Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

SAHİBKARLAR VƏ MUZDLU İŞÇİLƏRLƏ BAĞLI MÜƏMMA –Cəmi bir ay kompensasiya verilib, sosial ödənişlər tələb olunur

 

 "Mən xidmət sahəsində fəaliyyət göstərirəm, iki işçim var. Dövlət hər işçiyə görə mənə 150 manat kompensasiya verdi. Eyni zamanda ötən il ödədəyim vergilər həcmində kompensasiya aldım. İkinci ay bu məbləğ verilməyəcək. İşçilər üçün də ödəniş nəzərdə tutulmur. Belə vəziyyət yaranıb ki, dövlət işçilərə görə ödədyi 150 manatın 62.5 manatını DSMF ödənişi kimi geri alacaq. May ayının 11-dən bizim yerində xidmət göstərməyimizə icazə verilib, amma dövriyyə, iş çox zəifdir. Beləliklə, qazanc olmasa da, may ayında kompensasiya almırıq, bütün xərclər isə sahibkarın üzərində qalır".

Yenixeber.org: Bu barədə saytımıza kiçik sahibkar Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, xərclərini azaltmaq üçün işçilərindən birini ixtisar etmək istəyib. Amma hökumət rəsmilərinin mediadakı çıxışlarını izləyəndən sonra bu fikrindən daşınıb: "Dedilər ki, ixtisara getməyin, bu addımı atanlar cəzalandırılacaqlar. Doğru yanaşmadır, amma gərək, sahibkara da dəstək olsun ki, iş yerini qoruyub saxlaya bilsin".

Xatırladaq ki, Prezidentin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.

Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülüb. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanmalıdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi isə belədir: Sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilməlidir.

Fərdi sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstərilməlidir, maliyyə dəstəyinin maksimal həddi isə 5.000 manat nəzərdə tutulub.

Sadələşdirsək, Tədbirlər Planında müqavilə ilə çalışan 300 minə qədər muzdlu işçiyə aprel və may aylarında 215 milyon manat, fərdi sahibkarlara isə 80 milyon manat bir aylıq ödənişin verilməsi nəzərdə tutulur.

Sahibkar Aydın Hüseynovun şikayətləndiyi məsələ isə odur ki, işçilərə Tədbirlər Planında yazıldığı kimi iki aylıq deyil, cəmi bir ay üçün kompensasiya verilib. May ayı başa çatsa da ödəniş olacağı barədə hər hansı məlumat verilməyib. Üstəlik o, sosial ödənişləri də əvvəlki qaydada ödəməyə məcburdur. Sahibkar şübhə etmir ki, hesabat dövründə ondan vergi də tutulacaq. "Dövlətin mənə ödədiyi bir aylıq kompensasiyanı yəqin ki, gəlir kimi göstərəcəklər."

Burada maraqlı məsələlərdən biri fəaliyyətinə hələ də icazə verilməyən sahələrə aid sahibkarların durumudur. Məsələn, şadlıq evləri, otellər, turizm obyektləri, ticarət mərkəzləri iki aydır fəaliyyət göstərmirlər. Gələn ay da onların fəaliyyətinə icazə verilib-verilməyəcəyi dəqiq məlum deyil. Operativ Qərargahdan verilən açıqlamalar, habelə koronavirusa yoluxmanın artması nikbinliyə əsas vermir. O zaman bu sahədə çalışan on minlərlə muzdlu işçinin minimum gəlirləri necə təmin olunacaq?

Hazırkı mənzərə ondan ibarətdir ki, hökumət onlara cəmi bir ay - apreldə kompensasiya ödəyib. İkinci ayla bağlı Tədbirlər Planında bənd olsa da, faktiki ödəniş yoxdur. Bu sahədə biznesi olan on minlərlə sahibkar üçün də eyni vəziyyət hakimdir. Onlar da cəmi bir ay ödəniş alıblar. Amma sosial ödənişləri ödəmək, bununla yanaşı işçiləri ixtisar etməmək öhdəlikləri var. Belə mürəkkəb vəziyyətin necə tənzimlənəcəyi barədə aydın təsəvvür yoxdur.

İqtisadçı Rövşən Ağayev deyib ki, bununla bağlı ayrıca hüquqi sənəd olmalı, hökumət prosesi ayrıca qərarla tənzimləməlidir: "Mənim bildiyim qədər muzdlu işçilər üçün 2 aylıq, fərdi sahibkarlar üçün 1 aylıq ödəmə barədə qərar var". Lakin iqtisadçı vəziyyətin necə tənzimlənəcəyi barədə məlumatlı olmadığını vurğuladı.

Xatırladaq ki, bu kateqoriyadan olan sahibkarlar və işçilər 190 manatlıq birdəfəlik yardımı da ala bilməyiblər. Onların VÖEN-i, əmək müqavələsi olduğuna görə müvafiq dövlət qurumuna müraciət etmək hüquqları olmayıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam