Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Dünya Bankından neftin qiyməti ilə bağlı proqnoz

 

Dünya Bankı əmtəə bazarları üzrə uzunmüddətli “Market Outlook” hesabatını açıqlayıb

"Xeberinfo.com":   Məlumata görə, bu barədə fins.az “Caspian Barrel”ə istinadən xəbər verir. Hesabata görə, neftin qiyməti yaxın 10 ildə stabil olaraq artıma doğru irəliləməlidir.
Bununla belə, Dünya Bankı ekspertlərinin proqnozlarına görə, 10 il sonra “qara qızılın” bir barelinin dəyəri inflyasiya faktoru nəzərə alındığı zaman 2010-cu il qiymətləri ilə müqayisədə 70,8 dollar təşkil edəcək.
Beləliklə, Dünya Bankının hesabatına görə, 2015-ci ildə nominal qiymətlərlə bir barel neftin qiyməti 57,8 dollardan artıq olmayacaq, 2016-ci ildə bu göstərici 61,2 dollara qədər yüksələcək.
Sonrakı illərdə isə belə bir vəziyyət proqnoz edilir: 2017-ci ildə – 63,7 dollar; 2018-ci ildə 66,3 dollar; 2019-cu ildə 69,1 dollar və 2020 ci il üçün 71,9 dollar. 2025-ci ildə neftin nominal qiyməti bir barel üçün 88,3 dollar səviyyəsinə çatacağı gözlənilir ki, bu da 2010-cu il qiymətləri ilə müqayisədə reallıqda 70,8 dollar təşkil etməlidir.
Dünya Bankı ekspertləri neftin qiymətlərinin həmçinin müqayisəli qiymət proqnozlarını tərtib ediblər.
Bu zaman gələcək illərdəki qiymətlərin 2010-cu illə müqayisəsi inflyasiya faktoru nəzərə alınmaqla dəyərləndirilib:
2015-ci ildə bir barel neftin qiyməti 54,4 dollar təşkil edəcək, gələn il isə bu göstərici bir qədər artaraq 56,6 dollara çatacaq.
Sonrakı 2017-ci ildə – 58,2 dollar; 2018-ci ildə 59,7 dollar, 2019-cu ildə 61,2 dollar və 2020 ildə isə 62,7 dollar. Dünya Bankının hesabatı bir daha onu təsdiqləyir ki, neftin “100 dollarlıq” dövrü  müqayisəli qiymətlər ifadəsində ola bilsin bir daha fəth edilməsin

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam