Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“HALAL PENSİYA İLƏ DOLANAN” MİLYONÇU GENERALLAR... - Onların dövlətdən təqaüd almağa mənəvi haqqı çatırmı?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev məhkəmədə Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsini tələb edib. 

Yenixeber.org: Şıxəliyev çoxsaylı cinayətlərin – korrupsiya, reketçilik və s. əməllərin Usubovun göstərişi və idarəçiliyilə törətdildiyini bildirib: “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”.

Usubov isə bu ittihamlarla bağlı sualı mətbuata belə cavablandırıb: “Belə adamlarla bağlı heç mənə zəng vurmayın. Kimdir, o? Kim mənim boynuma nəsə yıxmaq istəyirsə, özü bilər. Kim nə danışır, nə deyir, mənə maraqlı deyil. Mən onun adını çəkib cavab verməyəcəm. Getsin, işi ilə məşğul olsun!”.

Rüstəm Usubov da Şıxəliyev kimi, genaraldır, özü də bir rütbə üstün - general-leytenant (Usubovun daşıdığı 2-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi general-leytenant hərbi rütbəsinə bərabərdir-C.M).

 

 

Budur, bu adamlar Azərbaycanın generalları sayılırlar və göründüyü kimi, adətən mafiyaların, quldur dəstələrinin menyusuna aid olan və uzun müddət hamının gözü qarşısında baş vermiş ağır cinayətləri indi bir-birilərinin üstünə atırlar. Dara düşən kimi bir-birilərini “bir qara qəpiyə” satır, hər cür cildə girirlər. Nə səviyyələri, nə qürurları, nə də general rütbəsinə uyğun olan digər vacib keyfiyyətləri var. Ancaq nə olsun? Siz bu adamların hazırkı imkanlarına, varidatına, milyonlarına baxın!

İstəsək də, istəməsək də Azərbaycanda vəzifəli-vəzifəsiz elə generallar var ki, bu məmləkətə üz qarası, general rütbəsinə ləkədir. Adları müxtəlif cinayətlərdə, özbaşınalıqlarda, qanunsuz əməllərdə, rüşvətdə, korrupsiyada hallanan və əksər hallarda da haqlı olaraq ittiham edilən elə generallar var ki, çiyinlərində iri-iri ulduzlar daşısalar da, daxilən adi dələduz, rüşvətxor, qorxaq və yaltağın biridir. Buna baxmayaraq, belələrinin varidatı, mülkləri, güzəranları layiq olduqları həyatdan milyonlarla dəfə üstündür.

Eldar Mahmudov – general-polkovnik, Mövlam Şıxəliyev – general-mayor, Zakir Qaralov – general-polkovnik(1-ci dərəcəli dövlət ədliyyə müşaviri), Rüstəm Usubov – general-leytenant(2-ci dərəcəli dövlət ədliyyə müşaviri), Nəcməddin Sadıkov – general-polkovnik, Fazil Məmmədov – general-polkovnik(1-ci dərəcəli dövlət vergi xidməti müşaviri),  Rövşən Əkbərov - general-leytenant və s... Bu siyahını uzatdıqca da uzatmaq olar və bu adamların varidatını üst-üstə toplayan olsa, yüz milyonlar, bəlkə də milyardlar alınar.

Ancaq yəqin, sosial ədalətin təcəssümüdür ki, belə şəxslər böyük maddi imkanlarına rəğmən, indiyə qədər çapıb-taladıqları azmış kimi, indi dövlətdən iri məbləğlərdə pensiya da alırlar, general rütbəsinin verdiyi çoxsaylı imtiyazlardan istifadə edirlər. Necə “layiqli general” olublarsa, o cür də “halal pensiyaçı”dırlar. Əslində, belələri dövlətdən nəsə almaq əvəzinə, məlum yollarla qazandıqlarını dövlətə qaytarmalıdırlar!

“Xidmətləri” hər kəsə bəlli olan bəzi məlum generalların sosial ədalətsizliyin qurbanına çevrildiyi üçün 240 manat minimum pensiya alan və həmin pulla nəinki özünü, hətta nəvlərini də dolandırmaq məcburiyyətində qalan əsl zəhmətkeş kişilərin yaşadığı bir məmləkətdə minlərlə manat pensiya almağa ən azından mənəvi haqqı yoxdur!

Məsələn, əli neçə-neçə şəhidlərimizin qanına bulaşdığı bildirilən və hansı dairələrə xidmət etdiyi heç kim üçün sirr olmayan Nəcməddin Sadıkov hansı haqla bu dövlətdən böyük məbləğdə pensiya almalıdır?

 

 

Eynilə də neçə evlər yıxmış, günahsız insanları məhbəsə göndərmiş, var-yoxunu talamış, intihara vadar etmiş, digər çoxsaylı ağır cinayətlərə birbaşa rəhbərlik edən “general bandasını” dövlətin təhlükəsizlik orqanına toplayan Eldar Mahmudov və digərləri.

 

 

Məhz belələrinin general rütbəsi barədə yaratdıqları eybəcər, çirkin təsəvvür sayəsində, Polad Həşimov kimi gerçək generallara Orduda və digər strukturlarda az qala təsadüfi adam kimi baxılıb...

Kasıb-kusubun pensiyası aşağı olduğu üçün az qala qəpik-qəpik artdığı halda, belələrinin “halal pensiya”sı yüksək olduğundan yüz manatlarla artır və onlar da utanmadan həmin məbləğləri bankomatlardan çıxarıb xərcləyirlər. Daha doğrusu, heç bankomata da özləri yox, qulluqçuları gedir. Hansı ki, bu generalların əslində bəzi hallarda 10 min manata çatan həmin pensiyaya heç ehtiyacları da yoxdur. Ancaq buna baxmayaraq, heç vaxt görməzsiniz ki, onlar üçün qəpik-quruş olan bu pensiyanı hansısa şəhidin, əlilin, imkansızın ailəsinə bağışlasınlar. Çünki buna ürək, mərdlik, ləyaqət lazımdır!(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam