Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sumqayıt bələdiyyəsinin "qara-qura" işləri... -VİDEO

Sumqayıt  bələdiyyəsinin  "qara-qura"  işləri... - VİDEO


"Vəzifə şirin olur" deyirlər.
Yenixeber.org: Doğrudur, bu ifadəni hər kəs deyil, o "şirinliyi dadanlar" işlədir daha çox. Amma, əslində vəzifəni "şirin" göstərən, ona sahib olarkən, istədiyini edə bilmək fürsətidir. Bəlkə də bu fikrimizlə bəziləriniz razılaşmacaq ki, "məyər vəzifədə olan istədiyini edə bilər?!"
Haqlısınız, qanunla işləsələr edə bilməzlər. Amma, gəlin görək nə ərazisinə, nə əhalisinin sayına görə çox da böyük olmayan Azərbaycanımızda hansı vəzifəli şəxs, hansı məmur xalq üçün deyil, özləri üçün qanunlara tabe olurlar?
Təəssüf ki, qanunlar xalqın öz dili ilə desək, "kasıblar üçündür". O da həmişə yox. Baxır harda ?! O "kasıbı susdurmaq" lazım olanda...
Bəli, bu ölkə məmurlarının bizə düşünməyə və deməyə əsas verdiyi fikirdir. Söylədiklərimizə misal gətirəcək o qədər nümunələr var ki, sadalayıb çox vaxtınızı almaq istəmirik. Zatən bilirsiniz və əksəriyyətiniz də bu nümunələrin tərkib hissəsiniz.
Bu yazıda isə biz sizə yerlərdə İcra başçılarının "sağ əli" sayılan bələdiyyə sədrlərinin özbaşınalıqları barəsində danışacağıq.
Saytımızda tez-tez bələdiyyə və İcra başçılarının özbaşınalıqları gündəmə gətirilir. Təbii ki, bütün sözügedən məmurların hamısını bir yazıya sığdıra bilmərik. Odur ki, hər zaman olduğu kimi, bu dəfə də bir şəhərin bələdiyyə sədri və onun "himayədarı" (yaxını olduğu deyilən) icra başçısından danışacağıq.
Sumqayıt şəhər sakinləri tərəfindən belə bir məlumat daxil oldu ki, Sumqayıt şəhər bələdiyyəsinin sədri "şəhərin ana xətti" deyilən min kanalizasiya boru xəttinin üzərinə böyük bir obyekt inşa etdirir. Məlumat daxil olan kimi, dərhal media əməkdaşları sözügedən ünvana yollandı və videogörüntülərdə gördüyünüz kimi deyilənlərin həqiqət olduğunun şahidi oldular.
Şəhər sakinlərinin dediyinə görə İcra Hakimyyəti başçısı Zakir Fərəcovun yaxını olan bələdiyyə sədrinin özü üçün inşa etdirməkdə olduğu tikinti ərazisinə gəlib baxış keçirən su-kanal idarəsi də əvvəl etiraz edib. Lakin, nə hikmətsə, sonralar daha nə onlar ərazidə bir də görünüb, nə də tikintinin aparılmasında bir ləngimə (maneə) müşahidə olunub. Yəni, iş öz axarı ilə bu gün də davam etdirilməkdədir. Görüntüləri lentə alan media nümayəndələri ətraflı məlumat almaq üçün ərazidə tikintiyə cavabdeh bir şəxs tapa bilməyiblər.



P.S: Qeyd edək ki, sözügedən tikintinin videogörüntüləri artıq "MUM.TV" YouTube kanalımızda yayımlanıb və həmin paylaşımın şərh bölməsində Sumqayıt Şəhər İcra Hakimiyyəti artıq tikintinin dayandırıldığını yazıb.
Vurğulayırıq ki, bu kimi tikintilər Sumqayıt şəhərində bir neçə ərazidə mövcuddur. Növbəti yayımlarımızda silsilələrlə onların da barəsində portalımızda məlumatlar yayımlayacağıq.
Diqqətiniz bizdə olsun!
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam