Ukraynanın itkiləri yenilənir -STATİSTİKA
Rusiya müharibənin 1426-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 109 900 PUA-sı, 646 zenit-raket kompleksi, 27 207 tank və digər zirehli texnikası, 1 643 reaktiv yaylım atəş sistemi, 32 681 artilleriya və minaatanı, 52 258 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.










AZ
RU
