Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məcnun Məmmədovun 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb" - ŞOK İDDİA

Məcnun Məmmədovun 5 milyon ödədiyi minlərlə mal-qara
Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində apardığı yoxlama nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı verilən təkliflər hələ də icra olunmayıb.
Yenixeber.org: Hesablama Palatasının rəsmi saytından əldə etdiyimiz məlumata görə, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq 2021–2023-cü illəri əhatə edən yoxlama damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Audit zamanı damazlıq heyvandarlıq sahəsində dövlət dəstəyinin bütün mərhələləri - damazlıq heyvanların alınması, subsidiyaların verilməsi, güzəştlərin tətbiqi və nəzarət mexanizmləri araşdırılıb.
Yoxlamalar zamanı ciddi uyğunsuzluqlar aşkar edilib. Belə ki, monitorinqlər nəticəsində dövlət tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvanın fermer təsərrüfatlarında faktiki mövcud olmadığı müəyyən edilib. Həmin heyvanlar üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilmiş güzəşt məbləği 5,1 milyon manatdan çox olub.
Bundan əlavə, audit zamanı 8 baş damazlıq heyvanın maliyyələşdirilməsi ilə bağlı qərarların verildiyi tarixdə həmin heyvanların artıq öldüyü məlum olub. Həmçinin minlərlə damazlıq heyvan üzrə sənədlərdə göstərilən satış qiymətləri ilə real idxal dəyəri arasında fərqlər olduğu, bu halda 10,2 milyon manat güzəşt məbləğinin risklər araşdırılmadan maliyyələşdirildiyi qeyd edilib.
Azərbaycan Respublikası Hesablama Palatası aşkar edilmiş bu nöqsanlarla bağlı güzəşt hesabına ödənilmiş vəsaitlərin bərpa olunmasını tövsiyə edib. Lakin Palatanın məlumatına görə, həmin tövsiyələr indiyədək icra edilməyib və məsələ hazırda "izlənilməsi davam edir” statusundadır.(7News)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam