Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Füzulidə hesabat yığıncaq keçirilib

 

     

 

                 Füzuli – İnam olan yerdə qələbə var

 

"Xeberinfo.com": “Füzuli rayonunun 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncaq keçirilmişdir. Rayonun hüququ-mühafizə orqanlarının idarə, müəssisə, təşkilatların  rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri  və bir qrup fəalın iştirak etdiyi yığıncaqda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış etmişdir. Alı Alıyev cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr barədə danışmışdır. Bildirmişdir ki, 2014-cü ilin 9 ayında aqrar rayon olan Füzulidə kənd təsərrüfatının bütün sahələrində dinamik inkişaf özünü göstərmiş, əvvəlki dövrlərlə müqayisədə artım tempi müşahidə olunmuşdur.  

 

Alı Alıyev qeyd etmişdir ki, hesabat dövründə füzulililər üçün ən yadda qalan, əlamətdar hadisə ölkə prezidenti cənab İlham Əliyevin avqustun 28-də Füzuli rayonuna səfər etməsi, bir sıra obyektlərin açılışında iştirak etməsi və görülən işləri yüksək qiymətləndirməsi olmuşdur.

Ölkə prezidentinin rayona səfəri zamanı, Bayraq Meydanı, tikiş fabriki, Boulinq zalı, Tarix-Diyarşünaslıq Muzeyi, rayon İcra hakimiyyətinin inzibari binası, Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolu, Uşaq bağçası, Heydər Əliyev Parkının 2 km genişləndirilməsi, Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Məruzəçi vətəndaş müraciətlərinə münasibət, səyyar qəbullarda qaldırılan, “qaynar xətt”ə daxil olan müraciətlərin diqqət mərkəzində saxlanılması kimi aktual məsələlərdən, bu sahədə rayon İcra Hakimiyyətində görülmüş işlərdən də danışmışdır.  

Hesabat yığıncağında Alı Alıyev  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  Füzuli rayonu üçün nəzərdə tutulmuş bir sıra tədbirlərin icrasına başlanıldığı, tikinti-quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı  cari ilin 9 ayında rayonda kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sosial-iqtisadi sahədə əldə olunan nailiyyətləri qənaətbəxş hesab etmiş, qazanılan göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulamışdır.

Hesabat yığıncaqda rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov, rayon Statistika İdarəsinin rəisi Rafiq Məstəliyev, maliyyə şöbəsinin müdiri Zaur Aslanov və digərləri çıxış etmişlər.

Yığıncağı yekunlaşdıran Alı Alıyev Prezident cənab İlham Əliyevin rayona  sonuncu səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşü zamanı dediyi sözlərin onun füzulililərə olan hörməti və ehtiramının təzahürü olduğunu vurğulayıb. Bildirib ki, son bir il 8 ayda ölkə başçısının rayonumuza 2 dəfə gəlməsi cənab İlham Əliyevin füzulililərə böyük inamı, füzulililərin Prezidentə böyük məhəbbəti hesab olunmalıdır.

Hesabat yığıncağı müzakirə olunan məsələ ilə bağlı qərar qəbul olunmuşdur.

        

 

 

 

 

 

 

     

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam