Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Xaric səslənirik biz, səhv düşəndə yerimiz" -Bu da bələdiyyə sədri...

"Xaric səslənirik biz,  səhv düşəndə  yerimiz" - Bu da bələdiyyə sədri...


Müdriklər deyib, “Yer üzündə ən yüksək vəzifə – insan olmaqdır”.

Yenixeber.org: Nə yazıq ki, bu sözlərin mahiyyəti çox zaman çoxları üçün yüksək vəzifəyə təyin olunanda itir. Vəzifə oldumu, insanlıq itir. Təbii ki, bu hər kəsə, yəni bütün vəzifəlilərə şamil olunmur. Amma, yalanı yox ki, yuxarıda da qeyd etdiyimiz kimi çoxları belədir. Qalstuk geyinib, şəxsi kabinetində kreslosya oturdumu?! Vəssalam.
"Dünya başlayır (onun təxəyyülündə) onun ətrafında dolanmağa".

Yeri gəlmişkən, bir məqama diqqətinizi çəkmək istəyirik ki, son illər yüksək vəzifələrə gecəsini gündüzünə qatıb, oxuyub ali təhsil alanlar deyil də, bəzi "diplom bazarı" kimi tanıdığımız təhsil müəssisələrindən diplom alanlar təyin edilir. Durub biraz dərindən araşdıranda məlum olur ki, o hansısa məmurun qohumudur, yerlisidir, yaxud kirvəsidir və sair.

Yaxşı təhsil, zəhmətlə qazanılmış elm insanı özü də fərqinə varmadan yüksək səviyyədə tərbiyələndirir. Savadlı şəxslər həmişə ədəb-ərkanı, danışıq qabiliyyəti ilə seçilir. Onlar qarşılarındakı şəxslərə hörmətlə yanaşırlar ki, bu da həm özlərinin özlərinə hörmət etmələri, həm də qarşı tərəfin hörmətini qazanmaları deməkdir.

Vəzifələrə zəhmətilə, bacarığı, elmi ilə yüksələn şəxslərin hər sözündə, hər davranışında sadaladığımız keyfiyyətlər bəlli olur.
Amma, müdriklər deyir, "Danış görüm sən kimsən". Bəli, insanın savad və tərbiyə səviyyəsini anlamaq üçün onu imtahan etməyə gərək yoxdur. Bir kəlimə danışması kifayət edir.

Əlqərəz...

Savaddan, ədəb-ərkandan və vəzifəyə təsadüfi gələnlərdən boşuna söhbət açmadıq.
Sözümüzün canı var !

Bir neçə gün əvvəl "Keçmiş bələdiyyə işçisi sədr haqqında elə sözlər dedi ki... - ŞOK AÇIQLAMALAR" başlıqlı yazı yayımlanmışdı. Hansı ki, həmin yazı bütövlükdə keçmiş bələdiyyə işçisinin redaksiyamıza göndərdiyi şikayət məktubu idi. O, Mingəçevir Bələdiyyəsinin hazırkı sədri Ramiz Əliyev tərəfindən səbəbsiz işdən çıxarıldığından, bununla bağlı dəfələrlə yerli məhkəməyə, apelyasiya məhkəməsinə müraciət etsə də, müraciətlərinin rədd edildiyindən gileylənirdi.

Müraciəti yayımlamadan öncə, hər zaman olduğu kimi qarşı tərəfi dinləmək üçün idarənin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrəsinə zəng etdik. Amma, bir çox dövlət idarələri kimi, Mingəçevir şəhər Bələdiyyə İdarəsində də dəstəyi qaldıran olmadı. Yazı portalımızda yayımlandı və sonunda da vurğulandı ki, "Yazıda adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq."

Amma, gəlin görək hər yerdə (şahidlərin sözlərinə görə) "Məni bu vəzifəyə başçı təyin edib. Mən başçının kirvəsiyəm" deyə qürrələnən, telefonlara cavab verməyən, "həm suçlu - güclü" bələdiyyə sədri Ramiz Əliyev heçolmasa sonda yazılmış sözlərin nə demək olduğunu anlayıbmı?

Odur ki, material dərc edildikdən qısa zaman sonra elektron ünvanımıza ÖZÜNƏMƏXSUS şəkildə cavab göndərib. Təbii ki, buna cavab demək olarsa...

Haqqında doğruların yazıldığı saytı "mövqe almamaqda ittiham edir" və "oğru xəbər" adlandırmaqla nüfuzumuzu (özü durduğu yerə qədər) aşağılamağa çalışır.

Əslində, işçilərinə (işçilərin özünün dediyinə görə) "Burda nə sülənirsiniz ə... Gedin pul yığın, mən ayın axırı maaş almalıyam" deyən bələdiyyə sədrindən bu "qabiliyyət" gözləniləndir. Bir sədr ki, vəzifəyə necə gəldiyini bilmir, daha doğrusu necə gəlməli olduğunu bilmədiyi üçün, hər yerdə necə gəldiyini fərəhlə deyir və onu vəzifəyə gətirənin də "üzünü qara edir", daha bizə deyiləcək söz qalmır.

Yeri gəlmişkən, öz ağlında bizim "tutarlı cavab"ımızı verdiyini sanan sədr, digər tərəfdən də redaksiyamıza şikayət məktubu ünvanlayan keçmiş bələdiyyə işçisini məhkəməyə verəcəyi, hətta 1 ildən, 3 ilə qədər ona iş kəsdirəcəyi ilə hədələyərək, onu geri addım atmağa, hətta yazılanları sildirməyə məcbur edib. Doğrudur, şikayətçi Ramiz Əliyevin "əlinin uzun olması"ndan, onu haqlıykən haqsız duruma düşürəcəyindən qorxub, geri addım atdı. Bir gün telefonlarımız susmadı. Yazıların silinməsi üçün şikayətçi tərəfindən xahiş edənlər çox oldu. Amma, media haqqında məlumatsız olan bələdiyyə sədri bu işlərin onun düşündüyü kimi olmadığını da bilmir bəlli ki.

Təəccüblü deyil.

Öyrənmək heç vaxt gec deyil. Biz deyək, siz öyrənin ki, bari bundan sonrası üçün təcrübəniz olsun.
Yazının sonunda qeyd etdiyimiz "Yazıda adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq." cümləsi o deməkdir ki, telefona cavab vermirsiniz, heçolmasa oxuyandan sonra da olsa rəsmi mövqe bildirin, onu da dərc edək.
Amma, yazdığınız cümlələrdən aydın görünür ki, rəsmi cavab yazmaq da bacarıqlarınız xaricindədir.

Yeri gəlmişkən, Mingəçevir şəhər İcra Hakimiyyəti haqqında da məlumat dərc edilmişdi. İcra Hakimiyyəti də rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrələrinə cavab vermədiyi üçün, mövqe olmadan məlumat yayımlandı. Lakin, yayımlandıqdan sonra İcra Hakimiyyətinin səlahiyyətli işçisi redaksiyamıza zəng etdi və məsələyə münasibət bildirdi.

Amma, görünür Ramiz Əliyev bunları bacarmasa da, 'hədə-qorxu" gəlməyi yaxşı bacarır ki, keçmiş işçisinin daha onun barəsində məlumatlar göndərməyəcəyini deməsinə nail ola bilib.

Sakinlərin yalnız seçkiqabağı gördüklərini dedikləri bələdiyyə sədri redaksiyamıza şəhidin evində çəkdirdiyi şəkli göndərməklə demək istədiyi də əslində mənasızdır.

Şəhid məzarları önündə, şəhid ailələri ilə fotosessiya edən məmurların da elə şəhid ailələrinə, qazilərə, veteranlara qarşı hörmətsizliklərini, saymazlıqlarını az görmədik.

Bu xalq artıq fotosessiyalara, yaxud 3-5 manat verib haqqınızda yazdırdığınız yaxşı sözlərə deyil, gözümüzlə gördüyümüz yaxşı əməllərinizə inanarıq. Əgər varsa...

Qeyd: Növbəti yayımlarımızda Mingəçevir bələdiyyəsinin hesabatında vergi borcundan silinən 4.000 (dörd min) AZN məbləğin taleyini görüntülü şəkildə diqqətinizə çatdıracağıq. (Material yayıma hazırlanır).

P.S: Yeri gəlmişkən, Mingəçevir şəhər bələdiyyəsi ilə əlaqə saxlayıb, məlumatlara münasibət öyrənmək cəhdlərimiz bu dəfə də nəticəsiz qaldı.
Ya bələdiyyə idarəsinin rəsmi səhifəsində nömrəsi qeyd edilən telefonu işləmir, ya da telefona cavab verməli olan məsul şəxs...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam