Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı Ali Neft Məktəbi - Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınıb

 

Türkiyənin Ali Təhsil Şurası (YÖK) Bakı Ali Neft Məktəbini (BANM) yüksək standartlara cavab verən ali təhsil müəssisəsi kimi tanıyıb. Belə ki, Ali Məktəb tərəfindən göndərilən sorğu Ali Təhsil Şurası tərəfindən müsbət rəy alıb.

Yenixeber.org: BANM-dan saytımıza bildirilib ki, Şura tərəfindən ünvanlanan məktubda qeyd edilib ki, Bakı Ali Neft Məktəbi YÖK-ün mövcud beynəlxalq qurumlar siyahısında yer alır. Həmçinin, Türkiyədə qarşılıqlı diplom tanınma qaydalarına uyğun olduğu təqdirdə, xaricdəki bütün ali təhsil müəssisələri kimi, Bakı Ali Neft Məktəbinin də bakalavr, magistratura diplom sahibləri müxtəlif təhsil proqramlarına müraciət edə bilər.

YÖK (Yüksek Öğretim Kurumu) – Ali Təhsil Şurası Türkiyə Respublikasının 1982-ci il Konstitusiyası ilə müəyyən edilmiş ali təhsil sisteminin təməl əsaslarına görə yaradılmış qurumdur. Qurumun əsas məqsədi Türkiyədəki ali təhsil müəssisələrində tədrisin planlaşdırılması, təşkili, idarə edilməsi, nəzarət, eləcə də ali təhsil müəssisələrində tədris və elmi tədqiqat işlərinin aparılması, bu qurumların qanunda göstərilən məqsəd və prinsiplərə uyğun qurulması, inkişafı və akademik kadrların hazırlanması üçün planlar hazırlamaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam