2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi -Nərimanovda (FOTOLAR)
Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Xeberinfo.com: Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyəti başçısınınbirinci müavini Şahmar İbadov açaraq son bir ildə rayon ərazisində görülən sosial layihələr haqqında qısa məlumat verib,dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi islahatlar nəticəsində ölkəmizin böhranın təsirlərindən yan keçərək yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş dövlət proqramında Nərimanov rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verən Ş.İbadov Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinyaradılmasının əhaliyə daha keyfiyyətli xidmət göstərilməsində əhəmiyyətli rolundan danışaraq, 2013-cü ilin əvvəlindən Nərimanov rayonu inzibati ərazi vahidi tərkibində İcra Hakimiyyəti Başçısının 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin fəaliyyətə başladığınıvə onların fəaliyyəti üçün lazımi şəraitin təşkil olunduğunu, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyini qeyd edib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elmar Abbasov yığıncaqda hesabat məruzəsi ilə çıxış edərək, nümayəndəliyin ərazisinin 7,35 kv.km, əhalisinin 72861 nəfər, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayının isə 21225 olduğunu deyib.
Ötən ildə nümayəndənin qəbulunda 160 nəfər olduğunu qeyd edən E.Abbasov qəbula gələn vətəndaşların müraciətləri əsasən obyekt və qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, çoxmənzilli yaşayış binalarında eyvanın artırılması, maddi köməklik edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, bəzi bina və mənzillərin istiliklə təmin edilməməsi və digər məsələlərlə bağlı olduğunu diqqətə çatdırıb.
Eyni zamanda qeyd edilib ki, il ərzində Nərimanov rayon İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisində 11 səyyar qəbul və görüşlər keçirilmiş, həmin qəbul və görüşlərdə yüzlərlə sakinlər iştirak etmişlər. Keçirilən qəbullar zamanı sakinlər tərəfindən edilən 107 müraciət qeydə alınmış və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Nazirlər Kabinetinin qərarına və RİH-nin müvafiq sərəncamına uyğun olaraq, ərazidə qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınmış, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar müəyyənləşdirilmişdir. Həmçinin qeyd edilib ki, M.Sənani küçəsi 17, 19, M.Əlizadə küçəsi 28, 30, 32, 34, 36 və X.Şuşinski küçəsi 52 ünvanlarda MTK-larla sakinlər arasında müqavilələrin bağlanılmasına və onların köçürülməsi, ərazinin boşaldılması işlərinə başlanılacaqdır. Hazırda S.Rəhman 20, 22, 24, M.Sənani 59, 61, 63, M.Qaşqay 86 və 88 ünvanlarında artıq yaşayış binalarının tikintisinə başlanmışdır.
Yığıncaqda çıxış edən YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, iş adamı Rövşən Ağayev, 37 saylı poliklinikanın baş həkimi Təranə Məmmədova, “Paşa Sığorta” Şirkətinin nümayəndəsi İlham Zamanovhesabatla bağlı təklif və fikirlərini bildirərək, təmsil etdikləri sahələrlə bağlı mühüm işlərin görüldüyünü diqqətə çatdırıblar. Qeyd olunub ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində 2016-cı il ərzində çox böyük işlər görülmüş və bu işlər uğurla davam etdirilir.