Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Füzulidə 9 ayın hesabat yığıncağı keçirildi - FOTOLAR

Füzulidə 9 ayın hesabat yığıncağı keçirildi - FOTOLAR

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirildi.

Xeberinfo.com:  İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, QHT-lər, KİV nümayəndələri iştirak etdi.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iclası açaraq qeyd edib ki, 2016-cı ilin 9 ayı bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qalmışdır.

Alı Alıyev rayonun 2016-ci ilin 9 ayının iqtisadi göstəriciləri barədə geniş məlumat verib, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs edib.

Rayonun strateji məhsul olan taxılçılıqla bağlı əldə etdiyi nəticələri barədə danışan Alı Alıyev qeyd etmişdir ki, ötən il rayonda 121 min tondan artıq taxıl istehsal olunmuş, Füzuli rayonu respublikamızda hər il 100 min tondan artıq taxıl istehsal edən 5 rayondan birinə çevrlmişdir. Bildirib ki, əldə olunan uğurlu nəticələrdə iri taxılçılıq təsərrüfatlarının xüsusi rolu olmuşdur. Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda bu il ilk dəfə olaraq hər biri 1000 hektar sahəni əhatə edən 4 iri  taxılçılıq təsərüfatı yaradılmışdır.

Alı Alıyev diqqətə çatdırıb ki, rayonda taxılçılıqla yanaşı digər sahələrin  xüsusilə ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsinə də ciddi diqqət yetirilir. Bu il rayonda 500 ha sahədə pambıq bitkisi əkilmişdir. Hazırda rayonda pambıq yığımı davam edir. Bununla belə növbəti ildə bizim qarşımızda daha ciddi məsələlər dayanır. Biz növbəti il üçün 1500 ha ərazidə pambıq əkməyi nəzərdə tutmuşuq.Bu il kümçülərimiz 3 tondan artıq barama istehsal ediblər. Gələn il isə bu rəqəmin 30 tona çatdırılması planlaşdırılır. 

Hesabat iclasında qeyd olunub ki, rayonda tikinti-quruculuq işləri davam etdirilir. Hesabat dövründə Rayon Statistika və Kənd Təsərrüsatı İdarələri üçün inzibati binalar, Əhmədbəyli kəndində 6 palata və 30 çarpayılıq xəstəxana tikilərək istifadəyə verilmişdir. Horadiz şəhərində Rəsm Qalereyasının, Avtovağzal Kompleksinin tikintisi başa çatməşdır. Üçüncü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının satışı üçün bazarın, Horadiz-Arayatılı avtomobil yolunun sağ tərəfində 10 ha ərazidə müasir istixana kompleksinin tikintisi isə sürətlə davam etdirilir. İlin sonuna kimi adları qeyd olunan obyektlər də istifadəyə veriləcəkdir. Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsi yenidən qurularaq istifadəyə verilmişdir.

Yaxın günlərdə Fin quraşdırma evlərində məskunlaşan məcburi köçkünlər üçün 400 mənzilli olan qəsəbənin açılışı olacaqdır.

Hesbat yığıncağında rayon təhsil şöbəsinin müdiri Ramella Məmmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Natiq Şükürov, Dövlətqaçqınkomun nümayəndəsi Elmir Allahyarov çıxış etmiş, 2016-cı ilin 9 ayı ərzində gördükləri işlərə dair hesabatları dinlənilmiş, rəy və təkliflər irəli sürülmüşdür.

 

Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, uğurlarla yanaşı problemlər də qeyd etmiş, 2016-cı ilin dördüncü rübündə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. 

Füzulidə 9 ayın hesabat yığıncağı keçirildi - FOTOLAR
Füzulidə 9 ayın hesabat yığıncağı keçirildi - FOTOLAR
Füzulidə 9 ayın hesabat yığıncağı keçirildi - FOTOLAR
Füzulidə 9 ayın hesabat yığıncağı keçirildi - FOTOLAR
Füzulidə 9 ayın hesabat yığıncağı keçirildi - FOTOLAR
Füzulidə 9 ayın hesabat yığıncağı keçirildi - FOTOLAR
Füzulidə 9 ayın hesabat yığıncağı keçirildi - FOTOLAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam