Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“BU NƏDİRSƏ, BƏLƏDİYYƏ DEYİL!” –“Bir kənd bələdiyyəsinin aylıq gəliri bir icra nümayəndəsinin aylıq maaşı qədərdir”

Millət vəkili Etibar Əliyev parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsindən sonra yerli özünüidarə qurumlarının fəaliyyətini tənqid edib, eyni zamanda onların səlahiyyətsiz olduqlarına diqqət çəkib.

Yenixeber.org: "Gəlin, bir anlıq hər birimiz öz yaşadığımız əraziyə baxaq: məişət tullantılarını mənzil-istismar sahələri daşıyır, ictimai nəqliyyatı icra hakimiyyətləri tənzimləyir, içməli suyu dövlət şirkətindən alırıq, yolları icra hakimiyyətləri və bu sahəyə səlahiyyətli dövlət şirkəti çəkir, yaxud təmir edir, uşaq bağçalarına, məktəblərə, kitabxanalara və digər mədəniyyət, eyni zamanda idman-sağlamlıq obyektlərinin fəaliyyətinin təmin edilməsinə müvafiq nazirliklər məsuliyyət daşıyır. Bu qədər xidmətin içərisində bələdiyyələr üçün bir yer görürsünüzmü", - o sual edib.

 

 

Deputat vurğulayıb ki, insanlar gecə yatıb sabah açıldıqda bütün bələdiyyə ofislərinin qapısını qıfıllanmış görsələr, onların həyatında heç nə dəyişməyəcək: "Çox sadə səbəbə görə: bələdiyyələr insanlara xidmət göstərmək, yerli sosial-iqtisadi problemləri həll etmək üçün real, müstəsna, həmçinin zəruri səlahiyyətlərə malik deyillər. Problemin ən maraqlı olan tərəfinə baxaq: hansı inzibati-ərazi vahidlərində yerli xidmətlər üçün əhalidən, həmçinin müəssisə və təşkilatlardan haqq yığmaq, dövlət büdcəsindən subsidiya almaq imkanı varsa, istisnasız olaraq həmin məkanlarda dövlət strukturları xidmət göstərir və bələdiyyələr hər hansı rol ala bilmir. İri şəhərlərdə və rayon mərkəzlərində məişət tullantılarının toplanması və nəqli, içməli suyun çatdırılması, yollara xidmət və s. bunun qabarıq nümunələridir. Lakin kənd ərazilərində hökumət bələdiyyələrə zəruri məbləğdə vəsait vermədiyi və xidmətləri pullu etmək çətin olduğu üçün məmurlar hər addımda bu işin məsuliyyətini bələdiyyələrin üzərinə yönəltməyə çalışırlar". 

Etibar Əliyev daha sonra yerli özünü idarə orqanlarının hüquqi problemlərinə toxunub. Millət vəkili xatırladıb ki, Azərbaycanda bələdiyyələrin yaranmasından artıq 23 il vaxt ötür: "Ötən dövrdə yerli özünüidarənin fəaliyyəti ilə bağlı çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib, Avropa Şurasının “Yerli Özünüidarə Haqqında” Xartiyası ratifikasiya olunub. Eyni zamanda, Konstitusiyada bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca bölmə yer alıb. Qüvvədə olan hüquqi baza bələdiyyələrin fəaliyyət sferasını ümumi şəkildə müəyyənləşdirsə də, yerli idarəetmədə paralellik mövcuddur və səlahiyyətlər müstəsna deyil. Eyni funksiyalar həm dövlət hakimiyyət orqanları, həm də yerli özünüidarə üçün müəyyən edilir. “Yerli Özünüidarə haqqında” Xartiyanın 4.4-cü maddəsinə əsasən, səlahiyyətlər müstəsna olmalı, bir hakimiyyət təsisatına tanınan səlahiyyətlər digərinə verilməməlidir".

 

 

Deputat həmçinin qeyd edib ki, Azərbaycan bələdiyyələrinin səlahiyyətləri kimi maliyyə resursları da son dərəcə məhduddur. Onun sözlərinə görə, 2021-ci ildə ölkədə 1606 bələdiyyə fəaliyyət göstərib, onların hamısının birlikdə 41.6 mln. manat büdcə gəliri olub: "Bakı şəhəri üzrə 11.6 mln manat təşkil edib və bu 53 bələdiyyəyə aiddir. Yəni orta hesabla Bakı şəhərində bir bələdiyyənin gəliri 219 min manat olub. Sumqayıt şəhəri üzrə bələdiyyə gəlirləri 1.9 mln. manat, Abşeron rayonu üzrə 2.3 mln. manat olub. Bakı, Sumqayıt və Abşeronu saymasaq, Bakıdan kənarda 1535 bələdiyyə fəaliyyət göstərib. Onların hamısının birlikdə büdcə gəlirləri 27.8 mln. manat olub. Yəni bir bələdiyyəyə orta hesabla illik 18 min manat, aylıq 1500 manat büdcə gəliri. Rayon mərkəzi olan şəhər bələdiyyələrini nəzərə almasaq, orta statistik bir kənd bələdiyyəsinin illik büdcə gəliri 10 min manatdan, aylıq isə 800 manatdan azdır. Bir kənd bələdiyyəsinin aylıq gəliri az qala bir kənd icra nümayəndəsinin aylıq maaşı qədərdir. Bu nədirsə, bələdiyyə deyil! Dövlətin neft-qaz şirkətlərində orta maaş alan bir işçinin aylıq məvacibi kənd bələdiyyələrinin aylıq büdcə gəlirlərindən belə çoxdur. Təkcə bu fakt Azərbaycanda bələdiyyə institutunun real imkanlarını qiymətləndirmək üçün aşkar bir nümunədir".

Etibar Əliyev müqayisə üçün Avropa Şurası ekspertlərinin Avropa ölkələrinin timsalında apardıqları dəyərləndirmələrdən misal çəkib: "Bu dəyərləndirmələrə görə, yerli özünüidarə sisteminin effektiv fəaliyyət göstərməsi üçün ölkə üzrə bələdiyyə büdcələrinin məcmu məbləğinin ÜDM-ə nisbəti üçün minimum yol verilən hədd olaraq 7% qəbul edilir. Azərbaycanda həmin göstərici 0.05% təşkil edir və ölkə üzrə bələdiyyə gəlirlərinin əhalinin hər nəfərinə düşən məbləği 3.5 manatdır. Bunun fonunda 150-dən çox bələdiyyə sədri həbs olunub. Bələdiyyələrin maliyyə resursları cəlb etmək üçün rıçaqları yoxdur. Bakıda bələdiyyə ərazilərinin xəritələri belə yoxdur".

Millət vəkili çıxışının sonunda vurğulayıb ki, yerli özünüidarə təkcə ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün vacib institut deyil, bu təsisatlarda həmçinin ölkənin nəhəng kadr bankı formalaşır. Deputatın sözlərinə görə, yerli özünüidarə olmayanda böyük bir insan potensialı itirilmiş olur. "Bu təsisat çoxpartiyalı sistemə və son nəticədə cəmiyyətdə iştirakçılıq vasitəsilə demokratiya və plüralizmə də təminat verir. Hazırda iqtisadi inkişafı və demokratiyanı eyni anda bir araya gətirən elə bir ölkə yoxdur ki, buna yerli özünüidarəsiz nail olmuş olsun", - E.Əliyev qeyd edib."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam