Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Rusiya kəşfiyyatı Baydeni gözdən salmağa çalışır” -FTB-nin direktoru

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Uray Birləşmiş Ştatların millət vəkillərinə deyib ki, Rusiya hələ də ABŞ prezident seçkisinə təsir göstərməyə çalışır.

Yenixeber.org: FTB direktorunun dediyinə görə Rusiyanın səylərindən əsas məqsəd demokrat namizəd Co Baydeni gözdən salmaqdır. Uray Nümayəndələr Palatası Daxili Təhlükəsizlik Komitəsində sentyabrın 17-də verdiyi ifadədə deyib ki, Rusiya Baydenin kampaniyasına sosial media, proksilər, dövlət mediası və internet saytları vasitəsilə ziyan vurulması kampaniyasının arxasında dayanır.

Uray deyib ki, Moskva bu platformalardan istifadə edərək onun nəzərində anti-Rusiya isteblişmenti olan siyasi hakimiyyəti sarsıtmağa çalışır.

FTB direktoru əlavə edib ki, onun ən böyük narahatçılığı noyabrın 3-də keçiriləcək prezident seçkisində hazırkı prezident Donald Tramp və Co Bayden arasında yarışın nəticələrinə şübhə yaradılması üçün aparılan “davamlı dezinformasiya hay-küyündəndir”.

Urayın bu çıxışından əvvəl Ağ Ev Rusiyanın qarşıdan gələn seçkidə Trampın qələbəsinə çalışmasına dair iddiaların əhəmiyyətini azaltmağa çalışırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam