Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Futbolumuzun çəkənləri -Dumana qərq edilən gələcək

 

Futbolumuzun çəkənləri - Dumana qərq edilən gələcək

Xəbər verdiyimiz kimi, Avropa Çempionatının seçmə mərhələsində Çexiya ilə qarşılaşan 19 yaşlılardan ibarət milli  komandamız (0:4) sözügedən ölkədə otellərin birində siqaret çəkmələri ilə gündəmə gəldilər. Belə görünür ki, ağır məğlubiyyət milli üzvlərini çox üzüb, onlar da əlacsız qalıb siqaretlə dərdlərini yumaq qərarına gəliblər. 

Yenixeber.org: Maraqlıdır ki, sağlam nəsillər yetişdirmək üçün ölkələr idmana milyonlarla vəsait xərcləsə də, insanları bu sahəyə cəlb etsə də, bəzən bu əməyi yerə vuranlar da olur. Faciəvi olan odur ki, vaxtilə pis vərdişlərə yiyələnmiş tanınmış, gənclərin örnək götürdüyü futbolçular da bu barədə lazımı davranış sərgiləmirlər. Onlar nəinki bu vərdişlərini açıq-aşkar nümayiş etdirir, hətta gənclərə də pis örnək olurlar.

Millimizin və “Keşlə”nin sabiq üzvü, hazırda klubsuz qalan Vaqif Cavadovun hərəkətini də bu qəbildən hesab etmək olar. Belə ki, o, İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən bildirib ki, siqaret çəkirsənsə, bunu elə etməlisən ki, kimsə bilməsin. Yəni, altdan-altdan işini gör, nə səni cəzalandırsınlar, nə də səni ora aparan federasiyanı. Əslində isə, Vaqif Cavadov gənclərə yaxşı örnək olacaq bir şey deməyib. 

Çünki idmanın bütün növlərində idmançılar maksimum dərəcədə bu kimi ziyanlı vərdişlərdən uzaq olmalı, kiçik yaş qruplarında olan idmançılar da ondan örnək götürməlidir. Yoxsa ki, elə çək ki, kimsə bilməsin deməklə nəsə düzəlməz. Nəzərə alaq ki, 19 yaşlılardan ibarət komanda gələcəkdə əsas millinin üzvünə çeviriləcəklər. O zaman indidən onların bu kimi addımlar atmasına imkan yaradılmamalı, elə bir cəzalandırma olmalıdır ki, ikinci dəfə eyni halı təkrarlamaq istəsələr, yaralarına tökülən duzu xatırlayıb, əllərini ciblərinə salsınlar. 

Təbii ki, Vaqif Cavadovdan başqa da gənc nəsilə ziyanlı vərdişləri ilə pis örnək olacaq futbolçularımız az deyil. Vaxtı ilə Azərbaycan futbolunda özünü “zəhərləyən” futbolçular çox olub.  

2011-ci ildə Azərbaycan millisinin və “Sumqayıt”ın sabiq qapıçısı Andrey Popoviç əyləncə məkanlarının birində siqaret çəkərkən görüntülənmişdi. O, məsələyə münasibət bildirərkən şəkilin dostunun fotosessiyası üçün çəkildiyini bildirmişdi. Futbolçu eyni zamanda heç vaxt siqaret çəkmədiyini söyləmişdi. Onun eyni zamanda pivə ilə şəkili gündəmi zəbt etmişdi. 

Futbolçular Cavid Hüseynov, Elvin Məmmədov, Əfran İsmayılov, Kamran Ağayev, Aqil Nəbiyevin də masalarında enerji içkisi və siqaret olan şəkili yayılmışdı. Ziyanlı vərdişlərə meyl edən futbolçular arasında AZAL-ın sabiq futbolçusu Ruslan Nəsirli də olub. Onun qəlyan çəkdiyi yerdə fotoları paylaşılmışdı. Bundan başqa, “Bakı”nın sabiq oyunçusunun spirtli içki içdiyi haqda iddialar vardı. Rəşad Sadiqovun da “Qəbələ”də çıxış etdiyi dönəmlərdə kafedə qəlyan çəkərkən fotosu yayılmışdı. 

Sizə təqdim etdiyimiz də onlardan bəziləridir.(yenisabah)

Naibə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam