Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycan siyasətində yaramaz ənənə-Özəl həyata kobud müdaxilələrin qarşısı niyə alınmır?

 

Yenixeber.org: Hazırda ölkə gündəminin əsas müzakirə mövzularından biri müxalif siyasətçilərin, tənqidçilərin özlərinə, yaxud ailə üzvlərinin şəxsi həyatına aid gizli çəkilmiş görüntülərin yayılmasıdır. Son 10 ildə Azərbaycanda xeyli tanınmış ictimai-siyasi fəal gizli çəkilişlərə əsaslanan qarayaxma kampaniyası ilə qarşılaşıb. Hətta məsələnin Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə çıxdığı, Azərbaycanın buna görə cərimələndiyi hallar da olub. Lakin son günlərdə Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin qızı və sosial şəbəkələrdə Azərbaycanın hakimiyyəti təmsilçilərinin ünvanına təhqirlər səsləndirən, Fransada yaşayan Məhəmməd Mirzəli adlı şəxsin bacısı ilə bağlı videoların yayılması problemin hələ də aktual olduğunu ortaya qoydu.

Cəmil Həsənlinin qızı ilə əlaqəli son olaydan sonra sosial mediadakı müzakirələrdə baş verənlərə görə siyasi hakimiyyət qınaq obyektinə çevrilib. İddia olunur ki, yayılan gizli görüntülər xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir və məqsəd bu yolla siyasi rəqibi gözdən salmaqdır.

Şübhələrin yuxarılara yönəlməsi əsassız deyil. Çünki uzun illər ərzində tənqidçi jurnalistlərin, siyasi fəalların şəxsi həyatına aid görüntüləri gizli çəkib yayanlar, onları hətta televiziya efirində nümayiş etdirənlər cəzasız qalıb. İndiyədək Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı 6 işdə Avropa Konvensiyasının 8-ci (şəxsi və ailə həyatının toxunulmazlığı hüququ) maddəsinin pozuntusunu tanıyıb. Bu qərarlardan biri də araşdırmaçı jurnalist Xədicə İsmayılın şikayəti üzrə çıxarılıb. Buna baxmayaraq, insanların şəxsi həyatına müdaxilə edənlərdən heç kim cəzalandırılmayıb.

Prezident Administrasiyası isə bu iddiaları təkzib edib. Administrasiya bəyan edib ki, bu məsələdə hər hansı dövlət orqanının iştirakından söhbət gedə bilməz, əksinə, bu hadisəni dövlətə və iqtidara qarşı, xüsusən müxalifət-iqtidar münasibətlərinin normallaşması və tam əhatəli siyasi dialoq  kursuna qarşı genişmiqyaslı təxribat hesab edirlər. “Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib və ən tez bir zamanda təqsirkarlar aşkarlanıb, bu barədə ictimaiyyətə məlumat veriləcək”. Bir sıra siyasi partiya lideri və ictimai xadimin ünvanladığı müraciətə Prezident Administrasiyasından belə cavab verilib.

Amma bu cavab Cəmil Həsənlini qane etmir. O, yenə də əvvəlki fikrində qalır ki, özünə və ailəsinə qarşı cinayət siyasi hakimiyyətin göstərişi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həyata keçirilib:

“Bu açıqlamada məqsəd törədilmiş cinayət əməlində hər hansı dövlət orqanının iştirakını inkar etmək, bunun guya dövlətə və iqtidara qarşı, xüsusən son vaxtlar genişlənən müxalifət-iqtidar dialoquna qarşı təxribat hesab etmək kimi cəhdlər var. Bəyan edirəm: mənim və rəhbərlik etdiyim Milli Şuranın istinad edilən dialoq kursuna heç bir aidiyyətimiz yoxdur. Prezident Administrasiyasının açıqlamasında hakimiyyət orqanlarının ən yüksək səviyyədə hazırlayıb, həyata keçirdiyi cinayət hadisəsini fərdiləşdirmək, bunu şəxsi müstəviyə yönəltmək cəhdləri var. İstisna olunmur ki, bu məqsədlə əməliyyatın icraçısı olan şəxs məsuliyyəti öz üzərinə götürsün və bunun hakimiyyətə aidiyyəti olmaması kimi bir şeylər desin”.

Hüquqşünas Xalid Ağaliyev saytımıza bildirdi ki, Azərbaycanın Konstitusiyası da, qoşulduğu İnsan Hüquqları və Əsas Azadlıqlarına dair Avropa Konvensiyası da insanın şəxsi həyatının toxunulmazlığına təminat verir. Onun sözlərinə görə, bu toxunulmazlığın pozulması cinayət əməli sayılır.

Konstitusiyanın 32-ci (şəxsi toxunulmazlıq hüququ) maddəsinin 3-cü bəndində yazılıb: “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyat aid görüntülərin çəkilməsi, əldə olunması və yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulub. Əgər vəzifəli şəxs qulluq mövqeyindən istifadə edərək, belə bir cinayət törədərsə, 2 ilə qədər azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Hüquqşünas deyir ki, şəxsi həyatın toxunulmazlığını qorumaq dövlətin öhdəliyidir. Əgər bu toxunulmazlığı pozan varsa, dövlət dərhal onun tapılıb cəzalandırılması üçün lazım olan addımları atmalıdır.

Ağaliyev qeyd etdi ki, özəl həyatına müdaxilə olunan şəxs həm hüquq-mühafizə orqanlarına, həm də məhkəməyə müraciət edə bilər. Hüquqşünasın sözlərinə görə, hətta istisna hal kimi, ölkədaxili məhkəmə instansiyalarını keçmədən AİHM Reqlamentinin 39-cu qaydası əsasında birbaşa bu orqana da müraciət edə bilər: “Çünki bu halda, görüntülər yayılır, insanın şəxsi həyatına müdaxilə ilə bağlı pozuntu halı davam edir. Təcili şəkildə tədbir görülməsi üçün belə bir müraciət ola bilər”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam