Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

Bakıda binanın həyətində olan ağaclar kəsilib, yerində obyekt tikilir -VİDEO

 

 

© Report

Bakının Xətai rayonunda, Yusif Səfərov 12A ünvanında binaların həyətində olan 6 şam ağacı kəsilib və ərazini obyekt tikmək üçün hasarlayıblar.

Yenixeber.org: Bu barədə sakinlər məlumat verib.

Sakinlər bildirib ki, əraziyə Xətai Mənzil Komunal Təsərrüfat Birliyinin 110 saylı mənzil-kommunal istismar sahəsi baxır. Amma onlar məsələ ilə bağlı heç bir tədbir görmürlər.

Sakinlərin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma təsərrüfatı birliyi qəfildən ərazidə yerləşən ağacları kəsmək qərarına gəlib: "Gələn şəxslər, bəlkə də, yarım əsr yaşı olan 6 Eldar şamını kəsib, digər ağacları isə budayıblar. Bizə isə bildirdilər ki, bu ağaclar yabanı olduğu üçün kəsilir və yerinə yenisi əkiləcək. Biz yeni ağaclar əkiləcəyinə inandıq, amma sonra məlum oldu ki, bizi aldadırlar, ərazidə obyekt tikmək üçün hazırlıqlar gedir. Qonşularla birgə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinə müraciət etdik. Polislər şikayətçiləri bölməyə apardı. Camaatın başının qarışmasından istifadə edib ərazini hasarlayıblar. Hətta sakinlərə müdaxilə etməməsi üçün pul təklif ediblər".

Sakinlərdən biri deyir ki, ərazidə digər tikililər də var, istirahət üçün, təmiz hava almaq üçün, uşaqların oynamağı üçün yeganə yeri isə zəbt etməyə çalışırlar.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam