Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

"Hər ay 20 manat ödəyirik, keyfiyyət 0" - "İZONE" istifadəçiləri NARAZIDIR -FOTO

"Hər ay 20 manat ödəyirik, keyfiyyət 0" - "İZONE" istifadəçiləri NARAZIDIR //FOTO


Facebook sosial şəbəkəsində, "Müştəriyəm şikayətim var" qrupunda sosial şəbəkə istifadəçiləri bu dəfə "İzona" LLC internet provider-dən gileyləniblər.

Yenixeber.org: Belə ki, Mirqardaş Salman adlı istifadəçi yazır:

"Salam qrup əhli.
Şikayətim "İzone" internet provider-indəndir. Çox mənasız servisləri var. 7/24 olan müştəri xidmətləri ümumiyyətlə telefona cavab vermir. Reklamı 100 mbt-la təklif edirlər. Amma, heç 5 mbt də sürət olmur. 3-4 gündən bir internet müəyyən saatlarda ya çox zəif işləyir, ya da işləmir. Adsl bunlardan sürətlidi. Və bu nə monapoliadırsa, binamızda ancaq "izone optik" provideri var. Komendant və qonşularla danışıb antiinhisara şikayət edəcəm. Əgər haçansa, qarşınıza çıxsa əmin olun ki, bundansa telefon nömərsiylə "bakıinternet" istifadə etmək daha az əsəblərinizi korlayacaq. Əgər bu şirkətin idarə heyətindən, müştəri təmsilçilərindən və ya ceosu falan varsa onları tag edin sözümüzü deyək."

Daha bir istifadəçi Aytən İbrahimova yazır:

"Mənim şikayətim "Izone" Internet provider-dəndir. Qaldığımız bina kompleksi sağ olsun, tək "İzone" üçün monopoliya yaradıb. Başqa heç bir provider icazə yoxdur. Yaxşı, bunu başa düşdük. Hər ay 20 manat ödəniş edirik. Amma, internet 0 (sıfır). Ümumiyyətlə wifi ilə Whotsapp işləmir. Mən başa düşmürəm. Bura Şimali Koreadır?Wifi ilə niyə digər applar işləyir, amma təkcə Whotsapp yox. Axşam 6-dan sonra 3 dəqiqəlik videoya baxmaq zülümdür. Buna bir çarə qılın.
Hörmətli "İzone" 20 manat az pul deyil. Hər ay bunu ödəyirik sizə!!!Keyfiyyət 0 (sıfır)".

Qarşı tərəfin də bu barədə açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

"Hər ay 20 manat ödəyirik, keyfiyyət 0" - "İZONE" istifadəçiləri NARAZIDIR //FOTO

"Hər ay 20 manat ödəyirik, keyfiyyət 0" - "İZONE" istifadəçiləri NARAZIDIR //FOTO

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam