Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

HƏBS EDİLƏN YÜKSƏK RÜTBƏLİ ZABİTLƏR AZADLIĞA BURAXILDI - Rüşvət almaqda ittiham edilirdilər

DSX Sahil Mühafizəsinin həbs edilən digər vəzifəli şəxsləri azadlığa buraxılıb. Belə ki, Bakı Hərbi Məhkəməsi düz bir il əvvəl keçirilən "DSX əməliyyatı" ilə bağlı hökmü elan edib.

Yenixeber.org: Hökmə əsasən DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onların hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti cəza verib.

Qeyd edək ki, DSX zabitləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdu.

Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.

Bildirək ki, bu iş üzrə məhkəmə istintaqı davam edən ərəfədə general-leytenant Əfqan Nağıyev barəsində cinayət işinə xitam verilmişdi. Generalın günahsızlığı sübuta yetirilmişdi. Bunun ardınca general Vətən Müharibəsində öz mövqeyində xidmətdə olub. General xidmətlərinə görə "Qarabağ" ordeni ilə təltif olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam