Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Prokuror 40 min dollar rüşvət istəmişdi” – Məşhur vəkildən açıqlama 

“Prokuror 40 min dollar rüşvət istəmişdi” – Məşhur vəkildən açıqlama 

“Rüstəm Usubovda Zakir Qaralov da getdi. Mənim vəkillikdən xaric olunmagım üçün mümkün etdikləri pisliyi etdilər”.

Yenixeber.org: Bunu tanınmış vəkil Osman Kazımov deyib. O, bildirib ki, altı ay məhkəmədə onlarla mücadilə edib:

“Həm də məcburi köçkün, ailəmin yeganə qazanc gətirəni kimi. Tural Kərimovu şərləmişdilər. Ölüm işi qoymuşdular üzərinə. Prokuror 40 min dollar rüşvət istəmişdi. Prokurorun səsini yazdırmışdılar mən o işə çıxmazdan əvvəl. 

Öldürən başqası idi. Hətta Respublika Agır Cinayətlər Məhkəməsi o işi bir dəfə geri qaytardı. Dedi gedin zibilinizi yola verin. 

Hüseyin Talıbovun oğlu saxta materiallar toplamışdı haqqımda. Azər Tagıyev siyasi tələblər edirdi məndən. Dözdüm,döyüşdüm. Məhkəmədə mənə qarşı sürülən ittihamlarını darmadağın etdim. Qalib gəldim. Əyilmədim, sınmadım. 

Bu gün heç biri yoxdur. Azər Tagıyev dünyasını dəyişib, Rüstəm Usubov və Zakir Qaralov vəzifələrini itirib. Yüz milyonlarla ölçülən əmlaklarının siyahısı paylaşılır. Tural Kərimov cəza çəkir, qatil azadlıqda.

Mən isə burdayam, yerimdəyəm. Vicdanla, başı dik iş başındayam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam