Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qərb vaksinlərinə qarşı qara piar aparan Yuliya kimdir...

 

Qərb vaksinləri ilə bağlı dezinformasiya kampaniyası arxasında Rusiyanın marketinq şirkətləri dayanır. Özü də şübhəli qida əlavələri satan, haker proqramlarını təbliğ edən şirkətlər. Bunu qərb mediasının yeni araşdırması üzə çıxarıb.

Yenixeber.org: Araşdırmanın mərkəzində kremlpərəst siyasi dairələrdə fəallığı ilə seçilən, Moskvada yaşayan biznesledi dayanır. Sözügedən dezinformasiya kampaniyası Fransa və Almaniya daxil bir sıra ölkələrdə sosial-media influenserlərini hədəfə alıb və məlumatlara görə, Fransa kəşfiyyat agentliklərinin diqqətini çəkib.

Yuliya Serebryanskaya hakim “Vahid Rusiya” partiyasının siyasi kampaniyalarının, tədbirlərinin veteranıdır. 2019-cu ildə Moskva şəhər seçkilərinə də müstəqil namizəd kimi qatılıb. Rəhbərlik etdiyi Rusiya Təşəbbüsü təşkilatı isə özünü “dünyada rusdillilərin birliyi” kimi təqdim edir. Dezinformasiya kampaniyasına marketinq şirkətlərinin cəlbi isə Rusiyanın COVID-19-a qarşı öz vaksinlərinin təbliğindən ötrü çirkin cəhdlərinə yeni çalar qatır. Rusiya Birbaşa İnvestisiya Fondunun dəstəyilə hazırlanmış “Sputnik V” vaksini bir sıra ölkələrə satılıb.

Fond bu vaksini canfəşanlıqla təbliğ edir, bəzən faydasını şişirdir və eyni zamanda Qərbdə hazırlanmış Pfizer/BioNTech, AstraZeneca və Moderna vaksinlərini açıq tənqid edir. Son həftələr meydana çıxmış marketinq kampaniyasına bu fondun bağlılığının əlaməti yoxdur.

 

Bir sıra media orqanlarının yazdığına görə, fransalı bloqerlər “Fazze” marketinq firmasına üçün işlədiyini iddia edən şəxsdən elektron məktub alıblar. İddialara görə, bloqerlərə pul qarşılığında YouTube, Instagram və digər platformalarda Pfizer/BioNTech vaksinini tənqid edən videolar hazırlamaq təklif olunub.

YouTube hesabında 1.2 milyon abunəçisi olan fransalı elm bloqeri Leo Qrasse də onunla əlaqə saxlandığını açıqlayıb, yazışmalardan skrinşotları Twitter hesabında paylaşıb. Radio ondan əlavə açıqlama ala bilməyib.

Fazze” şirkəti vebsaytında ünvanını London kimi göstərsə də Britaniyada reyestrdə qeydiyyatdan keçməyib. Bir işəgötürmə saytı isə onun Britaniya və Rusiyada fəaliyyət göstərən AdNow marketinq agentliyinin tərkib hissəsi kimi göstərir. Britaniya şirkəti olan “Adnow LLP” 2014-cü ildə bir britaniyalı və Stanislav Fesenko adlı rusiyalı tərəfindən təsis olunub. “Adnow LLP” və “Fazze”-nin Londondakı ünvanı eynidir.2018-ci ilədək “AdNow”-nın Rusiya filialının rəhbəri Serebryanskaya olub.

Şirkətin Moskvadakı ofisi isə 2WTrade adlı internet marketinq şirkəti ilə eyni ünvanda yerləşir. Bu şirkətin də başçısı Serebryanskayadır. Şirkət sağlamlıq və gözəllik məhsullarının marketinqi ilə məşğuldur. 2001-ci ildə Novosibirsk Dövlət Texniki Universitetini bitirmiş Serebryanskaya qısa müddətdə dövlət televiziyasının yerli şöbəsində işləyib. Moskvaya köçəndən sonra, özünün dediyi kimi, dövlətin nəzarətində olan NTV və Birinci Kanalda çalışıb.

Onun onlayn tərcümeyi-halında 2007-ci ildə Dmitri Medvedevin seçki qərargahında çalışdığı qeyd olunur. O zaman baş nazirin müavini olan Medvedev bir il sonra prezident seçildi, Prezident Vladimir Putin isə baş nazir postuna keçdi.

Serebryanskaya 2012-ci ildə Putinin seçki kampaniyasında çalışıb. O, hakim Vahid Rusiyanın siyasi departamentində reklam şöbəsinə başçılıq edib. 2013-cü ildə “ailə səbəblərindən” dolayı Birləşmiş Ştatlara köçən Serebryanskaya orada iki il yaşayıb, “Kaliforniyada (özəlliklə Silikon Vadisindəki texnologiya şirkətləri), Arizona və Nevadada Rusiya icması ilə əməkdaşlıq qurub”. Serebryanskaya Rusiyaya qayıdandan sonra “2WTrade” şirkətini, bir il sonra “Rusiya Təşəbbüsü” təşkilatını təsis edib.

“Azadlıq” radiosu  araşdırma zamanı Serebryanskayadan, “Fazze” şirkətindən əlavə açıqlama ala bilməyib.

Rusiya zaman-zaman qərbin vaksinlərini tənqid edib. Sentyabrda AstraZeneca vaksinindən istifadə qan laxtalanması ilə mümkün əlaqə səbəbindən müvəqqəti dayandırıldı. Sonradan vaksinin tətbiqinə icazə veriləndə Rusiya Birbaşa investisiya Fondunun başçısı Kiril Dmitriyev bunu alqışlasa da vaksinin hazırlanmasının qüsurlu olduğunu deyib.

Kremlin sözçüsü Dmitri Peskov isə iddiaları rədd edərək, Rusiyanın heç kəsə yanlış informasiya vermədiyini vurğulayıb. “Rusiya öz uğurlarından fəxrlı danışır və dünyada ilk qeydə alının vaksinin uğurlarını paylaşır”, – o bildirib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam