Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Doğrudanmı, heç xəcalət çəkmirsən?...” –Rusiyani müdafiə edən azərbaycanlı jurnalistə sərt sözlər

“Qarabağlı olasan, özün də Qarabağın işğalına xeyir-dua verən ölkələrin şərəfinə tost deyəsən. Heç çəkiləsi dərd deyil...”

Yenixeber.org: "Feysbuk"da Azərbaycan mediasının iki tanınmış nümayəndəsi arasında təhqirlərə qədər uzanan sərt polemika baş verib.

Hər şey Avropada yaşayan jurnalist Elbəyi Həsənlinin "APA.TV"-nin əməkdaşı İlqar Əlfioğlu haqqında yazdığı statusdan sonra başlayıb. Həsənli öz səhifəsində bu qeydləri edib: "Vladimir Putin neynədisə, Boris Conson istefa verdi. İnanmırsız? İnanmayan İlqar Əlfioğludan soruşsun. Adam bütün günü Rusiya və İranın müdafiəsi ilə bağlı can qoyur. Palaz-palaz statuslar yazır, arqumentlər uydurur. Belə ziyalı olar? 

Mənim nəzərimdə vətənə düşmən olan ölkələri müdafiə etmək elə Azərbaycanla düşmənçilik etmək kimi bir şeydir. Ən pisi odur ki, İlqar Əlfioğlu əslən qarabağlıdır. Qarabağın erməni işğalına məruz qalmasına yaşıl işıq yandıran əsas ölkələr elə Rusiya və İran idi. Qarabağlı olasan, özün də Qarabağın işğalına xeyir-dua verən ölkələrin şərəfinə tost deyəsən. Heç çəkiləsi dərd deyil... Belə yaşamaq nəyə lazımdır axı? Doğrudanmı, heç xəcalət çəkmirsən?..."

İlqar Əlfioğlu isə ona cavab olaraq "Elbəyi, peşən yoxdu? Bekarsan deyəsən... Xaricdə oturub buranı qarışdırmıram ki, sənin kimi. Əksinə, boş-bös qızışdırdıqlarını sakitləşdirirəm", - deyə cavab verib.

E. Həsənli "...mənim kimi bir ayağın buradadır, o biri ayağın gorda. Qarabağ torpağında dəfn olunmaq haqqını, söhbət mənəvi haqdan gedir, itirmə", - deyə ona cavab verib.

Qeyd edək ki, jurnalistlərin mübahisəsinə başqa sosial şəbəkə üzvləri də qoşulub, əksəriyyət E.Həsənlini müdafiə edərək, İ.Əlfioğlunu tənqid və təhqir edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam