Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Direktor müsabiqəsi"ndə iştirak etməyənlər, yüksək nəticə göstərənlərə necə "qalib gəlir" ?! -Təhsil Nazirliyinin "sirli əməlləri"

"Direktor müsabiqəsi"ndə iştirak etməyənlər, yüksək nəticə göstərənlərə necə "qalib gəlir" ?! - Təhsil Nazirliyinin "sirli əməlləri"

 

 Ölkə üçün də, xalq üçün də, millət üçün ən vacib, ən önəmli olan sahələrdən biri təhsildir, biri səhiyyə.

Yenixeber.org: Çox təəssüflər olsun ki, ölkəmizdə bu hər iki sahədən kifayət qədər vətəndaş narazılıqları var. Yəni, hər ikisi bərbaddır desək yanılmarıq fikrimizcə.

Biz vacib olan hər iki sahəni qeyd etdik. Amma, onu da vurğulamaq yerinə düşər ki, əslində yaxşı səhiyyənin özü də, yaxşı təhsildən başlayır.

Yəni, ölkədə təhsilin inkişafı, təhsilin səviyyəsi bütün sahələrin inkişafı, yüksək səviyyədə olması deməkdir.

Azərbaycan təhsili barəsində isə nə yazıq ki, son dövrlər inkişaf yerinə, geriləmələr sürətlə hərəkət edir.

Ta… Misir Mərdanovun Təhsil Naziri olduğu dövrdən təhsil barəsində hamımızın narazılıqları yaranmışdı. Elə ovaxtlar da məktəblərdə rüşvət, savadsız, məsuliyyətsiz müəllimlər (hamısına şamil edilmir) və.s var idi, indi də var.

Amma, Allah Misir Mərdanovun ölənlərinə rəhmət eləsin.

Bu rəhməti də bizim və təhsilin dərdini ağlayan hər kəsin dilindən alan, M. Mərdanovdan sonra o kürsüyə yiyələnən nazirlərdir. Mikayıl Cabbarov, Ceyhun Bayramov, indi də Emin Əmrullayev.

Adlarını çəkdiyimiz bu nazirlər loru dildə desək hamısı "stajirovka"sını (təcrübə) Təhsil Nazirliyində keçib, oradan profesional olaraq başqa nazir kürsülərinə "keçid edib"lər.

Amma, hər gələn də təhsilimizi biraz geri saldı getdi.

Əvvəllər direktorlar, müəllimlər rüşvət alarkən heçolmasa biraz qorxu, həyəcan keçirirdilər.

Artıq, bir neçə ildir ki, müəllim və direktorlardakı bu həyəcanı "özgüvən" hissi əvəz edir.

Belə ki, direktor düşünür "filan qədər verib, vəzifə almışam. Şans ümidinə gəlməmişəm ki, kimdənsə qorxum."

Haqsız da sayılmazlar. Kimlər üçünsə "açıq" , kimlər üçünsə "qapalı" olan "Təhsil bazarı"nda hər vəzifənin (direktor, müəllim, direktor müavini, hətta laborant və.s) öz qiyməti varsa bu sistem "bazar"dan başqa bir şey deyil.

Əldə etdiyimiz məlumata görə orta məktəblərin əksəriyyətində direktorlar müəllimlərin qarşısına öhdəlik qoyurlar. "Bu qədər (ayda, yaxud bayramlarda) yığıb, gətirib mənə verməlisən. Vəssalam".

Doğrusu bunu bəzi tanıdığımız müəllimlər danışanda, hardasa şübhə ilə dinləmişdik. Lakin, əldə etdiyimiz bu məlumatları oxuduqdan sonra, az qala müəllimlərə haqq da verdik demək olar.

Sən demə, bir neçə orta məktəblərin direktorları müəllimlərin qarşısına öhdəlikləri məcburiyyətdən qoyurmuşlar.

Belə ki, onlar direktor vəzifəsinə gəlmək üçün, direktoru olmaq istədikləri məktəbin şagirdlərinin sayına görə kimisi dolayı yollarla, kimisi də birbaşa Nazirliyin müəyyən maraqlarına uyğun cavab verirsə, nazirin "etimadını qazanırsa" vəzifəyə sahib olmaq arzularına qovuşur.

Hətta, gəzən şaiyələrə görə qiymətlər 45 - 150 AZN arasında dəyişir. Yəni, uşağın sayına görə.

Təbii ki, bu qədər rüşvət müqabilində vəzifəyə gələn kəs, bu iş üçün qoyduğu "maya"nı götürməlidir ki, bu da halal maaşla mümkünsüzdür. Ona görə də mütləqdir ki, şagirdlərin sayına görə ödədiyi pulu elə şagirdlərin özündən çıxarsın.

Yox, bu qızıl qayda deyil, bu bizim "müasir" təhsilimizin "biznes plan"ıdır.

Sözügedən "biznes plan"ın müəllifinin hansı nazir ( Mikayıl Cabbarov, Ceyhun Bayramov, yaxud Emin Əmrullayev) olduğunu deyə bilmərik. Bildiyimiz tək gerçək bu ki, hazırkı Azərbaycan təhsilində bu "plan" tətbiq olunur.

Əslində, olan isə budur ki, məktəb direktoru olmaq üçün prosedur 4 mərhələdən ibarətdir.

Birinci mərhələdə (36+) bal toplayan şəxslər 1.000 (min) -dən çox şagirdin təhsil aldığı məktəblərə,
İkinci mərhələdə (30+ ) bal toplayanlar 500-1.000 nəfər şagirdin təhsil aldığı məktəblərə,

Üçüncü mərhələdə (26+) bal toplayanlar, 200-300 nəfər şagirdin təhsil aldığı məktəblərə,

Dördüncü mərhələdə (23+) toplayanlar isə 100-300 şagirdin təhsil aldığı məktəblərə direktor vəzifəsinə qəbul edilir.

Təhsilimiz üzərindən öz biznesini quran bu cür işbaz səlahiyyət sahiblərinin acgözlükləri getdikcə gələcəyimiz olan övladlarımızın savadsız böyümələrinə səbəb olur.

Redaksiyamızın əldə etdiyi məlumatda o da bildirilir ki, Bakı şəhərində direktor kürsüsü boş olan 35 məktəb olduğu halda, direktor olmaq istəyən müəllimlərin imtahanında yaxşı nəticələr toplamış şəxslərə deyilib ki, "Müsabiqədə iştirak etməlisiniz".

Artıq müsabiqənin birinci və ikinci mərhələsi başa çatıb. Hər iki mərhələdə yüksək nəticə göstərən, elm-təhsil sahəsində kifayət qədər uğurları olan müəllimlər hələ də direktor olma şansından kənarda qalıblar. Lakin, nə hikmətsə deyilənə görə bəzi rayonlarda müvəqqəti direktor vəzifəsi həvalə olunan müəllimlər heç bir imtahanda, heç bir müsabiqədə iştirak etmədən, birbaşa Cənab nazirin özünün göstərişi ilə həmin məktəblərin direktoru vəzifələrinə sahib olublar.

Məlumatlarda o da qeyd olunur ki, "yoğurub, yapmayan" həmin müəllimlər 100-300 şagirdin təhsil aldığı məktəblərə direktor təyin olunublar. Bu isə sözügedən müsabiqənin 4-cü mərhələsinə tətbiq edilən prosedur qaydasıdır.

Bundan əlavə müsabiqələrdə hətta cəmi 12-17 bal toplayanlar direktor vəzifəsinə təyin olunublar.

Düşünürük ki, əlavə şərhə ehtiyac yoxdur. Bütün bunların nəyin hesabına həyata keçirildiyi gün kimi aydındır.

Müsabiqədə yüksək nəticələr toplayan müəllimlərin kənarda qalmasının, həmçinin, cəmi 12-17 balla, hətta bəzilərinin ümumiyyətlə müsabiqələrdə iştirak etmədən, birbaşa Emin Əmrullayevin imzası ilə direktor vəzifəsinə təyin edilməsinin nə başqa adı var, nə də başqa səbəbi.

Qeyd: Bütün bunları redaksiyamızın əldə etdiyi informasiyalardan yararlanaraq yazdıq.

Yeri gəlmişkən, eşitdiklərimiz və əldə etdiklərmiz məlumatlar barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov ilə telefon əlaqəsi saxladıq. Cəsarət bəy bütün bunlardan xəbərsiz olduğunu bildirdi və xahiş etdi ki, suallarımızı sorğu şəklində Təhsil Nazirliyinin elektron ünvanına göndərək.

Belə də etdik.

Bütün yaranmış suallarımızı rəsmi sorğu olaraq, Təhsil Nazirliyinin elektron ünvanına göndərdik.
24 saat ərzində cavablandırılmalı olan elektron sorğumuza üç həftəyə yaxın müddətdir ki, hələ də cavab verilməyib.

Hətta, Təhsil Nazirliyi tərəfindən sorğumuz cavablandırılmadığı üçün təqribən bir həftə əvvəl Cəsarət Valehov ilə yenidən telefon əlaqəsi saxlayıb, səbəbini soruşduq. Cəsarət bəyin danışığından belə başa düşdük ki, o göndərdiyimiz sorğudan məlumatsızdır. Özü də bildirdi ki, "Yaxşı. Baxıb, deyərəm"...
Lakin, yuxarıda da qeyd etdiyimiz bu danışığımızdan da bir həftə keçməsinə baxmayaraq, hələ də sorğumuz nazirlik tərəfindən cavablandırılmamış qalır.

Buradan da belə çıxır ki, ya deyilənlərin doğru olduğu üçün Təhsil Nazirliyinin veriləcək cavabı yoxdur, ya da rəhbərlik etdiyi sahədə baş verənləri zərrə qədər umursamayan rəhbərindən "nümunə" götürüb, o da mediaya və təhsildən narazı olan hər kəsə "ərköyünlük" edir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. (DogruXeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam