Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Millət vəkili Əli Məsimli!

Millət vəkili Əli Məsimli!

 

Xeberinfo.com:   Mən Sizi yüksək səviyyəli mütəxəssiz bilirdim. 14.02.2017-ci il tarixli “Xeberinfo.com” saytında Sizin --Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri günü-gündən qalxır?,- çıxışınız Sizə olan müsbət münasibətimi heçə endirdi.

Ömrüm uzunu istehsal müəssisələrində və müstəqil fəaliyyət göstərən bir Baş idarədə baş mühasib vəzifəsində işləmişəm. Qiymət deyilən sözü hər halda Sizdən yaxşı anlayıram. Qiymət məsələsinin üstündə məni o vaxtkı Baş Qiiymətlər Komitəsi 80- ci illərin ortalarında çox çək-çevirə salsa da heç nə edə bilməmiş, MK-nın nəzdində fəaliyyət göstərən Xalq Nəzarət Komitəsinin nümayəndəsi Rəşidova adında bir yaşlı qadın mənə haqq qazandırmışdı.

Nəzərinizə catdırmaq istəyirəm ki,  mətbuatda və saytdakı çıxışlarımda hər növ zorakılığın əleyhinə getmişəm.

Sizin bu çıxışınız onu göstərir ki, qiymət siyasətində dərin deyilsiniz, yaxud da desinlər ki, Siz də Millət vəkili kimi  əhalinin qayğısına qalmışsınız. 21.02.2015-ci il tarixdə mənbəələrə əsaslanıb“Xeberinfo.com” saytında çıxış edibyazmışdım ki, neftin bir barelinin satış qiyməti 20 dollara qədər azala bilər.Həqiqətən də az müddətdən sonra həmin qiymət 30 dollara qədər azaldı. Millət vəkili Vahid Əhmədova  rəsmi saytla məktub yazarkən adlandırmişdimki, “qiymət barıt çəlləyidir və onunla oynamaq olmaz”.

Zorıkı yolla satış qiymətlərini artırmaq və azaltmaq dövlət və xalq ücündəhşətli hal gətirə bilər. Bu formada üsul istehsalla yanaşı istehsal-satış münasibətlərini kor qoya bilər və əhalidə hakimiyyətəqarşı olduqcapis münasibət formalaşdırar.

Okeanın o tayındakı neft milyarderləri özlərinin neft istehsalına qoyduqları 44 illik embarqonu ləğv etmişlər. Onlar istədikləri andaneft ixracına-satışına başlayacaqlar. Bax bu andaca neftin satış qiyməti kəsgin surətdə aşağı düşəcək və dollar da öz qymətini alacaq. Bax onda neftdən asılı olan maliyyə bübcəmizə gələn dollar kəskin azalacaqdır.

Mən təqaüdçü Sizin kimi min mahatlarla bankomatdan pul almıram. Ərzaq məhsullarının satış qiymətlərinin bu formada artımı mənim maddi təminatımı çıxılmaz vəziyyətə salır. Ərazaq qiymətlərinin yenidən zorakı üsulla aşağı salınması satışda elə bir hərc-mərclik yarada bilər ki, onun öhdəsindən gəlmək, xilas olmaq mümkünsüzləşə bilər.

Bəs neyləmək lazımdır? 1.Respublikanın öz istehsalı olan enerji daşıyıcılarının satış qymətlərini geri qaytarmaq daha məqsədyönlüdür.Və yaxud el. enerjisi istehlakında güzəşt 500 kv saata qədər qaldırılmalıdır.  Bu barədə16.01.2017-ci il tarixdə “Zamanın hökmü” adlı çıxışımda təklifimi vermişəm.

2. Satış qiymətlərinin ucuzlaşmasıüçündaxiliistehsalı qaydaya salmaq ən yaxşı yoldur.

3.Satış qiymətlərini aşağı salmaq yox, indiki dövrdə əhaliyə verilən əmək haqqı və təqaüdləri münasib qaydada artırmaq lazımdır.Acaq artırılan on manata nə almaq olar?

4. İnflyasiyanın qarşısını tam almaq mümkünsüzdür. Avrozonada inflyasiya 1.14 faizdirsə, ixaracı ancaq neft olan bizim respublikada 10 dəfə ondan çox olması təəccüb doğura bilməz. Dünya miqyasında insanların artım sürəti məhsul istehsalının artım sürətindən üstün olduğu ücün yaşayış vasitələrinin, o cümlədən ərzaq məhsullarının satış qiymətlərinin artmasının qarşısını almaq mümkünsüzdür.

5. Millət vəkili Əli Məsimli Həmin tarixdə söylədiklərinizi də ətrafınızda əyləşən moşenniklərə və monopolistlərə desənız daha yaxşı olar.

Quliyev Elxan Sarı o


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam