Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Merts Davosda rüsumların tətbiqinə görə Trampla görüşmək niyyətindədir

 

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidentinin bir sıra ölkələrə, o cümlədən Almaniyaya qarşı yeni rüsumlar tətbiq etmək təhdidləri ilə əlaqədar yanvarın 21-də Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumunda Amerika lideri Donald Trampla görüşməyi planlaşdırır.

Yenixeber.org xəbər verir ki, o bu barədə Berlində jurnalistlərə bildirib.

"Rüsumların tətbiqi təhdidi yarandığı andan biz Avropa İttifaqında (Aİ), həmçinin Aİ xaricində zərər çəkmiş Böyük Britaniya və Norveç kimi ölkələrlə bütün həftə sonu ərzində çox sıx dialoq aparmışıq. Biz bu mübahisənin hər hansı eskalasiyasından, mümkünsə, uzaq olmaq istəyirik. Bu həftə Davosda da müxtəlif görüşlərdə bunu müzakirə etmək imkanımız olacaq. Mən çərşənbə günü yenidən Prezident Trampla görüşməyə çalışacağam", - F.Merts bildirib.

O bildirib ki, yanvarın 15-də Trampla telefonla danışıb.

"Biz sadəcə bu problemi birlikdə həll etmək istəyirik. Və ABŞ hökuməti bilir ki, biz də cavab tədbirləri görə bilərik. Bunu istəmirəm, lakin əgər lazım olarsa, Almaniyanın milli maraqları da daxil olmaqla, Avropa maraqlarımızı qoruyacağıq", - Almaniya kansleri qeyd edib. Eyni zamanda, Merts vurğulayıb ki, gömrük rüsumları heç kimə fayda vermir və demək olar ki, hamıya zərər vurur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam