İqtisadçı ekspertdən İqtisadiyyat nazirinə:“Vergi siyasəti üzündən hər ay yüz milyonlarla dollar ölkədən “qaçır””
“Son illərin vergi islahatları təqdirəlayiqdir. Ona görə ki, 2019 –cu ildən qüvvədə olan Vergi Məcəlləsinə (VM) edilmiş əlavə dəyişikliklər büsbütün mikro və kiçik sahibkarların fəaliyyətini stimullaşdırmağa hesablanıb”.
Yenixeber.org: İqtisadçı ekspert Elçin Qurbanov ölkə rəhbərliyinə etdiyi müraciətdə belə yazıb.
Onun sözlərinə görə, iqtisadi tərəqqinin əsas tələblərindən biri də vergi sisteminin iqtisadi mühiti təşviq etməsi , investisiya mühitinin münbitləşdirilməsinə şəraitin yaradılmasıdır: “Lakin elə mətləblər var ki, İqtisadiyyat nazirinin xüsusi diqqətində və nəzarətindəolmalıdır. Elə məsələlər var ki, onu daxildən görmək mümkün olmur, həmişə kənardan daha yaxşı nəzərə çarpır və yaranmış sualları cavablandırır. Cənab Nazir, sahibkarlıq subyektlərinin vergi risklərihəddindən artıq yüksək səviyyədədir. Problemin hər kəs üçün anlaşılan olmasına görə kiçik bir misalla vəziyyəti diqqətə ərz etməyə çalışacağam.
Tutaq ki, sahibkar 5000 manatlıq ilkin kapitalla işə başlayır. Əvvəlcə nəqliyyat, Nəzarət kassa aparatı, icarə haqqı və s. digər xərcləri çəkir. Təxminən 1000 manat xərclədikdən sonra əlində qalan 4000 manat pul vəsaitini ticarət dövriyyəsinə sərf etmək üçün hər hansı malları alıb mağazasına gətirir. Bunun üçün nağdsız qaydada müvafiq bank hesabına həmin pul vəsaitini mədaxil etdikdən sonra aldığı elektronqaimə faktura əsasında 610.17 manat ƏDV və 3389.83 manat əsas məbləği ödəməklə malları alır . Əlavə olaraq 100 manat daşınma xərcləri çəkir. Gətirdiyi malların bir qismini nağd , digər hissəsini isə nağdsız qaydada sata bilər. Daha yaxşı anlaşılması üçün, gəlin, nağdsız hesablaşmanın vergi nəticələri üzrə real risklərini təhlil edək. Beləliklə sahibkar bir ay müddətində aldığı malların üzərinə 10 faiz ticarət əlavəsi tətbiq etməklə malları satıb qurtarır. 3389.83 x 10% = 338.98 manat.
Deməli vergitutulan dövriyyə: 3389.83 + 338.98 = 3728.81 manatabərabərdir.
Malları nağdsız satdığına görə onun ƏDV sub uçot hesabına (3728.81 x 18 % ) = 671.18 manat vəsait daxil olur. Alqı-satqı əməliyyatı nəticəsində vergitutulan dövriyyədən hesablanan ƏDV məbləği ilə alınmış qaimə faktura əsasında əvəzləşdirilməli vergi məbləği arasında fərq VM-nin 173 maddəsinə əsasən 18 faiz dərəcə ilə vergiyə cəlb olunur. Yəni sahibkarın malları alarkən ödədiyi 610.17 manat ƏDV məbləği ilə, 3728.81 manatın 18 faizi arasındakı fərq: 3728.81 x 18 % = 671.18.
Yaranmış əlavə dəyərdən və ya ticarət əlavəsindən aşağıdakı vergi öhdəliyi yaranır:
671.18 -610.17 = 61.01 manat
Sahibkar artıq yalnız ƏDV üzrə 671.18 manat pul vəsaiti xərcləyib.
İndi isə şərhimiz bir qədər də dərinləşdirək: Sahibkarın əlində olan ilkin kapital 5000 və dövriyyə kapitalı 4000 manat artıq yoxdur. Bunun əvəzinə onun bank hesabında 3728.81 manat, SUH –da isə 671.18 manat pul aktivi var. Lakin yaranmış 338.98 manat əlavə dəyərdən 61.01 manat vergi məbləğini (ƏDV –ni) SUH –dan dövlət büdcəsinə ödəməli olur. Yəni ümumilikdə sahibkarın pul aktivlərinin məcmu ifadəsi bərabərdir: 3728.81 manat +610.17 manat = 4338.98 manat
Deməli əgər vergi orqanı sahibkar üçün problem yaratmasa sahibkarın338.98 manat əməliyyat gəlirləri yaranmışdır. Amma buradakommunal və digər xərclər nəzərə alınmamışdır. Əgər ilkin kapitalın 5000 manat olduğunu nəzərə alsaq, demək olar ki, sahibkar zərərlə fəaliyyət göstərir.
Şərhimizi bir qədər də genişləndirək: Vergi orqanı hər hansı qeyri dəqiq mənbələr üzrə kameral vergi hesablayaraq 5 gün müddətində sahibkara tələb yönəldir. Ardından isə digər struktur vahidi sahibkarın bank hesabına hələ sübut olunmamış vergi borcu barəsində sərəncam göndərilir. Vergi ödəyicisinin SUH –da və ban hesabında pul vəsaiti dondurulur. Ardından isə ən yaxşı halda SUH –da olan 610.17 manat sahibkarın halalca pulu silinir. Sahibkar həmin pul ilə yenidən alacağı mallara görə ƏDV ödəməliydi. Çünki onun kapitalının bir hissəsi artıq SUH-dadır. Görün, nə baş verir: 4338.98 manat – 610.17 manat = 3728.81 manat
Sahibkar şikayət edərək bildirir ki, mənim SUH pul vəsaiti qanunsuz olaraq silinmişdir. Mən malları alarkən də, satarkən də əlavə dəyərə görə vergiləri ödəmişəm. Uzun yazışmalardan və əngəllərdən sonra əgər işə ədalətli baxılarsa sahibkarın SUH-dan silinən pul vəsaiti silinmiş hesabına deyil, passiv hesabına , yəni artıq ödəmələrə aid edilir. Beləliklə sahibkarın vergilər üzrə şəxsi vərəqəsində 610.17 manat artıq ödəmə yaranır. Amma sahibkar həmin vəsaitdən heç cürə istifadə edə bilmir. Beləliklə sahibkarın fəaliyyəti ikin mərhələdə aktiv xərclədiyi4000 – 3728.81 manat = 271.19 manat zərərə düçar olur. Kobud desək bu adam evindən 5000 manatla çıxıb . Tutaq ki, 1000 manat texniki xərclərdir. Bəs dövriyyədəki pulunu da itirməli olur axı. Əgər Biz DSMF , Bank xidmətləri , kommunal xidmətlər və icarə xərclərini də nəzərə alsaq, bu, ağılasığmaz dərəcədə zərərdeməkdir. Sonda isə 20 faiz dərəcə ilə mənfəət və ya gəlir vergisidə ödəməlidir.
İndi özünüz hesablayın, vergi orqanları tərəfindən şikayətə vaxtında baxılmaması, SUH –dan pul vəsaitlərinin silinməsi sahibkar üçün hansı fəsadlara yol açır.
Xüsusi olaraq qeyd etmək alzımdır ki, vergi xidmətinin struktur vahidləri əlaqəsiz fəaliyyət göstərirlər. Şkayət araşıdırılmamış digər struktur vahidi pul vəsaitini geriyə qaytarmadan silir.
Nəticədə sahibkarlıq fəaliyyəti sıradan çıxır və məşğulluq problemləri, habelə sosial tarazlığın pozulması məsələləri ortaya çıxır.
Mən bu kiçik misalla şəffaflığın , hesabatlılığın təmin edilə bilməməsi səbəblərindən birini vergi orqanlarının fəaliyyətində sahibkarlar üçün yaratdıqları vergi risklərində görürəm. Bütün bu problemlər həll edilməyincə şəffaf iqtisadiyyat və investisiya mühitiyaradıla bilməz. Heç bir investor bu risklərlə ölkəmizə yatırım etməz. Ölkə başçısının qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə dəfələrlə investorların ölkəyə cəlb edilməsi çağırışları isə nəticəsiz qalacaq.
Yeri gəlmişkən, onu xüsusi olaraq qeyd etmək lazımdır ki, ilin müxtəlif dövrlərində, ələlxüsus da sonunda vergi yığımları üzrə plan göstəricilərinin şişirdilməsi üçün daha çox silinmələrə yol verilir. Bütün bunlar özümüzü aldatmaq deyilmi?
Hörmətli Nazir, xahiş edirik vergi ödəyicilərinin hüquqlarına daha incə yanaşılması üçün struktur vahidlərinin fəaliyyətinin əlaqələndirilməsinə və bəzi yarıtmaz yalançı rəqəmlər üzərindən işini quran əməkdaşların vəzifəsindən uzaqlaşdırılmasına dair total tədbirlər görülsün. İnanın ki, sahibkarlar çox incidilir. Onlar daha az riskli ölkələrə üz tutmağa başlayacaqlar. Necə ki, hər ay yüz milyonlarla dollar ölkədən kənara daşınır. Heç olmasa ölkəyə investorların cəlb edilməsi və qeyri-neft sektrounun inkişafı layihələri kölgədə qalmasın.
Diqqətinizə görə təşəkkür edirəm !