Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“TƏRTƏR İŞİ"ndə YENİDƏN HƏBS OLUNANLAR KİMLƏRDİR? -6 il cəza alıb 1 ilə azadlığa çıxmışdılar... + FOTO

Xəbər verdiyimiz kimi, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar daha bir neçə şəxs həbs edilib.

Yenixeber.org: Yenidən həbs edilənlər arasında daha öncə də bu işə görə azadlıqdan məhrum edilmiş şəxslər olsa da, cəzalarını tam çəkməmiş azadlığa çıxıblar.

Daha öncə həbs həyatı yaşamış şəxslər gizirlər Polad Əzizov, Elçin Əliyev və Sənan Maşıyev, baş gizir Cabir Qəhrəmanov və leytenant Ruslan Mikayılovdur.

 

Fotoda gizir Elçin Əliyev

 

Belə ki, 2019-cu ildə Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Hakimlər heyəti onların hamısına münasibətdə CM-in 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Onlara 5 il 6 ay-6 il cəza kəsilib. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Tərtər Hərbi Məhkəməsinin qərarına əsasən, Maşıyev Sənan Səxavət oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəza müddəti 23 avqust 2017-ci ildən hesablanıb.

Fotoda gizir Sənan Maşıyev

 

Hazırda istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilən Əzizov Polad Seyfəddin oğlu isə 5 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Onun da cəza çəkməsinin əvvəli 23 avqust 2017-ci ildən hesablanıb.

 

Fotoda gizir Polad Əzizov

 

20 ilə yaxın ordu sıralarında xidmət etmiş Qəhrəmanov Cabir Babaxan oğlu barəsində isə 6 illik həbs qərarı çıxarılıb. Onun cəza müddəti 29 iyun 2018-ci ildən başlayıb.

 

Fotoda baş gizir Cabir Qəhrəmanov

 

Maraqlıdır ki, “Tərtər işi”nə görə daha öncə də məsuliyyətə cəlb edilərək barəsində həbs qərarı çıxarılmış leytenant Ruslan Mikayılov 2020-ci ilin dekabrında “Döyüşdə fərqlənməyə görə” medalı alıb. 

Ruslanla yanaşı, 2019-cu ildə barəsində 6 il həbs qərarı çıxarılan Maşıyev Sənanın adı Vətən Müharibəsindən sonra medal üçün təqdimata göndərilib. Nəticədə ona 2020-ci ilin dekabrın 29-da “Ağdamın azad olunmasına görə” medalı verilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam