Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bələdiyyələrin fəaliyyətinə necə nəzarət olunur?

 

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatı çox dəqiqdir”.

 "Xeberinfo.com":  Məlumata görə, bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibətini açıqlayarkən bildirib.

 

Deputat Ə.Məsimli deyib ki, hər şey perspektivlərdə göstərilib: “Bu baxımdan mən hesabatı müsbət qiymətləndirirəm. Eyni zamanda nəzərə almaq lazımdır ki, sonuncu bələdiyyə seçkiləri ilə bələdiyyələrin yeni mərhələsi başlayıb. Fikrimcə, bələdiyyələrin imkanlarını genişləndirmək üçün xeyli şanslar var. Odur ki, mən bələdiyyələrin qarşısında duran vəzifəni üç hissəyə bölərdim: Qanun pozuntularının aradan qaldırılması, Bələdiyyələrin hüquqları və Bələdiyyələrin səmərəliyini artıqmaq üçün zəriri olan işlər”.

 

Ə.Məsimli hesab edir ki, 2015-2020-ci il üçün bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün proqram qəbul edilə bilər: “Bələdiyyələr əlavə maliyyə resursu əldə etməli, beynəlxalq əlaqələrini genişləndirə, maraqlı layihələr təqdim etməklə investisiya cəlb oluna bilər. Qanuna əsasən Mənzil İstismar Birlikləri havadadır. Məncə, bu strukturda bələdiyyələrə verilə bilər. Bu da, bələdiyyələrlə yerli əhali arasında təması bir qədər də artırardı”.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam