Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan Quantanamosu…-DE-FAKTO

Tərtər dəhşətləri ilə bağlı cinayət işlərinin yenidən araşdırılması nəticəsində ipin ucu haralara və kimlərə uzanacaq? 

Yenixeber.org: “Tərtər işi” üzrə dindirmələrdə 100-dən artıq hərbçiyə işgəncə verilməsi, onlardan bir neçəsinin öldürülməsiylə bağlı cinayət işinin icraatının təzələnməsi işgəncələrə görə cəzalananların əhatə dairəsinin genişlənəcəyini deməyə əsas verir. Hətta çox yüksək vəzifəli şəxslərin, generalların da məsuliyyətə cəlb olunacağı istisna deyil. İcraatın yenilənməsiylə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə açıqlamasında vurğulanıb ki, məqsəd hərbçilərə qarşı işgəncə hallarının hər birinin hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək onların məsuliyyətə cəlb olunmasıdır.

2017-ci ilin mayında baş vermiş hadisələr – hərbçilərə işgəncə verməyə, onların ölümünə gətirib çıxaran hərəkətlərə görə indiyədək cəmi 19 nəfər cəzalandırılıb. Onların haqqında cinayət işi 5 ayrı qrup şəklində məhkəmələrə göndərilib. Əksəriyyətinə yüngül cəzalar verilib.

İşgəncəyə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə zərərçəkmişin ölümünə səbəb olduqda), 133 (əzab vermə) və başqa maddələri ilə ittiham irəli sürülüb. Təkcə 126.3 maddəsində cəza həddi 9 ildən başladığı halda, məsuliyyətə cəlb olunan şəxslərin əksəriyyətinə 5-6 il həbs cəzası kəsilib. Onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın aşağı həddindən daha az cəza təyin olunması) maddəsi tətbiq edilib. Amma aydın deyil ki, onlarla insana işgəncə vermiş, bir neçə hərbçinin ölümünə səbəb olmuş şəxslərə 62-ci maddə hansı əsasla tətbiq olunub.

Bu adamların bir çoxu verilən yüngül cəzanın yarısını da çəkmədən azadlığa buraxılıb. Sonradan prezidentin müvafiq sərəncamlarıyla mükafatlandırılanlar da var. Məsələn, 44 günlük müharibədə iştirakına görə leytenant Ruslan Mikayılov prezidentin 18 dekabr 2020-ci il tarixli sərəncamıyla “Döyüşdə fərqlənməyə görə”, gizirlər Polad Əzizov və Sənan Maşıyev isə 29 dekabr 2020-ci il tarixli sərəncamla “Ağdamın azad edilməsinə görə” medallarıyla təltif olunub. Halbuki adları çəkilən şəxslərlə bağlı məhkəmə hökmlərindən aydın olur ki, onlar 100-dən çox hərbçiyə amansız işgəncələr verilməsində, polkovnik də daxil olmaqla, müxtəlif rütbəli 8 hərbçinin işgəncə altında ölümündə iştirakçı olublar.

Hərbçilərə qarşı işgəncələr və onların döyülüb öldürülməsiylə bağlı məhkəmə prosesləri qapalı keçirilib. Bu səbəbdən ictimaiyyət uzun müddət bu işlərdən xəbərsiz olub. Yalnız zərərçəkmiş tərəfin – işgəncə nəticəsində sağlamlığını itirənlərin, ölənlərin ailə üzvlərinin çoxsaylı şikayətlərindən sonra bu işlərin üzərindəki pərdə aralanmağa başlayıb. Güc strukturları icraatın təzələnməsiylə bağlı rəsmi məlumatda da qeyd ediblər ki, zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, baş prokurorun sərəncamıyla işçi qrup yaradılıb, cinayət işləri Hərbi Prokurorluqdan alınıb, ətraflı öyrənilib. Qərar verilib ki, yol verilmiş qanunsuzluqların hər birinin hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi üçün mütləq bu cinayət işləri üzrə icraat təzələnməlidir.

Bu cinayət işlərində dəhşətli işgəncələrdən bəhs olunur. İş materiallarına əsasən polkovnik-leytenant Saleh Qafarov işgəncəyə məruz qaldığı N saylı hərbi hissənin köhnə qərargah binasının ikinci mərtəbəsindəki otağın pəncərəsindən özünü ataraq ölüb. İşgəncələr nəticəsində elə hadisə yerində ölən hərbçilərdən biri – kiçik çavuş Mehman Hüseynovun başına gətirilənlər cinayət işində ətraflı təsvir olunub:

“Gecə və gündüz saatlarında davamlı şəkildə köhnə qərargah binasının ikinci mərtəbəsindəki otaqlarda, həmçinin, dəhlizdə onun əynindəki paltarları soyundurub, əl-ayaqlarını yapışqanlı lentlə və ya iplə, ətrafda baş verənləri görməməsi üçün gözlərini də əski parçası ilə bağlayıblar. Mehman Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə-təpiklə, plastik boru və başqa küt əşyalarla çoxsaylı zərbələr endiriblər. Onu üzü üstə uzadıb, tərpənməməsi üçün qollarından və ayaqlarından tutub, başını vannadakı suyun içinə salıblar. Bir neçə saniyə orada saxlayıb, artıq nəfəs ala bilmədiyini, boğulmaq həddinə çatdığını görəndə başını sudan çıxarıblar. Nəfəs almasına imkan verib, az sonra yenidən həmin prosesi bir neçə dəfə təkrarlayıblar. Onu arxası üstə uzadıb, tərpənməməsi üçün başından, qollarından və ayaqlarından tutaraq əski parçasını ağzının üstünə qoyublar. Əskinin üstündən ağzına su töküblər. Su ağzına dolanda və nəfəs ala bilməyəndə – boğulmaq həddinə çatanda əskini götürüb, nəfəs almasına imkan veriblər. Sonra yenidən eyni prosesi dəfələrlə davam etdiriblər. Daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, xüsusi qurğu vasitəsilə naqilləri bədəninin müxtəlif nahiyələrinə birləşdiriblər. Mehman Hüseynovun yaş bədəninə bir neçə dəfə elektrik cərəyanı veriblər. Mehman Hüseynov aldığı xəsarətlərdən – qapalı kəllə-beyin travması, baş beyin toxuması və qişalarına qansızma, ürək-damar çatmazlığı kimi səbəblərdən 2017-ci il mayın 5-dən 6-na keçən gecə işgəncələrə məruz qaldığı və qanunsuz saxlandığı köhnə qərargah binasında ölüb…”

Cinayət işindən o da məlum olur ki, hərbçilərə amansız işgəncələr verənlər onları həm də telefonla videoya çəkib, bir-birinə göndəriblər. İşgəncə verənlərdən biri – hərbi hissənin əlbəyaxa döyüş üzrə təlimatçısı olmuş gizir Sənan Maşıyevin telefonunda tapılan videolar onun və digərlərinin işgəncə verməsini təsdiqləyən sübutlardan biri kimi qəbul olunub.

Onlarla hərbçinin ağır xəsarət alması, bəzilərinin ölümündə təqsirli bilinən Sənan Maşıyev məhkəmədə deyib ki, heç nəyə görə peşman deyil.

Biz iki ilə yaxındır həbsdəyik, bir dəfə də valideynlərimiz bir dövlət orqanının qapısını döyüb deməyib ki, dövlətimiz üçün bu qədər xidməti olan oğlanlarımızı niyə həbs etmisiz? Bizim valideynlərimiz bunu eləməz də. Amma xainlərin valideynləri aləmi dağıdır. Dövlət üçün həm ölmək, həm öldürmək, həm də zindanda çürümək var. Biz dövlətimiz üçün lazım olanı etmişik. Ola bilər ki, hardasa qanundan kənara çıxmışıq, amma lazım olanı etmişik”, – Sənan Maşıyev 2019-cu ildə məhkəmədə belə deyib. O, az sonra azadlığa buraxılıb və 2020-ci ilin dekabrında müharibədə iştirakına görə təltif olunub.

İşgəncə verənlərdən ibarət olan 5 qrupdan birinin işi hələ də məhkəmələrdə araşdırma predmetidir. Söhbət hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş 45 yaşlı Fuad Ağayev, xüsusi təyinatlı kəşfiyyat bölüyünün baş çavuşu olmuş 40 yaşlı Qurban Cümşüdov və həmin bölüyün kəşfiyyatçı-radioteleqrafçısı, 33 yaşlı Cavid Ağadadaşov haqqında cinayət işindən gedir. Cinayət işinin materiallarında göstərilib ki, Fuad Ağayev rütbə və vəzifə baxımından ondan aşağı olan hərbçilərə, o cümlədən Maşıyev, Ağadadaşov, Cümşüdov və digərlərinə dindirməyə cəlb olunan şəxslərə qarşı amansız davranmaq barədə göstəriş verib. Başqa sözlə, Ağayev işgəncələrin təşkilatçısı kimi təqdim olunub. 101 nəfərin işgəncəyə məruz qalması, o cümlədən 8 nəfərin (Mehman Hüseynov, Elxan Ağazadə, Elçin Quliyev, Süleyman Kazımov, Saleh Qafarov, Səxavət Binnətov, Ruslan Ocaqverdiyev və Elçin Mirzəliyev) ölümündə təqsirli bilinən Fuad Ağayevə Tərtər Hərbi Məhkəməsinin hökmüylə 10 il azadlıqdan məhrumetmə cəzası verilib. Elə həmin məhkəmə Fuad Ağayevlə birlikdə mühakimə olunan Qurban Cümşüdov və Cavid Ağadadaşovun hər birinə isə 6 il həbs cəzası kəsib. Gəncə Apellyasiya Məhkəməsi bu hökmü də yüngülləşdirib – Cümşüdov və Ağadadaşovun cəzası 6 ildən 5 ilə endirilib, Ağayevin cəzası isə olduğu kimi saxlanılıb.

Adları çəkilən 3 nəfəri apellyasiya məhkəməsinin qərarı qane etməyib. Onlar Ali Məhkəməyə də kassasiya şikayəti veriblər. 

Onsuz da yüngül olan cəzanı Gəncə Apellyasiya Məhkəməsinin daha da yüngülləşdirməsi iş üzrə zərərçəkmiş qismində tanınan şəxsləri, o cümlədən ölənlərin ailə üzvlərini qəzəbləndirib. Onlar da Ali Məhkəməyə üz tutublar. Kassasiya şikayətlərində isə göstəriblər ki, bu adamlara qəsdən adamöldürmə ittihamı verilməlidir. Çünki onların yaxınları ehtiyatsızlıqdan yox, qəsdən, işgəncə verə-verə öldürülüb. İttihamın ağırlaşdırılması üçün işin istintaqa qaytarılması məsələsi qaldırılıb.

Mərhum Ruslan Ocaqverdiyevin həyat yoldaşı Rəvanə Ocaqverdiyeva Ali Məhkəməyə şikayətində vurğulayıb ki, əri də daxil olmaqla, ölən, ağır xəsarət almış şəxslərə qarşı baş verənləri ehtiyatsızlıqdan törədilən əməl kimi qiymətləndirmək olmaz: “Bu adamlara qarşı baş verənlər qəsdən adamöldürmə kimi tövsif olunmalıdır”.

Zərərçəkmiş eyni zamanda, bir sıra yüksək vəzifəli şəxslərin də cəzalandırılmasını tələb edib: 

“Bu cinayət əməlinin sifarişini verən hərbi hissə komandiri Hikmət Həsənov cinayət məsuliyyətinə cəlb olunmayıb. İşgəncə faktlarını gizlədən hərbi hospitalın rəhbərliyinin, tibbi personalın, cinayətin qarşısını almaq üçün tədbir görməyən hərbi prokurorun əməllərinə niyə hüquqi qiymət verilməyib? Əksinə, 8 zabit-hərbçinin ölümündə təqsirli bilinən məhkumlara da həddindən artıq yüngül cəza təyin edilib”.

Təqsirləndirilən 3 nəfər kassasiya şikayətlərini sonradan geri götürüblər. Zərərçəkmişlər isə şikayətlərini davam etdiriblər. Ali Məhkəmə onların şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, işi təkrar araşdırma aparılması üçün elə həmin instansiyaya qaytarıb. Hazırda Gəncədə sözügedən 3 nəfərlə bağlı cinayət işinə yenidən baxılır.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam