Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Şad xəbər:Bu şəxslər də kompensasiya alacaq

 

Yenixeber.org: İqtisadçı alim Vüqar Bayramovun vətəndaşların problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı suallarına cavabını təqdim edirik:

- Bir şəxs bir neçə bankdan kredit götürübsə, o zaman kompensasiya məbləği necə hesablanacaq?

- Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşlarımızın keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Devalvasiya baş verən zaman əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa, o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollardan, digərindən 6 min dollar kredit götürüb və bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək.

- Lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulubmu?

- Sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.

- Dollar krediti üzrə öhdəliyi kredit götürən deyil, zamin ödəyibsə, o zaman kompensasiya kimə ödəniləcək?

- Qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əməkhaqqından tutulub. Bu zaman zamin fərdi qaydada müraciət edib məsələyə baxılmasına nail ola biləcək.

- Kompensasiya məbləğini elektron hesablamaq mümkündürmü?

- Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Bu keçidə daxil olmaqla kompensasiya məbləğlərinizi hesabaya bilərsiniz: https://pk.fimsa.az/az/calculator Elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək.

- Ləğv olunmuş banklarda olan kreditlər üzrə kompensasiyaları necə almaq mümkün olacaq?

- Fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlarımız da kompensasiyadan yararlanacaqlar və bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi sizinlə də əlaqə saxlanılacaq.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam