Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TÜKƏNİRƏM AXI...

 

"Xeberinfo.com":  İmperiya dağıldı. Ərazimizin bir hissəsini itirib müstəqillik qazandıq. Müstəqillikdə  neft istehsalı hesabına iqtisadiyyatımız sütətlə inkişaf etsə də güclü mənsəbpərəstliklə yanaşı saysız saxta diplomların sürətli pərvərişiylə    qarşılaşdıq.

Ara bir saytlar vasitəsilə  “rəngli İnqilab” lara baş vuranlar da olur. Əvvəl də, bu deyilənə cavab vermişəm və bir daha qeyd edirəm ki, bizim respublikamızda heç bir “rəngi inqilab” baş verməyəcək. Ancaq unutmamalıyıq ki, faşizm və şovinizm siyasərti yeridənlərin və ayağımızın altını eşən satqınların əhatəsindəyik. Ölkədə Qeyri Hökumət Təşkilatları (QNT) fəaliyyət göstərir və bunları ləğv etmək mümkünsüzdür. Bu kimi təşkilatlar əksər hallarda xarici dövlətlərin təsiri altına düşərək dövlətimizin zərərinə işləyən agenturaya çevrilirlər. Bax belə QHT-ləri zərərli fəaliyyətlərindən çəkindirmək və neytrallaşdırmaq lazımdır. Ancaq küçəyə çıxıb nümayiş keçirən zaman hər ağzına gələni danışanı və şıllaq atanı həbs etmək münasib deyil. Ona görə ki, bu kimi həbslərə xaric insan hüquqlarının pozulması kimi baxır və buna siyasi don geyindirir.    

Müstəqilliyimizi saxlamaq üçün ali dairə  var gücü ilə çalışır.Hakimiyyət əhalinin vəziyyətini nəzərə alıb satış qiymətlərinin sabitliyini saxlamaq üçün hər il büdcədən milyard dollarla vəsait xərcləyir. Səlahiyyətli iqtisadçıların saytlara verdikləri məlumata görə strateji valyuta ehtiyatımız satış qiymətlərinin artırılmasının qarşısını üç il ala bilər.Əlbəttə manatın məzənnəsinin dollar və avrodan üstün olmasını həmin valyuta sahiblərinin heç də xoşlarına gəlməməklə yanaşı respublikamızın ətrafındakı qonşuların əsəblərini yerindən oynadırdı. Bütün bunlarla yanaşı dünyayla birlikdə qonşularımızdan təcrid olunmuş vəziyyətdə işləyə və yaşaya bilmərik. Gec-tez respublikamızın manatı ABŞ-nın dolları  və Avropanın avrosu ilə hesablaşmalı idi.

Baş verə biləcək maliyyə təhlükələrinin qarşısını almaq məqsədilə Mərkəzi Bank məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edib: “Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edərək tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektliyini təmin edəcək”. Daha sonra qeyd edilir ki, AMB manatın dollardan asılılığını azaldacaq: “Büdcə və pul-kredit siyasətinə düzəlişlər etmək həddən artıq vacibdir. Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik”.

Özlərini iqtisadçı ekspert kimi göstərməyə çalışıb əhali arasında çaşqınlıq yaratmağa çalışanlara E.Rüstəmov düzgün cavab vermiş,  bu gündə yeritdiyi hazırkı pul-kredit siyasəti məqsədyönlüdür  və seçdiyi yolu davam etdirməlidir.

Cəsarətinə, bilgisinə həmişə hörmət bəslədiyim Vahid Əhmədovun “Mərkəzi Bankın Sədri E.Rüstəmovun manatı devalvasiya gözləyəcəyini əvvəlcədən bəyan etməklə bir qədər tələsdi” deməsinə öz iradımı bildirmək istəyirəm. Axı nə vaxta kimi dünyadakı valyutalara meydan oxuyan dolların və Avropanın vahid valyutası olan avronun məzənnəsi manatdan aşağı olacaqdı? Dovlətin büdcəsi tükənməz deyil. O, məzənnə siyasətində tələsməyib, gecikibdir. Keçmiş ittifaqın evini yıxan cəhətlərdən biri də maliiyə kompensasiyaları olub.

Dünya miqyasında hökumətə vətəndaşlar tərəfindən məhəbbət oyadan, hörmət qazandıran çörək və tibb dərmanlarıdır. Son bir ay ərzində respublika ərazisində istehsal olunan bir kq “Kərə yağı” nın qiyməti 7.50 manatdan 8.45 manatadək, “Ayran”nın bir litri 0.80 manatdan 1.05 manatadək- uyğun olaraq 11.26 % və 13.13 % artmışdır (Əhmədli qəsəbəsi, 191 saylı məktəbin yanındakı “Makro market” ticarət obyekti). Qripə qarşı  15 ml (bir xörək qaşığı həcmində)  olan “KSİMELİN” qiyməti 3.00 manatdır və sair.

Biz iki nəfər qoca əlbət ki, xörək bişirməyə “Kərə yağı”ndan yox, ucuz yağlardan istifadə edirik. Ancaq səhər-səhər bahalı həmin yağın 30 qramından faydalanırıq. Geyməyə paltar almırıq. Az da olsa təmin edənləri həmişə var olsunlar.

Saytlardan məlumat sızır ki, neftin bir barelinin satış qiyməti 20 və hətda 10 dollara qədər azala bilər. Ekspertlərin hesablamalarına görə respunlikada bir barel neftin istehsal maya dəyəri 12 dollardır. Respublika hökuməti bu qiymətləri nəzərə alıb bahalı layihələri həyata keçirməyi ləğv etməli, dar gün üçün valyuta ehtiyatı toplamalıdır.

Manatın devalvasiya təhlükəsi əvvəldən görünsə də, səlahiyyətlilər izafi xərclərin  azaldılması yollarını axtarmayıb və təhlükəyə əhəmiyyət verməyiblər. 4-5 il bundan qabaq tənqid etdiyim məsələyə bir daha qayıdıram.

1.Nazirliyi və Baş idarəsi olub büdcədən maliyyləşən təşkilat və müəssisələrə əzab verərək mənsəbpğrəstliklə məşğul olan Yerli Xəzinədarlıq Orqanının  (YXO) xidməti və fəaliyyəti çoxmu vacibdir?

 

2.Nazirlər Kabineti yanında olan “Aydın Yol” qəzeti ilə paralel fəaliyyət göstərən  həftəlik “Ədəbiyyat qəzeti” nin cəmiyyətə xeyri və üstünlüyü nədədir? ...

3.Azərbaycan qədər  yeraltı faydalı sərvətləri olmayan  Yaponiyanın əhalisinin sayı Azərbaycanınkından 13 dəfə çox olsa da nazirliklərinin sayı Azərbayanınkından 4 dəfə azdır.       

Millət vəkili, İqtisadi Siyasət Komissiyasının üzvü V.Əhmədov! Bir sıra qüsurları olmasına baxmayaraq işini kamil bilən E.Rüstəmovun pul-kredit siyasətinə yox, yumşaq pul-kredit siyasətinin davamı olaraq əmək haqqları və təqaüdlərin həmin siyasətə uyğun həcmdə qaldırılması və yaşamaq üçün insanlara verilən pul vəsaitinin  alıcılıq qabiliyyətinə diqqət yetirsəniz daha yaxşı olar.    

Elə bir həftə yoxdur ki, rüşvətxorluqla məşğul olan dövlət məmuru həbs olunmasın. Bu kimiləri isə xırda-xuruş məmurlardır. Qəribədir ki, mənsəbpərəsliklə məşğul olan iri kreslo sahiblərinin heç birisi ələ keçmir. Həmin iri məmurlar Milli Məclidə, elm sahələrində kök atıblar.

13.02.2015 ici il tarixli “Xəbərinfo.com” saytında yazılır: “Millət vəkilinin saxta diplom “fabriki” - TQDK-nın 2011-ci ildə yaydığı məlumatda 1992-2011-ci illər arasında Azərbaycanda 22332 nəfərdə saxta diplom aşkarlanıb. Mənbə qeyd edir ki, Filankəsov Filakəs ümumilikdə 7 min şəxsə diplom verib. Həmin şəxslərin böyük əksəriyyətinin diplomu isə Təhsil Nazirliyinin təhsil sənədlərinin tanınması üzrə sektorunda qeydiyyatdan keçməyib”. Gərək iki qulaqdan kar və iki gözdən yox olasan ki, bu boyda moşenliklə məşğul olanların cəzasını verməyəsən.  Həmişə də belələri  dövlətdən toxululmazlıq statusu alırlar ki, bərkə düşəndə cəzadan bir təhər yaxalarını qurtarsınlar. Heç kəs düşünmək istəmir ki, saxta diplom alıb kresloda əyləşəndən sonra işinin öhdəsindən gələ biləcəkmi. Şübhəsiz ki, o da moşenliklə vəzifəsini icra edəcək.

Saytlar vasitəsilə məlumat alınır ki, alimlərimiz yeni hörümçək kəşf edib və yeni qızılgül növü yetişdiriblər. Göz dəyməsin belə kəşflərə. Hal hazırda elmi tədqiqat institutları, alimlərimizin sayı çox, xeyri isə...  Plagiatlığın, yaşılların canı sağ olsun. Bax bu kimiləri dövləti, müstəqilliyi, elmi, təhsili sürətlə uçuruma aparırlar. Bütün bu kimi saxtakarlıqlar  ona görə baş verir ki, cinayəti törədənlərin əvəzinə qanunlar seyflərdə  həbs olunub.

Bacarıb başı işləyənin arxasında duran olmayan elmi kadrlar xaricə qaçır və yaxud burada işləyib xaricə xidmət edirlər.

Xərçənk xəstəliyinə bənzəyən oliqarxlaşma və mənsəbpərəstlik çox təəssüf ki, müstəqil dövlətimizin ali dairələrində dərin kök salıblar.Əgər daxildə olan xəstəlik aradan qaldırılmırsa, bizi məhv etməyə çalışan xarici mənfur qüvvələrin öhdəsindən necə gələcəyik?  Bax mənı ümidsiz edən və tükəndirən səbəb  də budur.

 

 

18 fevral 2015-ci il .


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam