mütəşəkkil şəkildə qəbul məntəqələrinə təhvil verilməsi təmin edilməlidir. Qeyd etməliyəm ki, bu işlər Topalhəsənli, Şilyan, Qarasu, Ərəbqubalı, Çöhranlı, Yenikənd kənd icra nümayəndələri və bələdiyyələr tərəfindən yaxşı təşkil edilmiş, lakin Xırdapay, Muradxan, Sığırlı, Carlı, Mehdili icra nümayəndələri və bələdiyyələri, Peşə Liseyi və Kürdəmir Regional Aqrar  Elm Mərkəzi tərəfindən bu işlərə məsuliyyətsizliklə yanaşılmış, pambıq sahələrindən pambığın toplanmasında ləngimələrə yol verilmiş və təşkilatçılıq zəif təşkil olunmuşdur.  Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar Cənab Prezidentimizin tapşırığına uyğun olaraq pambıq sahələri gələn il üçün 2 dəfə artırılaraq 4 min hektar sahədə pambıq əkilməsi planlaşdırılmış və pambıq əkiləcək yerlər indidən seçilmişdir.Baramaçılığın inkişafı ilə əlaqədar bu il rayonumuzda 46 kümçüyə 80 qutu barama qurdu verilmişdir. Kümçülərdən Şəki İpək Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4 tonadək barama tədarük edilmişdir.

 

Kürdəmir rayonunda hesabat yığıncağı keçirildi - FOTO

 

Barama istehsalına 240 nəfər işçi cəlb olunmuşdur. Gələn il 7 ton barama istehsalı nəzərdə tutulmuşdur. Baramaçılıq üçün yem bazasının yaradılması məqsədi ilə rayonumuzda 45 minə yaxın tut ağaclarının əkiləcəyi nəzərdə tutulur. Ölkə Prezidentinin tapşırığına əsasən gələn il üçün 2000 hektar sahədə şəkər çuğundurunun əkilməsi nəzərdə tutulur. Odur ki, aidiyyatı şəxslər şəkər çuğundurunun əkiləcəyi sahələri və əkəcək icarəçiləri müəyyən etməli, şumun çıxarılmasını və əkinə hazırlanmasını təmin etməlidirlər.Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır.  Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə, bu ilin 9 ayında 724 km kanal və 94 km dren şəbəkəsi lildən təmizlənmiş, 75 hidrotexniki qurğu, 24 nasos kompleksi cari təmir olunmuş, 10,0 km beton kanal əsaslı təmir edilmiş, 400 metr yeni latok kanal çəkilmişdir. Pambıq sahələrini normal su ilə təmin etmək üçün 163 km kanal lildən təmizlənmiş və yenidən qazılmışdır. Növbəti ildə pambıq və çuğundur əkiləcək yeni sahələrin suvarma suyu ilə təmin edilməsi tədbirləri indidən görülməlidir. Rayonun Carlı kəndi ərazisində kəndin əkin və həyətyanı sahələrinin su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə  “Xəzər-İnşaat E” MMC tərəfindən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə nasos stansiyasının tikintisinə başlanılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin 9 ayı ərzində rayonumuzda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir.Ölkə Prezidenti Cənab İlham Əliyev rayonumuza səfəri zamanı töhfə olaraq müvafiq Sərəncamı ilə rayonumuzun yaşayış fonduna daxil olan 21 çoxmənzilli  yaşayış  binalarının əsaslı təmiri ilə əlaqədar 3,0 milyon manat vəsait ayırmış və  sərəncama uyğun olaraq, tenderdə qalib gəlmiş “Tac 2014” MMC tərəfindən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılmışdır. Əhalinin məşğulluğunun artırılması məqsədi ilə rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına şəhərin 7 yaşayış binasında təmir işləri aparılır. Hazırda şəhərin Heydər Əliyev prospektində 100 çarpayılıq rayonlararası Psixiatriya Xəstəxanasının tikintisinə başlanılmış, rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəb binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Respublika Təhsil Nazirliyinə vəsait ayrılmış, tərəfimizdən torpaq sahəsi müəyyənləşdirilmiş, hazırda layihə-smeta sənədləri hazırlanıb Dövlət Ekspertiza idarəsinə təqdim edilmişdir.Ölkə rəhbəri tərəfindən qarşımıza mühüm vəzifələr qoyulmuşdur. 2014-2018-ci illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, rayonumuzun inkişafı ilə bağlı bütün imkanları səfərbər etməli, qarşıya qoyulan vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi üçün yüksək məsuliyyət və səylə çalışmalıyıq.

 

Məruzə ətrafında Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsinin rəisi Əhliman Kərimov,Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev,rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Mətləb Kərimov,Rayon Təhsil şöbəsinin aparıcı-məsləhətcisi Əsgər Hüseynov çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam