İNFLYASİYA BURULĞANINDA:"Qiymətlər od tutub yanır"
Xeberinfo.com: Mövzuyla əlaqədar olaraq “Xeberinfo.com”saytında 21.02.2015-ci il tarixdə dərc olunan “ Tükənirəm axı...” yazımdan bir neçə cümləni önə çəkirəm. Yazmışdım:-Saytlardan məlumat sızır ki, neftin bir barelinin qiyməti 20 və hətda 10 dollara qədər azala bilər. Ekspertlərin hesablamalarına görə respublikada bir barel heftin istehsal maya dəyəri 12 dollardır. Respublika hökuməti bu qiymətləri nəzərə alıb bahalı layihələri həyata keçirməyi ləğv etməli, dar gün üçün valyuta ehtiyatı toplamalıdır. Manatın devalvasiya təhlükəsi əvvəldən görünsə də, səlahiyyətlilər izafi xərclərin azaldılması yollarını axtarmayıb və təhlükəyə əhəmiyyət verməyiblər”. Bunun ardınca izafi xərclərin bir neçəsinin (nazirliklərin sayının çoxluğu) adını çəkmişdim.
Bəs indi respublikanın maliyyə durumu necədir? Maliyyəyə aid rəqəmləri izləsək görərik ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatı 30.09.2014-ci il tarixə 15 milyard 042,4 milyon dollar olubsa, 01.02.2017-ci il tarixə 4 milyard 327.2 milyon dollardır. Deməli AMB-nın valyuta ehtiyatı 2 il 4 ay müddətində 10 milyard 715.3 milyon dollar azalıb. Təhlükəli azalmadır elə deyilmi?
Bəs əhali tərəfindən istehlak olunan ərzaq məhsullarının qiyməti və inflyasiya hansı vəziyyətdədir?İqtisadi idarəçiliyin vecsiz olması və neftdən asılılıq respublikanı ağıla sığmazçətinliyə saldı. Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə respublikada inflyasiya 12,4 % olubsa, Avrozonada 1.14 %-dir. Beləliklə aydın olur ki, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10.9 dəfə çoxdur.
İndi isə əhalinin istehlak etdiyi yeyinti məhsullarının satış qiymətlərinə diqqət yetirək. DSK və saytların verdiyi məlumatda 15 adda ərzaq məhsullarının qiymətləri verilmişdir. Ən az artan xama 22.2 %, ən çox artan isə qarğıdalı yağıdır ki, o da 44 %-dir.
Mal ətinin artım qiyməti 42.8% göstərilsə də bu rəqəm reallığı əks etdirmir. Əvvəllər mal ətinin qiyməti 7.50 manat idisə, qiymətlər artanda mal ətinin 1 kq-ı 15.00 manata satılmağa başladı. Araşdırmadan məlum oldu ki, 13 adda ərzaq (xiyar və pomidorun artım %-i buraya daxil deyildir) məhsullarının orta satış qiyməti 35.3 % artmışdır.
Bəs əhaliyə qarşı satış qiymətlərində kəf gələnlər kimlərdir? Axı kərə yağı adıyla satılan məhsulun satış qiymətini 42.1 %-ə qaldıran moşenniklərdir ki, həmin məhsul hər dükanda fərqli qiymətlərlə satılır.Şəkər və qəndin orta satış qiyməti də 47.55 % artmışdır. Necə olur ki, Avrozonada inflyasiya 1.14 % olduğu halda Avrozonadan və Rusiyadan Azərbaycana gətirilib GK-indən keçdikdən sonra ərzaq məhsullarının satış qiyməti 100% artırılır?Bu kimi dələduzluğun hamısı bazarlara qeyri rəsmi nəzarət edənlər tərəfindən həyata keçirilir.Daha doğrusu dələduzluğun bazası dovşana qaç, tazıya tut deyən iqtisadi hakimiyyətlə siyasi hakimiyyətin bir gövdədə birləşib formalaşmasından əmələ gələn oliqarxlaşmadadır.
Oliqarxlar elə qudurublar ki, dövlətin milyard dollarla əmlakını mənimsədikləri bəs etmir, ərzaq məhsullarının satış qiymətlərini hər ay artırmaqla dolanışığı günügündən pisləşən vətəndaşların əməkhaqqı və təqaüdlərini də əllərindən alırlar.Bir qədər dərinə getsək hədsiz talançılıqlarının üstünü örtmək üçün hakimiyyətə sahib olmağada çalışırlar.
Müxalif mətbuatı yazanda ki, - məsul şəxs ”paket”lə əmək haqqı verir və bir sıra məsul şəxslər“paket”lə əmək haqqı alırlar-kimi məlumataheç kim inanmırdı. Bu kimi əməliyyatla məşğul olanlardan dələduzluqları soruşulmayanda əhalinin maddi vəziyyətidəçıxılmaz hala düşəcəydi və düşdü də.
Ali aparatlarda aparılan toplantılarda oliqarxları başa salmağa çalışırlar ki, yaramaz əməllərindən əl çəksinlər.Çox təəssüf ki, qulaqları “karlaşmışlar”deyilənləri eşitmirlər. Şübhəsiz ki,Prezidentin ata nəsihətlərini eşitməkdən uzaqda dayananlar gec-tez haqlarına çatacaqlar.
Atalar- Donuz darıdan xahışlə yox, zopayla çıxarılır,- deyiblər. Zopa bəs etməzsə onların kar qulaqlarını onluq ölçüdə olan mismar çalmaqla müalicə etmək daha yetərli olar.
Respublikanın maliyyə ehtiyatı azalır,ərzaq məhsullarının,enerji daşıyıcılarının satış qiymətləri və inflyasiya sürətlə artır, qanunların qəbulu ləngidilir, AMB rəhbərliyinə ümid itirilir, MM-in İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədovun səmərəli təklifləri isə eşidilmir.Görəsən şəxsi maraqlara xidmət edən MM kimə lazımdır?
Mən anladığım budur ki, Müstəqilliyimizə inamin itirilməməsi üçün Milli Məclis “Rəqabət məcəlləsi” və “Hesablama palatası” haqqında Qanunların qəbulunun davamı-həmin Qnunlara əməl etməyən oliqarxların cəzalandırılmaları ilə tamamlanmalıdır. Əlavətəklifim budur ki, Azərbaycan Məkəzi Bankının işinə qarışmağa yol verilməsin. AMB vahid şəxs tərəfindən idarə olunmalıdır.Əks təqdirdə ABB-nin başına gələn dəhşətlər AMB-da da təkrarlana bilər.
Son söz- Bakı 9.7 milyon nəfərlik Azərbaycan xalqının isti qucağı və Anasıdır.Bütün Qərbin və Rusiyanın gözü,marağı var-dövlət səltənəti olan Bakıdadır. Çox təəssüf ki, bu isti bucaq hesabına oliqarxlaşan kiçik bir qrup harınlayaraq xalqı dəhşətli inflyasiya burulğanının ümidinə buraxdılar.
Quliyev Elxan Sarı o.