Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir müavini: “9 bələdiyyəyə qarşı məhkəmədə iddia qaldırılıb”

 

Nazir müavini: “9 bələdiyyəyə qarşı məhkəmədə iddia qaldırılıb”

Milli Məclis cari məsələlərin müzakirəsindən sonra qanunvericilik iş planına başlayıb.

Yenixeber.org: Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın” illik məruzəsini təqdim edib.


Sənəddə bildirilir ki, 2018-ci ildə bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Bu protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Bələdiyyə aktlarının hüquq ekspertizası və müraciətlərə baxılması zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə bələdiyyələr müxtəlif məsələləri (torpaqların münbitliyinin qorunması, yerli büdcənin tərtib edilməsi, şəffaflıq və hesabatlılıq, büdcə vəsaitlərindən istifadə və s) əhatə edən 5976 tövsiyə göndərilib.

Hesabat sənədinə görə, Azərbaycanda ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılıb. Ədliyyə Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət edilərək 2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə subvensiyaların ayrılması ilə bağlı təklif verilib.

Vilayət Zahirov bildirib ki, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb: “Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi barədə təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər”

Nazir müavini qeyd edib ki, 9 bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb: “Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır. Bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam