Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Binəqədi rayonunda hesabat yığıncağ keçirilib

 

 

     Binəqədi rayonunda 2014-cü ilin 9 ayı üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

 

"Xeberinfo.com":17 oktyabr 2014-cü ildə Binəqədi rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında 9 ayın yekunları ilə yanaşı, 08 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrdə müzakirə edilmişdir.

 

Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələrinin qoyulması və Ulu Öndərin xatirəsinin ehtiramla yad edilməsi ilə ilə başlanan yığıncağın işində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 






İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov giriş nitqi söyləmiş, gündəlikdə duran məsələləri elan etmişdir. Yığıncağı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanın iqtisadi uğurlarından, respublikada həyata keçirilən qlobal layihələrdən, abadlıq və quruculuq işlərindən, habelə qarşıda duran vəzifələrdən danışmışdır. 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatla çıxış edən X.İsgəndərov Ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2014-cü ilin 9 ayının da ölkənin hərtərəfli inkişafı və tərəqqisi ilə yadda qaldığını bildirmişdir. Hesabat dövründə çox müsbət göstəricilərin əldə olunduğuna toxunan X.İsgəndərov dünyada təbii sərvətlərlə zənginliyi ilə seçilən müxtəlif regionlarında cərəyan edən hadisələrin, yaşanan problemlərin fonunda Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən inkişaf tempini qoruyub saxlamasını dövlət başçısının yürütdüyü Azərbaycan xalqının və dövlətinin maraqlarını prioritet götürən praqmatik siyasətin məntiqi nəticəsi kimi səciyyələndirmişdir. O həmçinin,  rayonda aparılan yenidənqurma işlərinin gedişatı barədə yığıncaq iştirakçılarına məlumat vermiş, əldə olunan nailiyyətləri diqqətə çatdırmışdır. Ölkə başçısının Binəqədiyə tez-tez baş çəkməsini əlamətdar hadisə kimi səciyyələndirən icra başçısı bunu dövlət başçısının binəqədililərə yüksək diqqət və qayğısının təzahürü kimi dəyərləndirmişdir. Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 13-də  Binəqədi qəsəbəsində yerləşən 182 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak etdiyini vurğulamış və  son bir neçə ay ərzində ölkə başçısının iki dəfə  rayonda olduğunu diqqətə çatdırmışdır.

Hesabat məruzəsində ötən dövr ərzində rayonda sənaye sahəsində 2014-cü ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövründən 27,9% çox sənaye məhsulu istehsal edildiyi, sənaye müəssisələrində işlə təmin olunanların keçən ilin müvafiq dövründən 17,7% çox olduğu diqqətə çatdırılmışdır.

Tədbir hesabat məruzəsi ətrafında Binəqədi Rayon İcra  Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovun çıxışı ilə davam etmişdir. Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2014-cü ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğuna diqqət çəkən V.İsmayılov ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 45 min 551 nəfər olmuşdur ki, onlardan 17 min 356 nəfəri dövlət, 28 min 185 isə qeyri-dövlət sektorunda çalışdıqlarını vurğulamışdır. Binəqədi rayonunda 4 min 359 yeni iş yeri açıldığı, bunun da hamısının daimi iş yerləri olduğu bildirilmişdir.




Çıxışda qeyd edilmişdir ki, son illərdə Binəqədi rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlərin son aylarada “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində daha da intensiv xarakter alması rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmış və görülən işlər nəticəsində sakinlərin həm kommunal sahədə həmdə ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Belə ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış və bu istiqamətdə işlər bu gündə davam etdirilməkdədir.

Hesabat yığıncağı rayonda ayrı-ayrı sahələr üzrə cavabdeh olan icra strukturları rəhbərlərinin çıxışı ilə davam etmiş, Şuranın qərarı oxunulduqdan sonra müzakirələrə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurmuşdur.

 



 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam