Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mağazası yanan sahibkarlar Prezident Admnistrasiyasının qabağına toplaşdı

 

 

“EuroHome” Ticarət Mərkəzində mağazası yanan sahibkarlar Prezident Admnistrasiyasının qabağına toplaşıb. 


Yenixeber.org: Bu barədə redaksiyamıza sahibkarlardan biri məlumat verib. Onun sözlərinə görə, 40-dan çox sahibkar əvvəlcə Milli Məclisin qabağında toplaşmaq istəyiblər. Lakin sonradan qərar dəyişib. 

 

“İndi mənə dedilər ki, Prezident Aparatının qabağına tolaşırıq”, - deyə adının açıqlanmasını istəməyən sahibkar bildirib. Onun sözlərinə görə, Binəqədinin icra başçısı və “EuroHome”un sahibi Azay Möhnətovla görüşdə kompensasiya məsələsinə tam aydınlıq gətirilməyib: “Getdilər kənarda söhbət elədilər, bizə qaranlıq qaldı ki, baş verənlərin axırı necə olacaq. Bircə onu bilirik ki, Azay müəllim kompensasiya vermək istəmir”.   

 

Sahibkarların tələbi kompensasiya ilə bağlıdır. Xatırladaq ki, dekbarın 10-da “EuroHome” Ticarət Mərkəzində güclü yanğın baş verib. Sahibkarlar mediaya açıqlamasında bildirib ki, ticarət mərkəzinin 95 faizi yanıb.(yenisabah)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam