Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

YAP üzvü partiyadan istefa verdiyini və Milli Şuraya keçmək istədiyini bildirib-Cəmil Həsənliyə təzyiqlərə görə

 

 

 
Yeni Azərbaycan Partiyası Səbayel rayon təşkilatının üzvü Elvar Mirzəoğlu partiyadan istefa verdiyini bildirib.

Yenixeber.org: O, Feysbuk hesabında yazıb ki, bu addımı Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının şəxsi həyatına müdaxiləyə etiraz olaraq atıb.

O həmçinin bununla bağlı Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

O, müraciətində bildirir ki, son vaxtlar Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan, Azərbaycan ictimaiyyətində kifayət qədər nüfuz qazanan insanların şəxsi həyatına ciddi müdaxilələr baş verir.

Onun fikrincə, bu şəxslərin özlərinin və ya yetkinlik yaşına çatmış ailə üzvlərinin qeyri-qanuni, gizli intim videolarının çəkilərək ictimaiyyətə təqdim olunduğu halda baş verənlərlə bağlı dövlət orqanları tərəfindən heç bir əməli təsir tədbirləri görülmür: “Bu, məndə ciddi narahatlıq yaradır, hətta bu kimi hərəkətlərin yayılmasında dövlət orqanlarının bu və ya digər formada iştirakını istisna etmirəm və bu kimi qanunazidd əməllər məndə əsaslı şübhələr yaradır”. 

Mirzəoğlu hesab edir ki, ölkədə baş verən bu kimi qeyri-etik, cəmiyyəti sarsıdan qanunsuz əməllər  İlham Əliyevin rəhbərlik etdiyi partiyadan istefa verməsinə əsas yaradır.

E.Mirzəoğlu  deyir ki, əxlaqsızlığın tüğyan etdiyi ölkədə xüsusilə, üzvü olduğu partiyanın bu kimi nanəcib əməllərə susqunluğu, ciddi reaksiya verməməsi  çox narahatlıq yaradır: “Hətta deyərdim ki, övladlarımdan, yaxınlarımdan çox narahatam. Çünki, görünür, ölkədə şəxsi həyat sirri dövlət tərəfindən qorunmur əksinə, ictimailəşir". 

“İndiyə qədər baş verənlərin ən yaramaz, alçaq və namussuz forması Milli Şuranın sədri, dünya şöhrətli alim, Azərbaycanın mənəvi sərvəti, professor Cəmil Həsənlinin ailəsinə qarşı edilən tərbiyəsizlikdir", - o yazır. 

"Üzvü olduğum Yeni Azərbaycan Partiyasından istefa verirəm və Milli Şuranın sədri, professor Cəmil Həsənlidən xahiş edirəm ki, məni Milli Şuraya üzv qəbul etsin”, - Elvar Mirzəoğlu yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam